Məhkəmə qərarları › İş №3(3-6)-1329/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1329/2026

15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1329/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X7, barəsində inzibati xəta üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından X3 Xidmətinin hüquq idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işəgötürəninə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktub göndərilmiş və müvafiq sənədlərin 7 iş günü ərzində DƏMX BŞI-yə təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlər natamam təqdim edilərək, A.Tahirovun çalışdığı dövrə aid əməkhaqqının ödənilməsini təsdiq edən sənəd (xahiş, mükafat və bonusun hesablanması forması, mükafatlandırma və ya bonus sisteminin tətbiqinə dair peşəkarlıq səviyyə meyarları) təqdim edilməmiş və nəticədə Dövlət Neft Şirkətinin Qaz Ixrac Idarəsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Dövlət Neft Şirkətinin Qaz Ixrac Idarəsi barəsində tərtib olunmuş ## ###### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Z.A.Ramazanov) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, Dövlət Neft Şirkətinin Qaz Ixrac Idarəsi barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan, X3 Xidmətinin hüquq idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətdə, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və Xidmətin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında Dövlət Neft Şirkətinin Qaz Ixrac Idarəsinin inzibati məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayəti onunla əsaslandırılmışdır ki, işçinin ərizəsində qeyd etdiyi əlavələrin Dövlət Neft Şirkətinin Qaz Ixrac Idarəsində işlədiyi dövrdə hansı qaydada və miqdarda ödənilib və ya ödənilmədiyini müəyyən edilməsi məqsədi ilə Xidmətin Bakı Şəhər Idarəsi tərəfindən işəgötürənə sorğu məktubu göndərilmiş və bunu təsdiq edən sənədlərin təqdim olunması xahiş olunmuşdur. Inzibati xəta haqqında protokoldan da görünür ki, işçinin işlədiyi dövrə aid olan sənədlər Idarə tərəfindən tam təqdim edilməmişdir. Eyni zamanda, bu fakt işəgötürən tərəfindən də etiraf edilmişdir. Sənədlərin əsas hissəsinin işəgötürəndə olmadığı və bu səbəbdən təqdim etməyin mümkün olmadığı barədə Idarənin mülahizələri onu məsuliyyətdən azad etmir. Bu sənədlər başqa yerdə saxlanıldığı təqdirdə belə onun tərəfindən əldə olunaraq təqdim edilməsi təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi tam sübut olunur. Məhkəmə iclasında, X3 Xidmətinin nümayəndəsi X7 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş emişdir. Məhkəmə iclasında, Dövlət Neft Şirkətinin Qaz Ixrac Idarəsinin nümayəndəsi X2, şikayətin təmin edilməməsini və inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş emişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə işin faktiki hallarına uyğun qərar qəbul edilmişdir. Belə ki, X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən faktla bağlı tərtib olunmuş ## ###### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlərlə əlaqəli olaraq, birinci instansiya məhkəməsində aparılmış məhkəmə araşdırması zamanı, Dövlət Neft Şirkətinin Qaz Ixrac Idarəsi tərəfindən törədildiyi iddia olunan və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta faktı, tədqiq olunmuş sübutların məcmusu ilə müqayisədə təsdiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi, inzibati orqanın şikayətinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi, inzibati iş üzrə mübahisəli məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı tərəflərin nümayəndəsinin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilmişdir. Şikayətin dəlilləri ilə müqayisədə, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən, birinci instansiya məhkəməsində, X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Dövlət Neft Şirkətinin Qaz Ixrac Idarəsinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas olmuş hallar, apellyasiya baxışı zamanı təkzib olunmamış, əksinə təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları nəzərə alaraq, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Belə ki, inzibati iş üzrə toplanmış icraat sənədlərinə və X3 Xidmətinin şikayətinin dəlillərinə münasibətdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Dövlət Neft Şirkətinin Qaz Ixrac Idarəsinin iş üzrə təqsiri olması, eyni zamanda apellyasiya baxışı zamanı da müəyyən edilməmişdir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş inzibati xəta haqqında protokol əsaslı olmamış və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Dövlət Neft Şirkətinin Qaz Ixrac Idarəsinin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Şikayətin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, verilmiş şikayət təmin edilməməli və X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında, Dövlət Neft Şirkətinin Qaz Ixrac Idarəsinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında, Dövlət Neft Şirkətinin Qaz Ixrac Idarəsinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar