Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1324/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1, müəyyən e t d i m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhər Sabunçu rayon Polis Idarəsindən daxil olmuş ## ###### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protocol baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı razı deyil. Səbəbi odur ki, ## ###### 2026-cı il tarixində axşam saatlarında “Kia K 2700 yük” markalı, 77- TS137 dövlət qeydiyyat nişanlı idarə edərkən Zabrat dairəsinbdə Pirşağı sitiqamətinə gedərkən 297 nömrə nişanlı YPX-nin avtomobilində xidmət aparan YPX əməkdaşı ona saxla əmri verərək avtomobili saxlamağı tələb etdi. O, əmrə tabe olaraq avtomobilini saxlamışdır. YPX əməkdaşı ona yaxınlaşaraq kəmər taxıb taxmadığına əmin olmaq istəmiş, kəmər taxdığını gördükdən sonra isə avtomobilin yük yerinin açılmasını tələb etmişdir. Yük yerini açaraq YPX əməkdaşına göstərmiş və yük yerinə baxraq heç bir şübhəli əşya tapmadığı üçün polis əməkdaşı ondan “gözümə birtəhər dəyirsən, dərman falan atmamısanki?” soruşmuş və cavabında “qətiyyət xeyr” bildirmişdir. Buna baxmayaraq YPX əməkdaşı ona alkotesterə nəfəs verməyini tələb etmiş, o da polis əməkdaşmın tələbini yerinə yetirmişdir. Beləliklə, yenə də içkili olmadığı təsdiqlənmişdir. Daha sonra polis əməkdaşı ona “sən narkamana oxşayırsan” demişdir. O, isə gecə yatmadığını, palatka icarəsi işi ilə məşğul olduğumu bildirmişdir. YPX avtomobilinə əylaşdirərək Maştağa qəsəbəsində yerləşən Narkoliji Dispanserə gətirdilər və orada hamıdan fərqli olaraq qəsdən ona butulka verərək bu butulkaya analiz verməyini tələb etdilər. Beləliklə, o polis əməkdaşının onu alçaldmaq məqsədi ilə hamıdan fərqli olaraq butulka verməsindən özünü alçalmış hiss etmiş və həmin butulkaya analiz verməkdən imtina edərək qan analizinin alınmasını xahiş etmişdir. Yolda olarkən o DIN - nin 102 qaynar xəttinə zəng vuraraq mən YPX əməkdaşlarının bu qanunsuz əməllərindən şikayət etmişdir. 102 qaynar xəttində operator ona analiz verməyin məcburi olduğunu bildirmişdir. Bu səbəbdən də o YPX əməkdaşlarına analiz verməyə razılığını bildirmişdir. Lakin mənim avtomobilini duracağa yerləşdirdikdən sonra onu orda qoyub oranı tərk etdilər. Bir müddət sonra mənə Inzibati Xətalar Məcəlləsinin 343-1.1 və 329.1-ci maddəsinə əsasən inzibati xəta haqqmda IXP ******* saylı protokol barədə bildiriş gəlmişdir. Yenidən Maştağa qəsəbəsində yerləşən Narkoliji Dispanserə gedərək analiz vermiş və analizin cavabı təmiz çıxmışdır. Həmin nəticəni götürərək Sabunçu rayon Polis Idarəsinə idarəsinə getmiş, orada akt tərtib olundu və avtomobilni duracaqdan götürmüşdür. Bildirmişdir ki, bütün başına gələnlər qanun pozuntusudur. Bu izahatı Sabunçu Rayon Məhkəməsində verməyimə baxmayaraq hakim ona qarşı ədalətsiz qərar çıxarmışdır. MƏhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış polis idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Işin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ## ###### 2026-cı il tarixində saat 23:10-da “Kia K 2700 yük” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlıə nəqliyyat vasitəsini idarə edən ## ###### 1987-ci ildə Bakı şəhərində anadan olmuş hazırda ünvan 1 7 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 329.1, 343-1.1 halına (hallarına) yol vermişdir. Nəticədə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 329.1-ci, 343- 1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -## ###### 2026-cı il tarixli, 1\*** saylı nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə aktından görünür ki, həmin tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinədən keçməkdən imtina etmişdir. - ## ###### 2026-cı il tarixli, 1\*** saylı narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müayinə nəticəsində hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. -## ###### 2026-cı il tarixli, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi aktından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə avtomobili qəbul etmişdir. -Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Polisi Şöbəsində verdiyi izahatdan görünür ki, o, törətdiyi inzibati xətanı etiraf edərək əsəbi olduğundan tibbi müayinədən imtina etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inziabti xətanı törətməsi özünün izahatı ilə, sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə aktı ilə tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixində tibbi müayinədən keçməsi inzibati məsuliyyəti aradan qaldıran hal kimi qəbul edilə bilməz. Apellyasiya şikayətinin dəlillərində isə inizbati xətanı istisna edən heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 329.1-ci maddəsinə əsasən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 343-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsi ilə qeyd edilən inzibati xətanı törətməsi inzibati iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 343- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 manat məbləğində inzibati cərimə edilməsi barədə qanuni və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutaraq qərara alıram: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 343- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1324/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1324/2026
13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver