Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1317/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsinin direktoru X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 253-1.4-cü və 253.3.1-ci maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü və 253.3.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü və 253.3.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokola dair inzibati icraata xitam verilməsi qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi apellyasiya qaydasında şikayət verilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsinin barəsində inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi (cərimə növündə inzibati tənbeh verilməsi) barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ##.##.2026-cı il tarixində sosial şəbəkələrdə “yaşıllıqların məhv edilərək tikinti işlərinin aparılması barədə” yayılmış məlumatla əlaqədar tərəflərindən baxış keçirilərkən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsi, “V” massivi, * saylı yaşayış binasının arxa hissəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kicik Müəssisəsinə məxsus olan və bir neçə il bundan əvvəl tikintisi dayanmış qeyri-yaşayış obyektində inşaat işləri davam etdirilərkən tikintiyə bitişik torpaq sahəsində olan köküstə yaş halda 1 ədəd Qovaq ağacının kökətrafı torpaq kütləsinin götürülməsi, 1 (bir) ədəd evkalipt (d=20 sm), 1 ədəd Ayland (d=16 sm) ağacının qanunsuz götürülməsi, yaşıllıqların mühafizəsi qanununun tələbləri və yaşıllıqların mühafizəsi qaydalarının pozulması faktı müəyyən edilmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kicik Müəssisəsinin rəhbərliyi inzibati araşdırmaya dəvət olunmuş, lakin iştirakları təmin olunmamışdır. Tikinti sahəsinin ətrafında olan 8 ədəd ağac və 1 ədəd kol bitkisi tərəflərindən qeydiyyata alınaraq monitorinq aktı tərtib edilmişdir. Tikintinin ətrafında olan qovaq ağacının kök ətrafının qısa müddət ərzində torpaq kütləsi ilə doldurulması, tikinti işləri zamanı ətrafda olan yaşıllıqların tam mühafizəsinin təmin edilməsi, onların məhv olması və zədələnməsi hallarına yol verilməməsi üçün zəruri tədbirlər görülməsi üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kicik Müəssisəsinin rəhbərliyinə, tikinti işləri zamanı ətrafda olan yaşıllıqların tam mühafizəsinin təmin edilməsi, onların məhv olması və zədələnməsi hallarına yol verilməməsi məqsədilə ərazinin nəzarətə götürülməsi üçün İdarə tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinə, Suraxanı Rayon Poils İdarəsinə, Qaraçuxur Bələdiyyəsinə müraciət olunmuşdur. Əlavə olaraq bildirirlər ki, məhkəmə prosesində tərəfin nümayəndəsi çıxışında dəfələrlə ağacların tikintiyə mane olduğu üçün götürüldüyünü bildirsə də, hakim tərəfindən bu inzibati xəta faktı kimi qiymətləndirilməmiş və idarənin inzibati xəta haqqında protokolu ləğv edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kiçik Müəssisəsi tərəfindən İXM-nin 275.2-ci maddəsi pozulduğundan ##.##.2026-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Bütün bu amillər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kiçik Müəssisəsinin məsuliyyətə cəlb olunmasına əsas verir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi nümayəndəsi X3 vermiş olduqları apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv olunmasını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü və 253.3.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsinin etibarnamə üzrə nümayəndəsi X1 və müəssisəsinin direktoru X6 apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsi Azərbaycan Respublikası İXM-nin 253-1.4cü və 253.3.1-ci maddələri üzrə inzibati məsuliyyətə cəlb edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 253-1.4-cü və 253.3.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsinə təqdim edilmiş ## ###### 2026-cı il tarixli monitorinq aktına əsasən sosial şəbəkələrdə "yaşıllıqların məhv edilərək tikinti işlərinin aparılması barədə" yayılmış məlumatla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən Qaraçuxur qəsəbəsi, Yeni Günəşi yaşayış sahəsi, “V" massivi, * saylı yaşayış binasının arxa hissəsində “xxxx KM”ə məxsus olan və bir nəçə il bundan əvvəl tikintisi dayanmış qeyri-yaşayış obyektində inşaat işləri davam etdirilərkən yaxınlıqda olan köküstə yaş halda 1 ədəd Qovaq ağacının kökətrafı torpaq kütləsinin götürülməsi nəticəsində ağacın zədələnməsi və yaşıllıqların mühafizəsi qaydalarının tələblərinin pozulduğu aşkar edilmişdir. Tikinti sahəsinin ətrafındakı köküstə yaş halda 1 (bir) ədəd Qovaq (d=80, sm), 1 (bir) ədəd Evkalipt (d=20 sm), 2 (iki) ədəd Ayland (d=16,0 sm-20 sm), 1 (bir) ədəd, bir Əncir (d=10, sm), 1(bir) ədəd Əncir (d=10,-10.0-10.0-14.0 sm), 2(iki) ədəd meyvə (d=4,0 sm-8 sm) ağacı, 1 (bir) ədəd Heyva kolu olmaqla ümumilikdə 8 (səkkiz) ədəd ağac, 1 (bir) ədəd kol bitkisinin bioloji inkişafda olduğu müəyyən edildi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsinə təqdim ediılmiş ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, sosial şəbəkələrdə "yaşıllıqların məhv edilərək tikinti işlərinin aparılması barədə" yayılmış məlumatla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən Qaraçuxur qəsəbəsi, Yeni Günəşi yaşayış sahəsi, “V" massivi, * saylı yaşayış binasının arxa hissəsində “xxxx KM”ə məxsus olan və bir nəçə il bundan əvvəl tikintisi dayanmış qeyri-yaşayış obyektində inşaat işləri davam etdirilərkən yaxınlıqda olan köküstə yaş halda 1 ədəd Qovaq ağacının kökətrafı torpaq kütləsinin götürülməsi nəticəsində ağacın zədələnməsi və yaşıllıqların mühafizəsi qaydalarının pozulması faktı müəyyən edilmişdir. Tikinti sahəsinin ətrafındakı yaşıllıqlar əməkdaşları tərəfindən qeydiyyata alınaraq monitorinq aktı tərtib edilmişdir. Odur ki, həmin Qovaq ağacının kök ətrafının qısa müddət ərzində torpaq kütləsi ilə doldurulmalı, tikinti işləri zamanı ətrafda olan yaşıllıqların tam mühafizəsi təmin edilməli, onların məhv olması və zədələnməsi hallarına yol verilməməsi üçün zəruri tədbirlər görülməlidir. Eyni zamanda sözügedən məsələ ilə bağlı aparılan inzibati araşdırma ilə əlaqədar ##.##.2026-cı il tarixində saat 11:00-da ** saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə gəlməsi (şəxsiyyət vəsiqəsi, VÖEN-lə) və ya səlahiyyətli nümayəndənin (etibarnamə ilə birlikdə) göndərilməsi xahiş olunur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, ****** saylı aktdan görünür ki, ##.##.2026-cı il tarixində sosial şəbəkələrdə yaşıllıqların məhz edilərək tikinti işlərinin aparılması barədə yayılmış məlumatla əlaqədar tərəflərindən baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsi “V” massivi, * saylı yaşayış binasının arxa hissəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsinə məxsus olan və bir neçə il bundan əvvəl tikintisi dayanmış qeyri-yaşayış obyektində inşaat işləri davam etdirilərkən tikintiyə bitişik torpaq sahəsində olan köküstə yaş halda 1 ədə Qovaq ağacının (d=80 sm) kökə ətrafı kütləsinin götürülməsi nəticəsində yaşıllıqların mühafizəsi qaydalarının tələblərinin pozulması faktı müəyyən edildi. Tikinti sahəsinin ətrafında köküstə yaş halda 1 (bir) ədəd Qovaq (d=80, sm), 1 (bir) ədəd Ekvalipt (d=20, sm), 2 (iki) ədəd Ayland (d=16,0 sm-20sm), 1 (bir) ədəd, birgöldəki Əncir (d=10, sm), 1(bir) ədəd dördgözdəli Əncir (d=10,-10.0-10.0-14.0 sm), 2(iki) ədəd meyvə (d=4,0 sm-8 sm) ağacı, 1 (bir) ədəd Heyva kolu açmaqla ümumilikdə 8 (səkkiz) ədəd ağac, 1 (bir) ədəd kol bitkisi qeydiyyata alınmış, ##.##.2026-cı il tarixli *** nömrəli monitorinq aktı tərtib edilmişdir. ##.##.2026-cı il tarixində tərəflərindən keçirilmiş təkrar baxış zamanı qeydiyyata alınmış, köküstə yaş halda 1 (bir) ədəd Evkalipt (d=20,0 sm) və 1 (bir) ədəd Ayland (d=16,0 sm) ağacının qanunsuz olaraq götürülməsi faktı müəyyən edildi. İnzibati araşdırmaya dəvət olunmuş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsinin rəhbəri Adil Süleymanov məsələ ilə bağlı izahat verməkdən imtina etmişdir. ##.##.2026-cı il tarixli monitorinq aktı, təbiətə dəymiş ziyan cədvəli, ərazinin əvvəlki və mövcüd vəziyyətini əks etdirən fotoşəkillər akta əlavə olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü və 253.3.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokola əsasən inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Qaraçuxur qəsəbəsi, Yeni Günəşli y/s, “V” massivi, * saylı yaşayış binasının arxa hissəsində qeyri-yaşayış obyektinin tikintisi zamanı ##.##.2026-cı il tarixində 1(bir) ədəd evkalipt (d=20 sm), 1 ədəd Ayland (d=16 sm) ağacının qanunsuz götürülməsi, yaşıllıqların mühafizəsi qanununun tələbləri pozulması faktı müəyyən edilmişdir. Protokolda qeyd edilmişdir ki, bu fakt ## ###### 2026-cı il tarili monitorinq aktı, ## ###### 2026-cı il tarixli ****** nömrəli aktla, fotoşəkillərlə ilə təsdiq edilir. Bakı şəhər İcra Hakmiyyətinin Başçısının ## ####### 1999-cu il tarixli torpaq sahəsinin ayrılması haqqında sərəncama əsasn Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kiçik müəssisəsinin ##.##.1999-cu il 03 sayıl məktubunu nəzərə alaraq, “xxxx KM”nə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “B” yaşayış sahəsindəki * nömrəli binanın həyətində “Şadlıq evi” layihələşdirilməsi və tikintisi üçün 0,02 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsinin nümayəndələri tərəfindən göstərilən dəlilləri məsuliyyətdən boyun qaçırmaq cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 76.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminde, habelə digər dövlət informasiya sistemlerinde (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qəbul edilir. - 135.1.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsinə görə, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə görə, meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsində sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit olunmuşdur. İ. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Konstitusiyanın 78-ci maddəsində və ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində ətraf mühitin qorunması hər bir şəxsin borcu, hər bir kəsin vəzifəsi hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsinin Qaraçuxur qəsəbəsi, Yeni Günəşli y/s, “V” massivi, * saylı yaşayış binasının arxa hissəsində qeyri-yaşayış obyektinin tikintisi zamanı ##.##.2026-cı il tarixində 1 (bir) ədəd evkalipt (d=20 sm), 1 ədəd Ayland (d=16 sm) ağacının qanunsuz götürülməsi, yaşıllıqların mühafizəsi qanununun tələbləri pozulması faktı təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-cı maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsinin Azərbaycan Respublikası İXM-in 253-1.4-cü və 253.3.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsi tətbiq edilməklə 35.000 (otuz beş min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü və 253.3.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kiçik Müəssisəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü və 253.3.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən barəsində 35.000 (otuz beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1317/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1317/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver