Məhkəmə qərarları › İş №3(3-6)-1318/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1318/2026

12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1318/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xudazarov İlqar Fərəc oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xudazarov İlqar Fərəc oğlu tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və Xudazarov İlqar Fərəc oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair ##.##.2026-cı il tarixli IXP******* nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək işin yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xudazarov İlqar Fərəc oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xudazarov İlqar Fərəc oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN Suraxanı Rayon DYPŞ-nin ##.##.2026-cı il tarixli IXP******* nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə 19:25 radələrində Suraxanı rayonu, Malik Mustafayev küçəsində ona məxsus Mercedes Benz S430 markalı **KN*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən R Şamil Zeynallı yol ayrıcında hansısa avtomibiln ona görə tormozlama etdiyini iddia edərək İXM 327.2-ci maddəsi ilə İXP7931495 nömrəli qərarsız protokol tərtib etmişdir. Avtomobilində olan videoregistratorda aydın görünür ki, yol ayrıcında heç bir nəqliyyat vasitəsi yoxdur və o qayda pozmamışdır. DİN BDYPİ-nə müraciət etmiş, şikayətini Suraxanı DYP yönləndirmişlər. Suraxanı DYP-nə dəfələrlə yol ayrıcında olan TŞ***** nömrəli şəhər kamerasına baxılmasını xahiş etsə də, müraciəti cavabsız qalmışdır. ##.##.2026-cı il tarixdə protokola TP******* nömrəli qərar verilmişdir. Barəsində tərtib olunmuş İXP7931495 nömrəli protokolun ##.##.2026-cı il tarixli TP******* nömrəli qərarını ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xudazarov İlqar Fərəc oğlu tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və Xudazarov İlqar Fərəc oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair ##.##.2026-cı il tarixli IXP******* nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək işin yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xudazarov İlqar Fərəc oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026 tarixində 19:25 radələrində Suraxanı rayonu Malik Mustafayev küçəsində ona məxsus Mercedes Benz S430 markalı **-KN-*** DQN-lı avtomobllə hərəkətdə olarkən Suraxanı rayonu DYP-nin R Şamil Zeynallı yol ayrıcında hansısa avtomobilin ona görə tormozlama etdiyini iddia edərək İXM 327.2 maddəsi ilə IXP******* nömrəli qərarsız protokol tərtib etdi. Avtomobildə olan videoregistratorda da aydın görünür ki, yol ayrıcında heç bir nəqliyyat vasitəsi yoxdur və o qayda pozmamışdır. Suraxanı DYP-nə dəfələrlə yol ayrıcında olan TŞ***** nömrəli şəhər kamerasının və inspektorun avtomobilindəki görüntülərinə baxılmasını xahiş etsə də müraciəti cavabsız qalmışdır. İş materiallarında onun tərəfindən inzibati xəta törədildiyini təsdiqləyən heç bir sübut mövcud olmadığından və cavabdeh tərəf məhkəməyə gəlmədiyindən məhkəmə işə xitam verməli idi. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xudazarov İlqar Fərəc oğlu apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məluma verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xudazarov İlqar Fərəc oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xudazarov İlqar Fərəc oğlu tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və Xudazarov İlqar Fərəc oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair ##.##.2026-cı il tarixli IXP******* nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək işin yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. İş materiallarında olan ##.##.2026-cı il tarixli IXP******* nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Xudazarov İlqar Fərəc oğlu ##.##.2026-cı il tarixdə saat 19:25-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 220Q ərazidə MERCEDES BENZ S430 minik markalı, **KN*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə qeyd etmişdir ki, İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, ##.##.2026-cı il tarixli IXP******* nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət bu hissədə əsaslıdır. Şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər onun iştirakı ilə ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək məhkəmənin göstərdiyi xüsusatların araşdırılmasının zəruriliyi qeyd edir və apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri qismində göstərilmiş hallar yenidən araşdırma nəticəsində öz təsdiq və ya təkzibini tapa bilər ki, hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xudazarov İlqar Fərəc oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xudazarov İlqar Fərəc oğlu tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və Xudazarov İlqar Fərəc oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair ##.##.2026-cı il tarixli IXP******* nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək işin yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xudazarov İlqar Fərəc oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xudazarov İlqar Fərəc oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair ##.##.2026-cı il tarixli IXP******* nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək işin yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar