Məhkəmə qərarları › İş №3(3-6)-1335/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1335/2026

12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1335/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) İlyas qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) İlyas qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İlyas qızı tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, o, “xxxx” MMC-də “masajçı” vəzifəsində çalışmışdır. Bu ilin fevral ayının əvvəlində Qərarından şikayət verilən orqan “xxxx” PHŞ-nin ##.##.2026-cı il tarixli, *-**-*/*-*-***/**** nömrəli planlı yoxlamanın keçirilməsi haqqında Qərarı və ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli plan üzrə (növbəti) yoxlamanın keçirilməsi barədə bildirişi MMC-yə göndərilmişdir. Lakin məlumatlandırma zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmamışdır. Belə ki, həmin qanuna əsasən, yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilməklə məlumat verilməlidir. Lakin yoxlamanın aparılmasına 3 gün qalmış bildiriş MMC-yə çatdırılmaqla bu tələb pozulmuşdur. Həmin qərar və bildirişə əsasən “xxxx" PHŞ-nin əməkdaşları tərəfindən ##.##.2026-cı il tarixində MMC-də planlı yoxlama həyəta keçirmişdir. Nəticədə ##.##.2026-cı il tarixli, T-***A nömrəli özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktı və barəsində həmin tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həmin akt və protokol əsas götürülməklə barəsində qanunsuz və əsassız olaraq ##.##.2026cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, “xxxx" PHŞ tərəfindən keçirilən yoxlama zamanı tərtib olunmuş aktda qeyd olunur ki, MMC-yə məxsus klinikada planlı yoxlama zamanı əmək müqaviləsinə əsasən “masajist” vəzifəsində çalışan Qərardan şikayət verən orqan (şəxs) İlyas qızı tərəfindən ali və orta ixtisas tibb təhsili olmadan “Fizioterapevtik” iş üzrə tibb fəaliyyətinin - masaj prosedurların həyata keçirilməsi faktı aşkar edildi. Aşkar edilmiş nöqsanla bağlı Qərardan şikayət verən orqan (şəxs) İlyas qızı barəsində inzibati tənbeh tədbiri seçilərək İXM-nın 215.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Sözügedən aktda qeyd olunan ali və orta ixtisas tibb təhsili olmadan “fizioterapevtik” iş üzrə tibbi fəaliyyətlə məşğul olma faktının aşkar edilməsi həqiqəti əks etdirmir. Doğrudur, “fizioterapiya” ixtisası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il # ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı”nda fizioterapiya ixtisas kimi nəzərdə tutulduğundan bu ixtisasdan irəli gələn fəaliyyətlə məşğul olan şəxslər ali tibb təhsilli olmalıdır. Lakin, barəsində protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən masaj fəaliyyətinin fizioterapiyaya daxil olmadığı nəzərə alınmayaraq və bu fəaliyyətlə məşğul olmağın ali və orta tibb təhsilini şərtləndirdiyi qənaətinə gəlinmişdir. Halbuki, masaj fəaliyyəti ilə məşğul olan şəxsin fizioterapiya ixtisasına yiyələnməli olması, həmçinin ali və ya orta tibb təhsilli olması tibb sahəsidə qüvvədə olan heç bir normativ hüquqi aktla təsdiqlənmir. Bunun əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda “masajist” ixtisası nəzərdə tutulmuşdur. Həmin Təsnifatdan da aydın olur ki, masaj fəaliyyəti ilə məşğul olmaq üçün şəxsin peşə təhsilinin olması kifayətdir. Bu fəaliyyət üçün ali və ya orta ixtisas tibb təhsilinə malik olmaq şərt deyildir. Hansı ki, barəsində məhz bu əsasla protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Digər qeyd olunmalı məqam ondan ibarətdir ki, çalışdığı MMC fəaliyyət göstərdiyi uzun illər ərzində bir neçə dəfə lisenziya üçün müraciət edərək həm Qərarından şikayət verilən orqan, həm də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən fəaliyyət növləri üzrə müvafiq lisenziyaları əldə etmişdir. Məlumdur ki, lisenziya üçün müraciət edərkən işçilərin sənədləri də göndərilir və həmin sənədlər də yoxlanmaqla müvafiq fəaliyyətə lisenziya verilir. Yəni sənədlərdə uyğunsuzluq aşkarlanarsa, müvafiq fəaliyyət növü üçün lisenziya verilmir. MMC-yə Qərarından şikayət verilən orqan tərəfindən ##.##.2010-cu il tarixli, ****** nömrəli; ##.##.2015-ci il tarixli, ****** nömrəli və Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi tərəfindən ##.##.2016-cı il tarixli, ****** nömrəli lisenziyaların və ##.##.2022- ci il tarixli lisenziya əlavəsinin verilməsi də təsdiq edir ki, MMC tərəfindən fəaliyyəti çərçivəsində heç bir hüquq pozuntusuna yol verilməmişdir, əks təqdirdə təqdim edilmiş sənədlərdə müvafiq nöqsanlar aşkarlanmaqla lisenziyanın verilməsindən imtina edilərdi. Həmçinin, "xxxx” PHŞ tərəfindən MMC-də daha əvvəl yoxlama keçirilərkən də “masajçı” ştatı mövcud olmuş və həmin vəzifədə çalışan şəxslər də, o və hazırda fəaliyyət göstərən digər şəxslərlə eyni vəziyyətdə olmuş, yəni onlar da ali və ya orta ixtisas tibb təhsili almamışdır. Necə ola bilər ki, əgər bu hal inzibati xəta sayılırsa, 2022-ci ildə inzibati xəta kimi qiymətləndirilməmiş əksinə müəssisə rəhbərliyinə yazılı şəkildə MMCnin qüsursuz fəaliyyətinə görə təşəkkür mətni təqdim olunmuşdur. Bu sahədə qanunvericiliyə həmin vaxtdan bu vaxta kimi də heç bir dəyişiklik və ya əlavə edilməmişdir. Təşəkkür məktubunu imzalayanlardan X3 hər iki yoxlamada iştirak edərək eyni vəziyyəti fərqli şəkildə qiymətləndirmişdir.Eyni zamanda masaj xidmətinin göstərildiyi və ali və orta ixtisas tibb təhsili olmayan şəxslərin masajçı kimi işlədiyi digər müəssisələrə münasibətdə heç bir inzibati xəta haqqında protokolun tərtib olunmadığı halda MMC barəsində protokolun tərtib olunması MMC-yə münasibətdə ayrıseçkiliyə yol verildiyinin göstəricisidir. Həmçinin, masaj ixtisası üzrə bu günə qədər heç bir sertifikasiya imtahanı belə təşkil olunmamışdır. Əgər bu fəaliyyət ali və orta ixtisas təhsili tələb edən praktik tibb fəaliyyəti hesab olunsa idi, bu ixtisas üzrə də, digər ixtisaslar üzrə olduğu kimi sertifikasiya təşkil olunardı. Göründüyü kimi barəsində inzibati tənbeh vermə haqqında qəbul olunmuş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərar qanunsuzdur və ləğv edilməlidir. Həmin qərarda onun Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş ali və ya orta ixtisas tibb təhsili olmadan praktik tibb fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətdiyi qeyd olunsa da, o, həmin maddənin dispozisiyasında əks olunmuş inzibati xəta hesab olunan ali və ya orta ixtisas tibb təhsili olmadan praktik tibb fəaliyyəti ilə məşğul olma inzibati xətasına fəaliyyəti ərzində yol verməmişdir. Çünki masaj fəaliyyəti ilə məşğul olmaq üçün peşə təhsili şərtdir, bunun üçün ali və orta ixtisas təhsili şərt deyil. Buna görə də ali və ya orta ixtisas tibb təhsilinin olmaması əsası ilə barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və ləğv edilməlidir. Onu da qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyinin tələbi olan işə baxılmasının vaxtı və yeri barədə, həmin prosessual hərəkətin tarixinə azı 5 gün qalmış işdə iştirak edən şəxslərə məlumat verilməsinə dair tələb Qərarından şikayət verilən orqan tərəfindən pozulmuşdur. Ona işə baxılması barədə bildiriş göndərilməmiş, protokolun tərtib olunmasından 1 gün sonra iştirakı olmadan işə baxaraq inzibati protokol əsasında tərəfindən inzibati xətanın törədilməsi qənaətinə gəlinərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qanunsuz və əsassız olduğundan, inzibati xəta hadisəsi olmadığından həmin qərar ləğv edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İlyas qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İlyas qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) İlyas qızı və ya nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə saat 16:00-da Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, İ.Dadaşov küçəsi, 71 C, 1-ci mərtəbə ünvanında yerləşən “xxxx” MMC-yə məxsus klinikada planlı yoxlama zamanı ali və ya orta ixtisas tibb təhsili olmadan “fizioterapevtik işi üzrə tibb fəaliyyəti- masaj prosedurları” fəaliyyətini həyata keçirmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) İlyas qızı tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sözügedən inzibati xəta haqqında protokolda Qərardan şikayət verən orqan (şəxs) İlyas qızının inzibati xəta haqqında protokolla razı olduğu göstərilmişdir və inzibati xəta haqqında protokol Qərardan şikayət verən orqan (şəxs) İlyas qızı tərəfindən imzalanmışdır. MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İlyas qızı tərəfindən İXM-in 215.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. ## #### 2026-cı il tarixli, ****** nömrəli lisenziyadan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, İ.Dadaşov küçəsi, ev 71C ünvanında fəaliyyət göstərən “xxxx” MMC-yə özəl tibb fəaliyyətini həyata keçirmək üçün müddətsiz lisenziya verilmişdir. # #### 2022-ci il tarixli lisenziyanın əlavəsindən görünür ki, “xxxx” MMC-yə özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə görülməsinə icazə verilən işlərin siyahısında fizioterapiya, fizioterapetik və digər işlərin görülməsi də qeyd edilmişdir. Qərarından şikayət verilən orqan “xxxx” X1 tərəfindən qəbul edilmiş ## ###### 2026cı il tarixli qərardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, İ.Dadaşov küçəsi, ev 71C ünvanında yerləşən “xxxx” MMC-də ##.##.2026-##.##.2026-cı il tarixlərdə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmış və yoxlama suallarının siyahısı təsdiq edilmişdir. ## ###### 2026-cı il tarixli, T-***A nömrəli X2 Plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, klinikada əmək müqaviləsinə əsasən “massajist” vəzifəsində çalışan Qərardan şikayət verən orqan (şəxs) İlyas qızı tərəfindən ali və ya orta ixtisas tibb təhsili olmadan, “fizioteropevtik” işi üzrə tibb fəaliyyətininin massaj prosedurlarının həyata keçirilməsi faktı aşkar edilmişdir. Aktın “sahibkarın izahatı, iradı və ya etirazı” hissəsində Klinikanın masajisti Qərardan şikayət verən orqan (şəxs) İlyas qızı tərəfindən verilmiş izahatdan görünür ki, o göstərilən nöqsanla razı olduğunu və protokolu aldığını qeyd etmişdir. “Avantaj” Tədris Mərkəzi tərəfindən verilmiş AA** nömrəli diplomun surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İlyas qızı “masajist” ixtisası üzrə “108” saatlıq kursu bitirmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ##.##.2015-ci il tarixli, ** nömrəli əmrinə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müəssisələrində vəzifələrin tutulmasının ixtisaslar üzrə müəyyənləşdirilməsi” haqqında * nömrəli əlavədən görünür ki, masaj üzrə tibb bacısı və ya masaj üzrə tibb qardaşı mütəxəssis kimi fəaliyyət göstərmək üçün qeyri-tibbi ali təhsili olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla Qərardan şikayət verən orqan (şəxs) İlyas qızı tərəfindən inzibati xətanın törədilməsi faktı öz təsdiqini tapmışdır. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Odur ki, şikayətin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin hüquqi əsasını təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) İlyas qızının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni, əsaslı və düzgün nəticəyə gəlmiş və ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 300 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Qərardan şikayət verən orqan (şəxs) İlyas qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar