Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1321/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından müdafiəçi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru R X2 tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, ##.##.2026-cı il tarixdə saat 15:50 radələrində, Bakı şəhəri Nəsimi rayonu, Moskva prospekti, 80 ünvanda saxlanılmış, müayinə zamanı narkotik vasitə qəbul etdiyi müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim A.Q.Ibadzadə) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Qərardan, müdafiəçi Vəkil apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 300 manat məbləğində cərimə ilə tənbeh edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilk dəfə belə bir inzibati xəta törətməsinə baxmayaraq məhkəmə ona heç bir güzəşt etməyərək təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza olan inzibati həbs cəzası vermişdir. Azərbaycan Respublikası IXM-nin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə və iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rəsmi işləməsini, gənc olmasını, habelə ilk dəfə inzibati xəta törətməsini nəzərə almamış və hansı əsasla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh seçməsini konkret olaraq əsaslandırmamışdır. Məhkəmə iclasında, müdafiəçi Vəkil şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmış, lakin naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğundur. Belə ki, inzibati işdə olan sənədlərlə və Ambulator X6 dair ## ##### 2026-cı il il tarixli, **** nömrəli rəylə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta törətməsi faktı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi inzibati iş üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı inzibati orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirliliyi ilə bağlı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri barədə qərar qəbul edilərkən, inzibati tənbeh tətbiq etmənin ümumi prinsipləri, qanunun tələbləri, inzibati tənbehin növü və həddi, xətanın xarakteri, törədilməsi halları, şəxsiyyəti və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələbləri düzgün nəzərə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi, şikayətin dəlillərinə münasibətdə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində cərimə tənbeh növünün tətbiq edilməsini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbləri baxımından mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Odur ki, Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1.1ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1321/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1321/2026
05.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver