Məhkəmə qərarları › İş №3(3-6)-1330/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1330/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1330/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Qərarından şikayət verilən orqan etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və Qərarından şikayət verilən orqan tərəfindən tərtib olunmuş ## ######## 2025- ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Qərarından şikayət verilən orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Analitik Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli və ******* nömrəli protokolunun ləğv edilməsini, həmin protokol əsasında qəbul edilmiş inzibati cərimə qərarının etibarsız hesab edilməsini, barəsində inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Analitik Ekspertiza Mərkəzinin ##.##.2025- ci il tarixli və ******* nömrəli protokolu əsasında barəsində inzibati xəta haqqında iş başlanılmış və nəticədə ##.##.2025 tarixli qərarla 2500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunan protokol və qərarla razı deyil. Belə ki, ekspertiza zamanı və protokolun tərtibi prosesində qanunvericiliyin tələbləri pozulmuşdur. Protokolda göstərilən hallar işin faktiki vəziyyətini tam və obyektiv əks etdirmir, təqdim edilən sübutlar isə həkim olaraq günahını təsdiq etmir. Həmçinin adına protokolun olmasını ## ###### 2025 ci il tarixində bilmişdir. Bunu isə MY gov.az platformasına gələn bildirişdən görmüşdür. Bundan əlavə, protokol tərtib edilərkən müdafiə hüququ təmin olunmamış, izahat vermək və etirazlarını bildirmək imkanı məhdudlaşdırılmışdır. Belə ki, protokol tərtib edilən vaxt o, heç prosesdə iştirak etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və Qərarından şikayət verilən orqan tərəfindən tərtib olunmuş ## ######## 2025- ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması qərara alınmışdır. Həmin qərardan Qərarından şikayət verilən orqan apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini, Qərarından şikayət verilən orqan ## ######## 2025- ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilərək Qərarından şikayət verilən orqan ## ######## 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün inzibati orqana qaytarılmışdır. Səhiyyə Nazirliyi hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir və aşağıdakı əsaslara görə ləğv edilməlidir. Məhkəmə tərəfindən işin faktiki halları düzgün qiymətləndirilməmişdir. İş materialları ilə təsdiq olunur ki, Qərardan şikayət verən orqan (şəxs) lisenziya olmadan özəl tibbi fəaliyyəti ilə məşğul olmuşdur, eyni zamanda ali və ya orta ixtisas tibb təhsili olmadan mama-ginekoloji xidmətlər göstərmişdir, bu hallar Azərbaycan Respublikası Baş Prokurorluğunun ##.##.2025-ci il tarixli qərarı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi - lisenziyasız tibbi fəaliyyət, 215.1 -ci maddəsi - ixtisas və sertifikasiya olmadan tibbi xidmət üzrə inzibati məsuliyyət tam şəkildə yaranmışdır. Məhkəmə isə bu halları kifayət qədər hüquqi qiymətləndirmədən yalnız sübutların guya yetərsizliyi ilə bağlı formal nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1 -ci və 84.1-ci maddələrinə əsasən sübutlar yalnız bir mənbə ilə məhdudlaşmır, hakim sübutları daxili inam əsasında qiymətləndirməlidir. Lakin məhkəmə Baş Prokurorluğun qərarına, inzibati icraat materiallarına və faktiki fəaliyyətə dair məlumatlara lazımi hüquqi qiymət verməmişdir. Qeyd edilməlidir ki, inzibati xəta işlərində sübutların cəmi (məcmusu) qiymətləndirilir, təktək formal çatışmazlıqlar isə məsuliyyəti aradan qaldırmır. Qərarın formal əsaslarla ləğvi hüquqa ziddir. Məhkəmə qərarında göstərmişdir ki, inzibati qərarda konkret tarix və yer tam göstərilməmişdir. Lakin bu hal inzibati xətanın mövcudluğunu aradan qaldırmır, bu yalnız texniki xarakterli qüsur hesab oluna bilər, iş materiallarında fəaliyyətin yeri və mahiyyəti müəyyən edilmişdir İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsi yalnız əhəmiyyətli halların araşdırılmaması zamanı tətbiq edilə bilər. Halbuki bu işdə əsas hallar - hüquqpozmanın mövcudluğu - sübut olunmuşdur. Məhkəmə tərəfindən ictimai maraqlar nəzərə alınmamışdır. Qeyd edilən hüquqpozma, əhalinin sağlamlığı üçün təhlükə yaradır, tibbi fəaliyyətin dövlət tərəfindən tənzimlənməsi prinsipini pozur. Lisenziyasız və ixtisassız tibbi fəaliyyətin qarşısının alınması dövlətin birbaşa vəzifəsidir. Məhkəmə bu mühüm ictimai marağı nəzərə almamışdır. Apellyasiya baxışı zamanı iştirak edən Qərarından şikayət verilən orqan etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini və Qərarından şikayət verilən orqan ## ######## 2025- ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışlarını sinləyərək hesab edir ki, Qərarından şikayət verilən orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qərarından şikayət verilən orqan tərəfindən tərtib olunmuş ## ######## 2025- ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə – fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, R X2 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında ## ######## 2025- ci il tarixli qərardan görünür ki, ##.##.1987-ci il təvəllüdlü, orta təhsilli, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 55, 55A, 57, 57A, 59, 61, 61 A, 61B, 63, 63A, mənzil 823 ünvanında qeydiyyatda olan və yaşayan fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXMin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması qərara alınmışdır. Qərarından şikayət verilən orqan nazir müavini X1 tərəfindən ## ######## 2025-ci il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Baş prokurorluğun ##.##.2025-ci il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixədək lisenziya olmadan özəl tibb fəaliyyəti və ali və ya orta ixtisas tibb təhsilli olmadan “mama ginekoloq” ginekoloji tibb fəaliyyəti göstərməsi faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 210.1 və 215.1-ci maddələrinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və İXM-nin 210.1-ci maddəsinə əsasən 2500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə belə qənaətə gəlmişdir ki, Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ## ######## 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixədək lisenziya olmadan özəl tibb fəaliyyəti və ali və ya orta ixtisas tibb təhsilli olmadan “mama ginekoloq” ginekoloji tibb fəaliyyəti ilə məşğul olması göstərilsə də, Qərardan şikayət verən orqan (şəxs) konkrekt olaraq hansı tarixdən başlayaraq və hansı tibb müəssisəsində sözügedən fəaliyyətlə məşğul olması öz əksini tapmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş 01 ədəd diskdə olan görüntülərə baxış zamanı da Qərardan şikayət verən orqan (şəxs) “mama ginekoloq” ginekoloji tibb fəaliyyəti ilə məşğul olub-olmamasını, olduğu təqdirdə isə hansı vaxt aralığında və harada belə fəaliyyətlə məşğul olmasını, eləcə də sözügedən görüntülərin Azərbaycan Respublikasında çəkilməsini müəyyən etmək mümkün olmamış, səlahiyyətli orqan tərəfindən isə qeyd olunan halların müəyyənləşdirilməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək məhkəmənin göstərdiyi xüsusatların araşdırılmasının zəruriliyi qeyd edir və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilməsi üçün hər hansı əsas müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qərarından şikayət verilən orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qərarından şikayət verilən orqan tərəfindən tərtib olunmuş ## ######## 2025- ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Qərarından şikayət verilən orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və Qərarından şikayət verilən orqan tərəfindən tərtib olunmuş ## ######## 2025- ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi vaxtdan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar