Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1325/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçotu İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin Qeydiyyat şöbəsinin hüquqşünası X1 tərəfindən ## ###### 2026-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 405-1.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ##.##.2025-ci ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq, nizamnamə kapitalı Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş müddət ərzində ödənilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçotu İdarəsi apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və qydiyyat orqanı tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokolun təmin edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin qərarı qanunvericiliyə zidd olduğu üçün ləğv edilməlidir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ##.##.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, nizamnamə kapitalının məbləği 200 manat təşkil edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nizamnamə kapitalı ən geci ##.##.2025-ci il tarixədək ödənilməli olduğu halda, nizamnamə kapitalı ##.##.2026-cı il tarixdə ödənilmiş, ##.##.2026cı il tarixdə qeydiyyat orqanına məlumat verildiyi zaman aşkar edilmişdir. Beləlikə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 405- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və qeydiyyat orqanı tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, hüquqi şəxsi İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilmiş, lakin həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati təhbeh tətbiq etməmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddə ilə başlanılmış icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilmə müddəti ##.##.2025-ci il tarixdən başlanmışdır və işin məhkəmə baxışı zamanı 4 ay müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Qeyd olunan Plenum Qərarının mətnindən aydın şəkildə başa düşülür ki, uzanan hüquqpozuntusunun bütün səciyyəvi xüsusiyyətləri İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsində qeyd olunan inzibati xəta tərkibində ehtiva olunur. Bununla əlaqədar sözügedən inzibati xəta ilə bağlı müddət axımı qeydiyyat orqanına müraciət edilən (##.##.2026), yəni qeydiyyat orqanı tərəfindən aşkara çıxarılan vaxtdan hesablanmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış hüquqi şəxsin nümayəndəsi telefon əlaqəsi saxlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat bildirməmişdir. Odur ki, məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ##.##.2025-ci ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq, nizamnamə kapitalı Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş müddət ərzində ödənilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Nizamnaməsinin surətinin 2.1-ci bəndindən görünür ki, Cəmiyyətin nizamnamə kapitalı 200 manat həcmindədir və hər biri 100 manat olmaqla iki paydan ibarətdir. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizədən görünür ki, ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC qeydiyyat üçün Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin Qeydiyyat şöbəsinə müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, ##.##.2026-cı il tarixdə Samir Cahangirov tərəfindən ümumilikdə 200 manat məbləğində ayrı ayrılıqda 100 manat olmaqla kapital bank vasitəsilə ödəniş həyata heçirilmişdir. (təyinat : Nizamnamə kapitalının artırılması) Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin Qeydiyyat İdarəsinin ##.##.2025- ci il tarixli çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC -nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ev 5A, mənzil 223 ünvanında dövlət qeydiyyatına alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 405.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir və verilmiş apellyasiya şikayətində həmin məsələ mübahiləndirilməmiş, yalnız qanun normasının tədbiqi məsələsinə toxunulmuşdur. Azərbaycan Respublikası İXM-nin 405.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin Qeydiyyat İdarəsinin ##.##.2025- ci il tarixli çıxarışından və işdə olan digər materiallardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ##.##.2025-ci il tarixdə qeydiyyatdan keçmiş və nizanamə kapitalının 200 manat olduğunu elan etmişdir. Lakin, nizamnamə kapitalı hüquqi şəxs dövlət qeydiyyatına alınanadək ödənilməmiş, nizamnamədə isə nizamnamə kapitalının hansı müddətə ödənilməli olması əks etdirilməmişdir. Belə olan halda nizamnamə kapitalı maksimum 3 ay müddətində yəni ən geci ##.##.2025-ci il tarixədək ödənilməli idi. Beləliklə, İXM-nin 405-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta həmin tarixdən etibarən törədilmiş hesab olunur və dörd aylıq məsuliyyətə cəlb etmə müddətinin axımı da bu andan başlayır. Bu hesablama ilə, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi üçün son tarix ##.##.2026-ci il tarixə təsadüf edir. (ən gec olaraq). Həmçinin məhkəmə qeyd etmişdir ki, protokol səlahiyyətli orqan tərəfindən ##.##.2026cı il tarixdə tərtib edilərək məhkəməyə göndərilmiş, məhkəmənin icraatına ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Belə olan halda protokol tərtib edilərəkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmiş, lakin işin məhkəmə baxışı zamanı tərəflərin məhkəmə iclasında iştirak etməməsi səbəbi işin baxılması bir neçə dəfə təxirə salınmış və yekun akt qəbul edilənək inzibati xətanın törədildiyi vaxtdan 4 aydan artıq müddət keçmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola məhkəməyə daxil olduğu vaxtdan 15 gün müddətində baxılır. Həmin müddət nəzərə alındıqda belə, 15-ci günün sonu 21 mart tarixinə təsadüf edir ki, həmin müddətdə işə baxılması obyektiv səbəblərdən (bayram günləri) mümkün deyildir. Eynilə məsuliyyətə cəlb etmə müddətinin sonuncu günü olan 29 mart tarixi də qeyri-iş günlərinə təsadüf edir. Beləliklə, məhkəmənin qanunla nəzərdə tutulmuş və tərəflərin çəkişmə prinsipini təmin etməklə işə obyektiv baxılması üçün zəruri olan minimum müddət ərzində hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq etməsi mümkün olmamışdır Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam vermişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçotu İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində qəbul etmiş olduğu ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1325/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1325/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver