Məhkəmə qərarları › İş №3(3-6)-1331/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1331/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1331/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli *-**- */*-R-*****/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinin təmin edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli *-**-*/*-R-*****/**** nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin olunması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli *-**-*/*-R-*****/**** nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarını ləğv edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ## ###### 2026-cı il tarixli *-**-*/*-R-*****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsində əmək haqqının məbləğinin əmək müqaviləsi ilə gündəlik və ya aylıq müddət əsasında müəyyən olunması nəzərdə tutulmuşdur. Qanunvericiliklə saatlıq dövr üzrə ödəniş qaydasında əmək haqqı forması müəyyən olunmamışdır. ƏMAS-dan əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, əmək müqaviləsi üzrə işçiyə (X2) 685,96 manat məbləğində aylıq əmək haqqının məbləği müəyyən edilmişdir. Lakin, iş materiallarına əsasən müəyyən olunur ki, "Azəriqaz" IB tərəfindən işçiyə (X2) hər ay 4,33 manat saatlıq taarif maaşı əsasında hesablamalar həyata keçirilir. Bu səbəbdən də, işəgötürən tərəfindən işçiyə əmək haqqının hesablanması və verilməsi ilə bağlı qanunvericiliyin, həmçinin əmək müqaviləsinin tələbləri pozulur. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi *-* nömrəli, ## #### 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə" Izahatın 7-ci bəndinə əsasən gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi zamanı işçinin saatlıq taarif (vəzifə) maaşını tapmaq üçün onun aylıq tarif (vəzifə) maaşını ödəniş aparılan ayın iş vaxtı normasına bölünməsi yolu ilə müəyyən edilməsi nəzərdə tutulur. Lakin, işəgötürən tərəfindən bu tələblərə də əməl olunmadığı müəyyən olunur. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) oglu tərəfindən işçiyə əmək haqqının əmək qanunvericiliyinə uyğun olaraq ödənilmədiyinə görə IXMin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi tam sübuta yetirilmiş hesab olunur. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şikayətin dəlilləri ilə əlaqədar qeyd оlunmalıdır ki, Azərbaycan Respublikası Inzibati Хətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Belə ki, işdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 2024-cü ilin iyun, noyabr və 2025-ci ilin yanvar, mart, may, iyun ayları üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqlarının düzgün hesablanmadığı müəyyən edilmiş, bu səbəbdən “Azəriqaz” IB-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 1.500 (bir min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “Azəriqaz” IB-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan inzibati orqana şikayət vermiş, Qərardan şikayət verən orqan (şəxs) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli *-**-*/*-R- *****/**** nömrəli qərarla şikayət təmin edilməmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. “Azəriqaz” IB tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanlanmış ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, SOCAR-ın "Azəriqaz” Istehsalat Birliyinə fəhlə kateqoriyası üzrə işə qəbul olunan işçilərlə X10 Sistemi (ƏMAS) vasitəsilə əmək müqavilələrinin bağlanması zamanı sistemin funksional məhdudiyyəti ilə bağlı çətinlik yaranır. Belə ki, qeyd olunan kateqoriya üzrə işçilərin əməkhaqqı saatlıq tarif əsasında müəyyən edilir və hazırda saatlıq tarif məbləği 4,84 AZN təşkil edir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsinin § 4-ün 4.2.1-ci bəndində məhz bu məbləğin göstərilməsi zəruri olsa da, ƏMAS sistemində aylıq tarif maaşı qrafasında 400 AZN-dən az məbləğin daxil edilməsinə texniki məhdudiyyət tətbiq edilmişdir. Nəticədə sistem tərəfindən "400 manatdan böyük və ya bərabər olmalıdır" bildirişi göstərilir və əmək müqaviləsinin rəsmiləşdirilməsi prosesi növbəti mərhələyə keçmir. Hazırda bu problemin aradan qaldırılması məqsədilə müvəqqəti həll yolu kimi işə qəbul edilən əməkdaşın orta aylıq əmək haqqı hesablanaraq (2025-ci il üzrə illik istehsalat təqviminə əsasən orta aylıq iş vaxtı normasına- 158,6 saata uyğun olaraq 774 AZN) sistemə daxil edilir. Lakin bu yanaşma faktiki əməkhaqqı strukturunu tam əks etdirmir və gələcəkdə hesabatlılıq, yoxlama və hüquqi qiymətləndirmə zamanı uyğunsuzluqlara səbəb ola bilər. Qeyd edilənləri nəzərə alaraq müqavilələrinin elektron qaydada düzgün, şəffaf və qanunvericiliyə uyğun rəsmiləşdirilməsinə, həmçinin işəgötürənlər üçün əlavə texniki çətinliklərin aradan qaldırılması ilə bağlı mümkün rəy və təkliflərinizi bildirilməsini xahiş edirik. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X3 2024-cü ilin iyun, noyabr və 2025-ci ilin yanvar, mart, may, iyun ayları üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqlarının düzgün hesablanmaması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 192.4-cü maddəsində nəzərədə tutulmuşdur ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Apellyasiya qaydasında verilmiş şikayətin dəlilləri əsassız hesab edilərək qeyd edilir ki, X4 Xidmətinin Bakı şəhər Idarəsi qanunvericiliyin tələblərinə riayət etməyərək, öz üzərinə düşən bütün vəzifələri yerinə yetirib tam araşdırma aparmamış və nəticədə əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı Regional Qazın Satış Departamentinin 104 Çağrı sahəsinin * saylı çağrı xidmətində yerli telefon rabitəsinin telefonçusu vəzifəsində çalışan X3 əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 685,94 manat, staja görə 3 faiz əlavə ilə birlikdə 706,54 manat təşkil edir. Işçi iki növbəli iş rejimində çalışır. "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) vəzifə maaşı saatlıq tarif üzrə 4,33 manat göstərildikdə sistem minimum əmək haqqından aşağı olması səbəbi ilə bunu qəbul etməmiş, bu səbəbdən saatlıq tarif maaşı illik orta aylıq iş vaxtı normasına vurularaq 685,96 manat məbləğində qeyd edilmişdir. Bununla yanaşı, ƏMAS-da yerləşdirilmiş ştat vahidində saatlıq tarif maaşı 4,33 manat olaraq göstərilmişdir. Aşağıda göstərilən aylar üzrə əmək haqqı hesablamaları əmək qanunvericiliyinin tələblərinə uyğun aparılmışdır: Işçinin faktiki iş vaxtının və iş vaxtından artıq işlədiyi saatların dəqiq uçotunu aparmaq ƏMnin 102-ci maddəsinə görə işəgötürənin borcudur və həmin maddənin 2-ci hissəsinə görə onun aparılması qaydaları işəgötürən tərəfindən müəyyən olunur və aşağıdakı qaydalardan istifadə edilir: gündəlik uçot; həftəlik uçot; iş vaxtının cəmlənmiş uçotu; Cəmlənmiş uçotun xarakterik xüsusiyyətinə görə uçotun aparılması zamanı işçinin işlədiyi saatların ümumi sayı gündəlik nəzərə alınır, lakin onların cəmi seçilmiş dövrün sonunda dəqiq yekunlaşdırılır, bu zaman aylıq əmək haqqı sabit tariflə, işlənmiş artıq iş saatları seçilmiş hesabat dövrünün sonunda əlavə iş kimi ödənilir. Iş vaxtının uçotu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 102-ci maddəsinə uyğun olaraq cəmlənmiş uçot qaydasında aparılmış, artıq iş saatları müvafiq dövrün sonunda əlavə ödəniş kimi hesablanmışdır. Aşağıda göstərilən aylar üzrə aparılmış hesablamalardan göründüyü kimi, işçiyə əmək haqqı tam və düzgün ödənilmiş, hər hansı azalma və ya natamam ödəniş halı olmamışdır. Belə ki, X3 2024-cü ilin iyun ayı üzrə əmək haqqı hesablanarkən işçinin ümumi işlənmiş iş saatları 196 saat olmuşdur və hesabat aşağıdakı kimi aparılmışdır. Norma daxili 126 saat*4.33=545.58 Normadan artıq 70 saat*4.33=303.10 Normadan artıq II qat 70 saat*4.33=303.10 Gecə saatı 58 saat*4.33*40%=100.46 Iş stajına görə əlavə ödəniş 545,58*3%=16.37 Gündəlik yemək xərci 16 gün*5 manat=80 Cəmi iyun ayı üzrə hesablanmış əmək haqqı 1348.61 manat olmuşdur. 2024-cü ilin noyabr ayı üzrə əmək haqqı hesablanarkən işçinin ümumi işlənmiş iş saatları 180 saat olmuşdur və hesabat aşağıdakı kimi aparılmışdır. Norma daxili 151 saat*4.33=653.83 Normadan artıq 29 saat*4.33=125.57 Normadan artıq II qat 29 saat*4.33=125.57 Gecə saatı 64 saat*4.33*40%=110.85 Iş stajına görə əlavə ödəniş 653.83*3%=19.61 Gündəlik yemək xərci 15 gün*5 manat=75 Xidmət fəaliyyətinin qiymətləndirilməsi. Bonus 566.79 manat Cəmi noyabr ayı üzrə hesablanmış əmək haqqı 1677.22 manat olmuşdur. 2025-ci ilin yanvar ayı üzrə əmək haqqı hesablanarkən işçinin ümumi işlənmiş iş saatları 188 saat olmuşdur və hesabat aşağıdakı kimi aparılmışdır. Norma daxili 143 saat*4.33=619.19 Normadan artıq 45 saat*4.33=194.85 Normadan artıq II qat 45 saat*4.33=194.85 Gecə saatı 62 saat*4.33*40%=107.38 Iş stajına görə əlavə ödəniş 619.19*3%=18.58 Gündəlik yemək xərci 16 gün*5 manat=80 Cəmi yanvar ayı üzrə hesablanmış əmək haqqı 1214.85 manat olmuşdur. 2025-ci ilin mart ayı üzrə əmək haqqı hesablanarkən işçinin ümumi işlənmiş iş saatları 180 saat olmuşdur və hesabat aşağıdakı kimi aparılmışdır. Norma daxili 102 saat*4.33=441.66 Normadan artıq 78 saat*4.33=337.74 Normadan artıq II qat 78 saat*4.33=337.74 Gecə saatı 64 saat*4.33*40%=110.85 Iş stajına görə əlavə ödəniş 441.66*3%=13.25 Gündəlik yemək xərci 15 gün*5 manat=75 8 mart mükafat 300 Cəmi mart ayı üzrə hesablanmış əmək haqqı 1616.24 manat olmuşdur. 2025-ci ilin may ayı üzrə əmək haqqı hesablanarkən işçinin ümumi işlənmiş iş saatları 188 saat olmuşdur və hesabat aşağıdakı kimi aparılmışdır. Norma daxili 158 saat*4.33=684.14 Normadan artıq 30 saat*4.33=129.90 Normadan artıq Il qat 30 saat*4.33=129.90 Gecə saatı 62 saat*4.33*40%=107.38 Iş stajına görə əlavə ödəniş 684.14*3%=20.52 Gündəlik yemək xərci 16 gün*5 manat=80 Cəmi may ayı üzrə hesablanmış əmək haqqı 1151.84 manat olmuşdur. 2025-ci ilin iyun ayı üzrə əmək haqqı hesablanarkən işçinin ümumi işlənmiş iş saatları 180 saat olmuşdur və hesabat aşağıdakı kimi aparılmışdır. Norma daxili 134 saat*4.33=580.22 Normadan artıq 46 saat*4.33=199.18 Normadan artıq II qat 30 saat*4.33=199.18 Gecə saatı 64 saat*4.33*40%=110.85 Iş stajına görə əlavə ödəniş 580.22*3%=17.41 Gündəlik yemək xərci 15 gün*5 manat=75 Cəmi iyun ayı üzrə hesablanmış əmək haqqı 1181.84 manat olmuşdur. Qeyd edilən aylar üzrə əmək haqqının hesablanmasında hər hansı kənarlaşma və ya əmək haqqının tam ödənilməməsi halı mövcud olmamışdır. Buna baxmayaraq, yuxarı səlahiyyətli orqan X4 Xidməti tərəfindən qəbul edilmiş qərarlarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## #### 2001-ci il tarixli, *-* nömrəli qərarı ilə təsdiq edilmiş "Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə Izahat"ın 7-ci bəndinə istinad edilərək, işçiyə ödənilmiş əmək haqqının guya düzgün hesablanmadığı iddia edilmişdir. Qeyd edilən Izahatın 7-ci bəndinə əsasən, gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının hesablanması zamanı işçinin saatlıq tarif (vəzifə) maaşını müəyyən etmək üçün onun aylıq tarif (vəzifə) maaşı ödəniş aparılan ay üzrə müəyyən edilmiş iş vaxtı normasına bölünməlidir. Beləliklə, sözügedən Izahatın tələblərinə uyğun olaraq saatlıq tarif maaşı sabit göstərici deyil, hər ay üzrə iş vaxtı normasından asılı olaraq dəyişkən hesablanmalıdır. Təqdim edilən hesablamalardan göründüyü kimi, X3 əmək haqqı hesablanarkən saatlıq tarif maaşı 4,33 manat kimi götürülmüşdür. Halbuki, Izahatın 7-ci bəndinə uyğun olaraq aylıq tarif maaşı (685,94 manat) həmin ay üzrə iş vaxtı normasına bölünməklə saatlıq tarif müəyyən edildikdə, saatlıq məbləğ 4,33 manatdan aşağı alınırdı. Bu isə onu göstərir ki, Izahatın 7-ci bəndinin müfəttişlik tərəfindən irəli sürülən qaydada tətbiqi halında işçiyə hesablanmalı olan əmək haqqı faktiki ödənilmiş məbləğdən daha az olmalı idi. Əmək haqqının hesablanması metodikası ilə bağlı hüquqi qeyri-müəyyənlik və fərqli yanaşmalar mövcud olduğu halda, bu şübhələr inzibati məsuliyyətə cəlb edilən şəxsin xeyrinə şərh edilməlidir. Bu prinsip inzibati icraatın əsas təminatlarından biridir. Beləliklə 2024-cü il üzrə müqayisə olunanda: 6951,38-6823,46=127,92 manat fərq artıq yaranır. X5 tərəfindən Naidə Rəsulovaya 127,92 manat artıq əmək haqqı ödənilmişdir. Başqa sözlə işçiyə əmək haqqı az hesablanmamış, əmək haqqının "tam ödənilməməsi" halı baş verməmiş və əksinə, işçiyə faktiki olaraq daha yüksək məbləğdə əmək haqqı ödənilmişdir. Bundan əlavə, inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan təqsir elementi də mövcud deyil. Işəgötürən əmək haqqının hesablanmasını mövcud əmək qanunvericiliyinə uyğun və şəffaf qaydada aparmış, qəsd və ya ehtiyatsızlıq halları müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, inzibati məsuliyyət yalnız işçinin maddi hüquqlarının faktiki pozulması halında yarana bilər. Mövcud iş üzrə isə işçinin əmək haqqı hüquqları pozulmamış, ona hər hansı maddi zərər dəyməmişdir. Inzibati məsuliyyətin tətbiqinin əsas məqsədi işçinin pozulmuş hüquqlarının bərpası və ictimai təhlükəli davranışın qarşısının alınmasıdır. Hazırkı iş üzrə isə işçinin əmək haqqı hüquqları pozulmamış, ona hər hansı maddi zərər dəyməmişdir. Bu baxımdan inzibati tənbehin tətbiqi inzibati məsuliyyət institutunun məqsədinə ziddir. Beləliklə, hətta X4 Xidmətinin istinad etdiyi Izahatın 7-ci bəndi tətbiq edildiyi halda belə, bu, işəgötürən tərəfindən əmək haqqının az və ya natamam ödənilməsini deyil, əksinə, işçiyə daha artıq məbləğdə ödəniş edildiyini təsdiq edir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ## ###### 2026-cı il tarixli *-**-*/*-R- *****/**** nömrəli qərarının ləğv edilməsi nəticəsinə gəlməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarını ləğv edib, inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasına əsas ola biləcək hər hansı hal müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli *-**- */*-R-*****/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinin təmin edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar