Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1336/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-nin direktoru Turan İsmayılovun adından tərtib edilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 339.1 və 347-ci maddələri ilə tərtib edilmiş ## ###### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC barəsində Azərbaycan Respublikası İXM-in 339.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmamasına görə xitam verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-nin direktoru Turan İsmayılovun adından həmin məhkəmə qərarından tərtib edilmiş şikayətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə həmin Cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-də birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayət və ya protestin onu vermiş şəxs və ya vəzifəli şəxs tərəfindən imzalanmadığı halda, hansı qərarın qəbul edilməsini tənzimləyən norma yoxdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun: - 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. - 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. - 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 387.3-cü maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu verən şəxs tərəfindən imzalanır. - 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası İXM-in 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə inzibati xəta haqqında icraat materialları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-nin direktoru Turan İsmayılovun adından tərtib edilmiş şikayətə baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalı, sonuncuya həmin qərardan verdiyi şikayəti imzaladıqdan sonra yenidən şikayət verməsi ilə əlaqədar ötürdüyü prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 387.3 və 391.4cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İş üzrə inzibati xəta haqqında icraat materialları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-104)-2773/2026 qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-nin direktoru Turan İsmayılovun adından tərtib edilmiş şikayətə baxılmadan birinci instansiya məhkəməsinə qaytarılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-yə izah edilir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından verdiyi şikayəti imzaladıqdan sonra yenidən şikayət verməsi ilə əlaqədar ötürdüyü prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1336/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1336/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver