Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1320/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2, Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş şikayətə Bakı apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: ## ###### 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 89207.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından ## ###### 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsaitin 21471.78 ABŞ dolları məbləğində hissəsi hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta ## ###### 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** nömrəli (hakim Nəriman Mehdiyev) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın obyekti olmuş 21471.78 ABŞ dolları məbləğinin iyirmi faizi - 4294.78 ABŞ dolları məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Qərardan hüquqi şəxsin nümayəndəsi nümayəndə1 apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilərək, inzibati iş üzrə icraata xitam verilməsinə xahiş etmişdir. Şikayətin dəlilləri, tərəflərin izahatları və çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, mallar vaxtında ölkəyə idxal edilmiş, lakin məlum olmayan səbəblərə görə Mərkəzi Bankın bundan xəbəri olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatları olmadığı üçün, məhkəmə iclasında iştirak edə bilməmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin məhkəmədə iştirakı təmin edilmədiyindən zəruri sənədləri məhkəməyə təqdim etmək imkanından məhrum olunmuşlar. Bununla da məhkəmədə öz hüquq və mənafelərini müdafiə etmək imkanından məhrum olmuş və sübutları məhkəməyə təqdim edə bilməmişlər. Müvafiq sənədlər məhkəməyə təqdim edildikdə bəlli olacaq ki, əməllərində ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, 06/1 nöparəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın pozulması və beləliklə də İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibatı xəta aşkar edilmir. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi X1 şikayətin dəlillərinə uyğun çıxış etmiş və müvafiq sənədlər təqdim edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Mərkəzi Bankın nümayəndəsi nümayəndə2, hüquqi şəxsin təsisçisi tərəfindən təqdim olunmuş sənədlərə tanış olaraq, şikayətə və təqdim olunmuş sənədlərə münasibətdə apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instaniyası məhkəməsi verilmiş şikayəti inzibati iş üzrə toplanmış və əlavə təqdim olunmuş icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb proses iştirakçılarının çıxışlarını nəzərə alaraq qeyd edir ki, şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış sənədləri, aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim olunmuş iş materialları əsasında yoxlayaraq, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə mövqeyini işin həqiqi hallarına uyğun saymır və həmin qərarın ləğv olunmasına ciddi əsasların müəyyən olunduğunu nəzərə alaraq, şikayətin dəlilləri ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş ## ###### 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 89207.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından ## ###### 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsaitin 21471.78 ABŞ dolları məbləğində hissəsi hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Birinci instansiya məhkəməsi inzibati orqan tərəfindən hüquqi şəxsin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmış və hüquqi şəxsi İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilərək tənbeh edilməsinə dair qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim olunmuş və tədqiq edilmiş sənədlərdən görünür ki, şikayətin dəlillərində qeyd olunan məlumatlar müvafiq sənədlərlə təsdiq olunmuş və Mərkəzi Bankın nümayəndəsi tərəfindən həmin sənədlərə və məlumatlara münasibətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun müdafiəsi və şikayətin dəlillərinin təkzib edilməsi haqqında hər hansı arqument təqdim edilməmişdir. 01211000117583 və ************** nömrəli gömrük bəyannamələrindən görünür ki, “xxxx” MMC ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında bağlanmış ##.##.2021-ci il tarixli, MGFB-*** nömrəli müqavilə üzrə köçürülmüş pul vəsaiti hesabına alınmış 89207.00 ABŞ dolları dəyərində mallar ##.##.2021 və ##.##.2021-ci il tarixlərdə Azərbaycan Respublikasına idxal olunmuşdur. Qeyd olunan halı apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi nümayəndə2 da mübahisləndirməmiş, məhkəməyə təqdim etdiyi yazılı ərizəsində və məhkəmə çıxışında hazırkı iş üzrə müvafiq malların ölkəyə idxal olunduğunun təsdiq edildiyini və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## ###### 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli protokol üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Bank hesabında olan 89207.00 ABŞ dolları məbləğində vəsait ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin vəsait hesabına alınan mallar 01211000117583 və ************** saylı yük gömrük bəyannamələrinə əsasən qanunla müəyyən olunmuş 02 (iki) il ərzində Azərbaycan Respublikasına idxal olunmuşdur. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə istinad olunan inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci madəsinin tələbinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, apellyasiya instaniyası məhkəməsi, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmalı və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, Protokol tərtib edən orqanlar tərəfındən ## ###### 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq apellyasiya İnstaniyası məhkəməsi Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ## ###### 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1320/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1320/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver