Məhkəmə qərarları › İş №3(3-6)-1337/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1337/2026

12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1337/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı ASC-nin direktoru Turan İsmayılov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1i Şöbəsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı ASC-nin direktoru Turan İsmayılov apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı ASC-nin əməllərində inzibati xəta tərkibi olmadığına görə inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərindən məhkəməyə ##.##.2026-cı il, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində ərizə ilə müraciət olunaraq işin faktiki hallarına dair ətraflı məlumat verilmişdir. Ərizədə qeyd edilmişdir ki, hüquqi şəxsin baş ofisi ##.##.2026-cı il tarixindən digər ünvana, yəni Globus Plazanın 16-cı mərtəbəsinə köçmüşdür. İnzibati orqan tərəfindən isə həmin məktub şirkətin köhnə ünvanına göndərilmişdir. Bundan başqa, inzibati orqan tərəfindən təqdim edilmiş iş materiallarından görünür ki həmin məktub Məmmədov soyadlı şəxs tərəfindən ##.##.2026-cı il tarixində qəbul edilmişdir. Məmmədov soyadlı həmin şəxsin həmin tarixdə məktubu qəbul etməsi mümkün deyildir, çünki ##.##.2026-cı il tarixindən hüquqi şəxsin ofisi Globus Plazaya köçürülmüşdür, şəxs də əmək fəaliyyətini yeni ünvanda davam etdirir. Məktubu qəbul edən şəxsin hüquqi şəxsin əməkdaşının olmasına dair məhkəməyə müvafiq Ərizə ilə müraciət olunmuşdur, həmin məktub elektron məhkəmə sisteminə vurulmuşdur. Bundan başqa Yasamal rayon Polis İdarəsinə hüquqi şəxsin Baş ofisinin yeni ünvana, yəni Globus Plazaya köçürülməsinə dair öncədən ətraflı məlumat verilmişdir. Ümumi qəbul edilmiş praktikaya əsasən hüquqi şəxsin ofisi bağlı olduğuna görə xxxx əməkdaşları tərəfindən bundan öncə məktubları daimi qəbul edən şəxsin adı qeyd olunaraq sistemə qəbul edilmiş daxil edilir, halbuki sorğuya cavab verməməyə məsuliyyətin nədən ibarət olmasına dair hüquqi şəxsdə məlumat mövcuddur. Hüquqi şəxs olaraq inzibati orqanın sorğularına cavab verməyəyə görə müvafiq inzibati məsuliyyətin yaranmasını bilə-bilə həmin sorğulara cavab verməməsi absurd məsələdir. Eyni inzibati orqan tərəfindən eyni tərkibli digər inzibati xətanın törədilməsinə görə Yasamal rayon Məhkəməsinin icraatında 3(5-104)-1764/2026, 3(5-104)-2643/2026, 3(5-104)-2743/2026, 3(5-104)-2775/2026 və *(*-***)-****/**** saylı işlər olmuşdur. Yasamal rayon Məhkəməsinin Qərarlarına əsasən, hüquqi şəxsin əməllərində inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilmişdir. Həmin Qərarlardan inzibati orqan tərəfindən şikayət verilməmiş, Qərarlar qanuni qüvvəsini almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək şikayətə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı ASC-nin direktoru Turan İsmayılov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57- 1.1- ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1i Şöbəsinin sorğu məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1i Şöbəsi tərəfindən “Lexus CT200H (hibrid) minik” markalı, **YB*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASCdən xahiş olunmuşdur; DİN-in DYP Web portaldan çıxarışından görünür ki, “Lexus CT200H (hibrid) minik” markalı, **YB*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir; DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrə, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır; SX*********AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1i Şöbəsinin sorğu məktubu xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1i Şöbəsinin R X2 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, “Lexus CT200H” markalı, **YB*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026cı ildə İXM-nin 328.1-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxs qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verməmişdir. Məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, 3(5- ***)-****/**** saylı müraciətə baxılmasının nəticəsi barədə məktubdan görünür ki, sistem üzərindən axtarış zamanı məlum olmuşdur ki, X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixində AZ**** saylı poçt şöbəsi vasitəsilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bokt ASC-yə ünvanlanmış SX077017740AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub, ##.##.2026-cı il tarixində ünvan üzrə xidmət göstərən AZ**** saylı poçt şöbəsinə daxil olmuş, ##.##.2026- cı il tarixində alıcıya təhvil verilmişdir (qəbul edən Vidadi Məmmədov). Sözügedən məktubun xəbərnaməsi ##.##.2026-cı il tarixində AZ**** saylı poçt şöbəsi tərəfindən göndəriciyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş məktubla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC tərəfindən X7 və Məmmədov Vidadi İskəndər oğlunun adına “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatlar göndərilmiş, həmin məlumatda isə X7 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-də investisiya şöbəsinin müdiri, Məmmədov Vidadi İskəndər oğlunun isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASCdə maliyyə direktoru olduğu görünür. Hazırki iş üzrə birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, səlahiyyətli orqan Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən barəsində inzibati icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-yə istifadəsində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə hüquqi ünvanına sorğu göndərilmiş, sorğu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC tərəfindən qəbul olunmuş, lakin səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumat verilməmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə həmin qənaətə gələrkən onu da müəyyən etmişdir ki, hüquqi şəxsin baş ofisinin yeni ünvana köçməyi barədə inzibati orqanın məlumatlandırılması iş materialları ilə sübut edilmir, barəsində protokol tərtib edilən hüquqi şəxs də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Həmçinin səlahiyyətli orqanın məlumatlanması onun həmin ünvana sorğu göndərməməsi öhdəliyi yaratmır. Əksinə hüquqi şəxs faktiki yerləşdiyi yer dəyişdikdə hüquqi ünvanın rəsmi reysterdə dəyişməsi üçün müraciət etməlidir. İşin bütün hallarının hərtərəfli və obyektiv araşdırılması üçün məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlanaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC ilə Vidadi Məmmədov arasında əmək münasibətlərinin mövcud olub-olmamasına münasibət bildirilməsi, həmçinin Vidadi Məmmədov ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC arasında əmək müqaviləsinin bağlanıb-bağlanmaması, bağlanmış olduğu halda həmin müqavilənin əhatə etdiyi müddət barədə məlumat verilməsi xahiş edilmiş, həmin sorğuya əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş məktubla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC tərəfindən X7 və Məmmədov Vidadi İskəndər oğlunun adına “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatlar göndərilmiş, həmin məlumatda isə X7 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-də investisiya şöbəsinin müdiri, Məmmədov Vidadi İskəndər oğlunun isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASCdə maliyyə direktoru olduğu görünmüşdür. Məhkəmə iş materiallarını bir daha araşdıraraq və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli hesab edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmiş və həmin nəticəni öz qərarında kifayət qədər əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin hüquqi şəxsin baş ofisinin ##.##.2026-cı il tarixindən digər ünvana, yəni Globus Plazanın 16-cı mərtəbəsinə köçməsi, inzibati orqan tərəfindən isə həmin məktubun şirkətin köhnə ünvanına göndərilməsi, bununla belə Yasamal Rayon Polis İdarəsinə hüquqi şəxsin Baş ofisinin yeni ünvana, yəni Globus Plazaya köçürülməsinə dair öncədən ətraflı məlumat verilməsi barədə dəlilərinə münasibətdə qeyd edir ki, hüquqi şəxsin həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində istinad etdiyi həmin dəlili (Yasamal Rayon Polis İdarəsinə hüquqi şəxsin Baş ofisinin yeni ünvana, yəni Globus Plazaya köçürülməsinə dair öncədən ətraflı məlumat verilməsi) təsdiq edən hər hansı sübut iş materiallarında mövcud olmamış, habelə hüquqi şəxs hazırki apellyasiya baxışı zamanı iştirak etməyərək müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi onu da qeyd edir ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından biri və ən əsası da ondan ibarətdir ki, X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixində AZ**** saylı poçt şöbəsi vasitəsilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bokt ASC-yə ünvanlanmış SX077017740AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub, ##.##.2026-cı il tarixində ünvan üzrə xidmət göstərən AZ**** saylı poçt şöbəsinə daxil olmuş, ##.##.2026- cı il tarixində Vidadi Məmmədov tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş məktubla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC tərəfindən X7 və Məmmədov Vidadi İskəndər oğlunun adına “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatlar göndərilmiş, həmin məlumatda isə X7 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-də investisiya şöbəsinin müdiri, Məmmədov Vidadi İskəndər oğlunun isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-də maliyyə direktoru olduğu görünür. Belə olan halda məhkəmə apellyasiya şikayətinin sözügedən məktubun Məmmədov soyadlı şəxs tərəfindən ##.##.2026-cı il tarixində qəbul edilməsinin mümkün olmaması, çünki ##.##.2026-cı il tarixindən hüquqi şəxsin ofisinin Globus Plazaya köçürülməsi ilə əlaqədar həmin şəxsin də əmək fəaliyyətini yeni ünvanda davam etdirməsi, praktikaya əsasən hüquqi şəxsin ofisi bağlı olduğuna görə xxxx əməkdaşları tərəfindən bundan öncə məktubları daimi qəbul edən şəxsin adı qeyd olunaraq sistemə qəbul edilmiş daxil etməsi dəlillərinə münasibətdə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilkin olaraq birinci instansiya məhkəməsinə ünvanladığı etirazda həmin məktubun ##.##.2026-cı il tarixində poçtun möhürü vurulmaqla soyadı və adı dəqiq qeyd edilməyən və hüquqi şəxsə ümumiyyətlə aidiyyatı olmayan şəxs tərəfindən qəbul edilməsi, şirkətin isə elə bir əməkdaşının olamaması iddiasını irəli sürdüyü halda, işin sübuta yetirilmiş hazırki hallarına əsasən Vidadi Məmmədov ad və soyadlı əməkdaşının olduğunu etiraf etməklə öhdəliyinin icra olunmamasını digər hallarla əlaqələndirməsi hüquqi şəxsin inzibati məsuliyyətdən yayınmaq cəhdlərinə kifayət qədər əsasların olduğunu göstərir. Buna görə də məhkəmə hesab edir ki, verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı ASCnin direktoru Turan İsmayılov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı ASC-nin direktoru Turan İsmayılov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar