Məhkəmə qərarları › İş №3(3-6)-1319/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1319/2026

13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1319/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, Abduallayev Elvin Mehdixan oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Bakı şəhəri Suraxanı rayon Icra şöbəsinin icra məmuru Elşən Mirzəyevin tərtib etdiyi inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokola baxılması üçün həmin tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə Abduallayev Elvin Mehdixan oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğdə cərimə edilmişdir. Həmin qərardan narazı qalan tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək borclu Abduallayev Elvin Mehdixan oğlu barəsində Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Appelyasiya şikayətinin onunla əsaslandırmışdır ki, məhkəmə iş materiallarını ətraflı araşdırmadan işdə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yoxlamadan səhv nəticəyə gələrək qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında atası Mehdixan Abdullayevin də əvvəllər hakim vəzifəsində işlədiyini və özünün də işlə bağlı bir neçə məhkəmələrə müraciət etdiyini bildirmişdir. Bundan sonra işə baxan hakim bütün bunları nəzərə alaraq, öz həmkarı olmuş hakim oğluna inzibati həbs tətbiq olunmasının ədalətsiz olmasını qərara alaraq onu cərimə etmişdir. Halbu ki, övladlarının maddi təminatının yaxşı olmaması, onların təhsilinə də, mənfi təsir göstərir ki, bu da onların gələcəkdə hakim və digər yüksək vəzifələrdə işləməsinin qarşısını alır. Lakin işə baxan hakim bunları düşünməmiş, övladlarına baxmayan bir ataya daha yüngül tənbeh verməyi daha məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək borclu Abduallayev Elvin Mehdixan oğlunun məhkəmənin qərarından sonra da əlavə 1200 manat ödədiyini qeyd edərək, qalan borcun ona ödənilməyəcəyi halda barəsində inizbati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsdinə qanunvericiliyə uyğun məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abduallayev Elvin Mehdixan oğlu və icra şöbəsinin nümayəndəsi iştirak etmədiyin məhkəmə iclasının onların iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. Işin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb, tərəflərin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xətai Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, 2(011)- ****/**** saylı qətnaməsinə əsasən ərizə təmin edilmiş, ərizəçi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında ## ####### 2024-ci il tarixdə * saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməsi, birinci tərəf: Abdullayevə (Balcanova) Nəzrin Etibar qızı saziş imzalandıqdan sonra ikinci tərəf həyat yoldaşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları ## #### 2017-ci il təvəllüdlü X2 və ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ikinci tərəf: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2024-cü il tarixdən etibarən ona hər ayın 1dən 10- dək (Ikinci tərəfə təqdim edəcəyi bank hesabına) hər uşaq üçün 235 manat olmaqla ümumilikdə 470 manat sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. Ikinci tərəf: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saziş imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Abdullayeva (Balcanova) Nəzrin Etibar qızı ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları ## #### 2017-ci il təvəllüdlü X2 və ## ####### 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün ## ##### 2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək Birinci tərəf: Abdullayeva (Balcanova) Nəzrin Etibar qızına (Birinci tərəfin təqdim ona edəcəyi bank hesabına) hər uşaq 235 manat olmaqla ümumilikdə 470 manat sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı öhdəlik götürür. Birinci tərəf: Abdullayeva (Balcanova) Nəzrin Etibar qızı saziş imzalandıqdan sonra Ikinci tərəf: həyat yoldaşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları ## #### 2017-ci il təvəllüdlü X2 və ## ####### 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf X3 tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır. Ikinci tərəf: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saziş imzalandıqdan sonra Birinci tərəf: Abdullayeva (Balcanova) Nəzrin Etibar qızı ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları ## #### 2017-ci il təvəllüdlü X2 və ## ####### 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəfə ödəyəcəyi aliment məbləği, gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına (ödəyəcəyinə) dair öhdəlik götürür. -Icraata başlamaq haqqında ## ### 2025-ci il tarixli qərardan görünür ki, Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhər Suraxanı Icra Şöbəsində icraata başlanılmış, borclu Abduallayev Elvin Mehdixan oğluna icranı könüllü olaraq icra etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. -Tələbin könüllü icrası haqqında ## ### 2025-ci il tarixli bildirişdən görünür ki, ## ### 2025-ci il tarixli il tarixli qərara əsasən Xətai Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə dair icra vərəqəsində göstərilən tələbin könüllü icra olunması Abduallayev Elvin Mehdixan oğlundan xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. - ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hazırda Abduallayev Elvin Mehdixan oğlunun tələbkara 9449 manat borcu vardır. Birinci instansiya məhkəməsində iştirak edən edən inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru Elşən Mirzəyev məhkəmə iclasında izahatında bildirmişdir ki, Suraxanı rayon Icra şöbəsində müvafiq qaydada icraata başlanılmış, borcluya icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclunun yaşadığı ünvana göndərilmişdir. Borclunun yığılmış 9449 manat borcu var. Elektron Məhkəmə informasiya sisteminə sorğu edilmiş, lakin onun adına daşınar, daşınmaz əmlak, əmək haqqı, pensiya, təqaüd və digər gəlirləri barədə məlumat çıxmamışdır. Icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə həmin tarixdə Abduallayev Elvin Mehdixan oğlunun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «Icra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Məhkəmə iş materiallarının tədqiq edərək hesab edir ki, Abduallayev Elvin Mehdixan oğlu öz izahatlarında maddi imkanının zəif olması və səhhəti ilə əlaqədar olaraq aliment borcunu ödəməyi gecikdirdiyini bildirsə də bu hal aliment borcunun ödənilməsinə laqeydlik göstərməsinə və icra vərəqəsinin icrasına səhlənkar yanaşmasına bəraət qazandıra bilməz. Buna görə də məhkəmə birinci instansiya məhkəməsinin Abduallayev Elvin Mehdixan oğlunun Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması inzibati qayda da cərimə edilməsi barədə qərarı ilə razılaşaraq qeyd edir ki, hazırkı mıərhələdə Abduallayev Elvin Mehdixan oğlunun barəsində tətbiq edilmiş cərimə tənbeh tədbrinin inzibati həbs tənbeh tədbiri ilə əvəz edilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Işin müəyyən olunmuş hallarından görünür ki, Abduallayev Elvin Mehdixan oğlu taksi fəaliyyəti ilə məşğuldur və icra sənədləri üzrə qismən ödənişlər edir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən Abduallayev Elvin Mehdixan oğlu Azərbaycan Respublikası Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi barəsində qəbul edilmiş qərar əsaslıdır, qərarın dəyişdirilərək inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abduallayev Elvin Mehdixan oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar