Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1328/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Mirzəyev Vəli Təyyar oğlunun nümayəndəsi X1, Azərbaycan Dövlət Su X7 Suların Istifadəsinə və X5 xidməti * saylı Bakı Regional Bölməsinin nümayəndəsi nümayəndə2 iştirakları ilə, Vəzifəli şəxs Mirzəyev Vəli Təyyar oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparıla şəxs Vəli MIrzəyev Təyyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X5 Xidməti * saylı Bakı Regional Bölməsi tərəfindən Mirzəyev Vəli Təyyar oğlunun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında, ## ###### 2026-cı il tarixdə su təsərrüfatı qurğusunun (konolizasiya sistemi) zədələnməsi, onların istismar qaydalarına riayət edilməməsi halı aşkar edilmişdir. X2 Təyyar oğlu tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə vəzifəli şəxs Mirzəyev Vəli Təyyar oğlu (VÖEN: **********) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan Mirzəyev Vəli Təyyar oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin çıxışları: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Mirzəyev Vəli Təyyar oğlunun nümayəndəsi X1 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su X7 Suların Istifadəsinə və X5 xidməti * saylı Bakı Regional Bölməsinin nümayəndəsi nümayəndə2 şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətində Vəli Təyyarov hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi IXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Işə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları qiymətləndirərək qeyd etmişdir ki, fərdi sahibkar olaraq vəzifəli şəxs hesab edilən Mirzəyev Vəli Təyyar oğlu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 4 m ünvanında yerləşən qeyri-yaşayış obyektində su təsərrüfatı qurğusunun istismarı qaydalarına riayət edilməmişdir. Vəzifəli şəxs ayrıca kanalizasiya sistemlərinin və tullantı suları axıdılan obyektlərin ümumi istifadədə olan kanalizasiya sistemlərinə birləşdirilməsi üçün obyektin sahibi kimi kanalizasiya müəssisəsinə müəyyən edilmiş qaydada müraciət etməli olduğu halda, hər hansı müraciət etmədən qeyd edilən sistemə qoşulmuşdur. Eyni zamanda, nümayəndənin izahatında qeyd etdiyi qeyr-yaşayış sahəsinə çıxarışının olması və adı keçən sistemin 18 il əvvəl qurulması inzibati məsuliyyətdən azad edən hal kimi nəzərdən keçirilə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən halları araşdırmamış, hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarında olan * saylı Bakı Regional Bölməsinin ## #### 2026-cı il tarixli, № ****** nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 39-cu maddəsinin 1-ci hissəsinin a bəndinə əsasən, ümumi istifadədə olan kanalizasiya sisitemlərinə istehlakçılar tərəfindən yağış sularının axıdılmasının qadağan edilməsinə baxmayaraq vətəndaş fərdi sahibkar Mirzəyev Vəli tərəfindən yağış suları kanalizasiya qurğusuna axıdılaraq, Azərbaycan Respublikasının “Su Məcəlləsinin” 103-cü maddəsinin 12 və 13-cü bəndlərinin, “Su Təchizatı və X3” Azərbaycan Respublikası Qanununun 37 və 39-cu, 56-cı, 57-ci, 59-cu və 68-ci, maddələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq eidilmiş, “Sudan istifadə qaydaları”-nın 9.11.3cü bəndinin tələblərini pozmuşdur. Iş materiallarında olan AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi ünvanında istifadədə olan 0,1591 ha torpaq sahəsində yerləşən * nömrəli, 3201.6 kv.m ümumi, 2149.4 kv.m əsas, 1052.2 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Mirzəyev Vəli Təyyar oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının **** nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, həm birinci instansiya məhkəməsi, həm də səlahiyyətli orqan tərəfindən inzibati xəta tərkibinin subyekti düzgün müəyyən edilməmişdir. Belə ki, Mirzəyev Vəli Təyyar oğlu qeyr-yaşayış sahəsinə çıxarışının olması və adı keçən sistemin 18 il əvvəl qurulmasını qeyd etmişdir, səlahiyyətli orqan bunun əksini təsdiq edəcək sübutları təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, şəxs yalnız törətdiyi inzibati xətaya görə məsuliyyət daşıya bilər. Hazırki iş materiallarında olan subutlar əsasında onujn inzibati xəta hadisəsini törətməsi sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, qeyd olunan xüsusatların araşdırılaraq qiymət verilməsi inzibati xəta haqqında iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb etmişdir, lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan xüsusatlar araşdırılmamışdır. Belə olan halda inzibati xəta hadisəsinin sübuta yetmədiyi məlum olur. Inzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildi. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. IXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, qanunvericiliyin tələbindən aşkardır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, hətta onun təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə olan halda, məhkəmə MMC-nin təqsirliliyinə dair toplanmış sübutların kifayət etməməsini, xətanın sübut olunmasında yaranan bütün şübhələrin şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında MMC-nin xətanı törətməkdə ittiham olunaraq təqsirli bilinməsi milli qanunvericiliyin tələblərinin, eləcə də “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olardı. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli mübahisələndirilən qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Şikayət təmin edilsin. Vəzifəli şəxs Mirzəyev Vəli Təyyar oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin Mirzəyev Vəli Təyyar oğlunun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1328/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1328/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver