Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1334/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi qərarından şikayət verilən orqan2 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qeydə alınmış ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qeydə alınmış ##.##.2026- cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Aynurə Sadıqova) Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qeydə alınmış ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati orqan olan Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, irəli sürdüyü iddiaları müdafiə etməmişdir. Buna baxmayaraq məhkəmə inzibati orqanın təqdim etdiyi materiallara əsaslanaraq qərar qəbul etmişdir ki, bu da çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə ziddir. Məhkəmə faktiki olaraq sübutetmə yükünü onun üzərinə qoymuş, halbuki inzibati orqan tərəfindən onun təqsirini şübhəsiz təsdiq edən kifayət qədər sübutlar təqdim edilməmişdir. O bildirmişdir ki, yol hərəkəti qaydalarını pozmamış və manevri qanunauyğun şəkildə etmişdir. Lakin məhkəmə hadisə yerinin xüsusiyyətlərini, o cümlədən yolun ayırıcı zolaqla bölünməsini və nişanın təsir dairəsini nəzərə almamışdır. “Yol hərəkəti haqqında” qanunun 65-ci maddəsinin 4-cü bəndinə əsasən 4.1.1-4.1.* nömrəli yol nişanlarının qüvvəsi yalnız ilk yol kəsişməsinə qədər şamil edilir. O isə ikinci kəsişmədən sola dönmüş və bu səbəbdən hərəkəti yol nişanının təsir dairəsindən kənarda olmuşdur. “Yol hərəkəti haqqında” qanunun 81-ci maddəsinə əsasən, yol hərəkətinə nəzarət zamanı istifadə olunan texniki vasitələr qanunvericiliyin tələblərinə uyğun olmalı, metroloji yoxlamadan keçməli və istifadəyə yararlı vəziyyətdə olmalıdır. Lakin ona münasibətdə qəbul edilmiş inzibati qərarda istifadə olunan texniki vasitənin metroloj yoxlamadan keçməsi, uyğunluq (sertifikat) sənədləri, sertifikatın etibarlılıq müddəti barədə heç bir məlumat göstərilməmişdir. Bu isə həmin texniki vasitə ilə əldə edilmiş sübutların etibarlılığını şübhə altına alır və belə sübutlara əsaslanaraq məsuliyyətə cəlb olunma qanunsuzdur. Məhkəmə baxışı zamanı Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi qərarından şikayət verilən orqan2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edilə bilməz. Şikayətin dəlillərinə münasibətdə, inzibati xəta haqqında iş üzrə icraatın xüsusiyyətləri, qəbul edilmiş məhkəmə qərarının qanuniliyi və əsaslılığı, iş üzrə toplanmış sənədlərlə əlaqəli şəkildə təhlil olunarkən, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olmayan qərar qəbul olunduğu və işin həqiqi halları ilə müqayisədə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materiallarına düzgün hüquqi qiymət verilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin dispozisiyasına görə Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə, qırx manat məbləğində məbləğdə cərimə növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Tərtib edilən elektron qərara əsasən ehtimal edilən inzibati xəta hadisəsi ** QT *** dövlət qeydiyyat nişanlı, “X1” minik markalı avtomobili idarə edən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Binəqədi rayonu, Mircəlal küçəsi istiqamətində baş vermişdir. Səlahiyyətli orqanın iddiasına və bununla razılaşan birinci instansiya məhkəməsinin qənaətinə görə sürücü Qərardan şikayət verən orqan (şəxs) tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin 3-cü bəndinin tələbləri pozulmuş bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsinə əlavə edilmiş, ehtimal edilən inzibati xətanın törədilməsi zamanı qeydə alınmış fotolar əsasında müəyyən edilir ki, kəsişən yolda ortada ayrıcı zolaq olmuş, bu isə o deməkdir ki, kəsişən yolda ayrıca zolaq olduğundan səlahiyyətli orqanın istinad etdiyi “düzünə və ya sağa hərəkət” nişanı ancaq birinci kəsişməyə təsir edir. İkinci kəsişmədə isə bu nişanın tələbi qüvvədən düşür. İddia edilən inzibati xətanın törədildiyi yerin fotoşəkillərindən göründüyü kimi həmin yolda ikinci kəsişmə mövcuddur və dönmə əməliyyatı sürücü tərəfindən məhz ikinci kəsişmədə icra edilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin 5-cü bəndinin tələbinə görə Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Göründüyü kimi sürücü Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta hadisəsi mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Beləliklə, apellyasiya instaniyası məhkəməsi, inzibati iş üzrə toplanmış icraat materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq apellyasiya instaniyası məhkəməsi, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qeydə alınmış ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta hadisəsinin olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qeydə alınmış ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində Qərardan şikayət verən orqan (şəxs) barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1334/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1334/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver