Məhkəmə qərarları › İş №3(3-6)-1339/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1339/2026

21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1339/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Protokol tərtib edən orqanlar nümayəndəsi X6 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:1701521841) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 210.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 210.1 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə saat 16:35-də ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus müəssisədə keçirilən plandankənar yoxlama zamanı lisenziya olmadan praktik tibb fəaliyyəti ilə məşğul olması faktı və dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti birmiş tibb vasitələri aşkarlanmışdır. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 210.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, T-*** nömrəli plandankənar yoxlama aktı ilə təsdiq edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Sevinc Quliyeva) ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:1701521841) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 210.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verib Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və həmin iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, adı çəkilən sahədə X2 Academy” MMC kurs və gözəllik salonu kimi fəaliyyətm göstərmişdir. Adıçəkilən MMC-nin direktoru X3 həmin sahədə hər hansı bir qanunsuz fəaliyyətlə məşğu olmuş olsaydı könüllü qaydada yoxlamanın aparılmasına şərait yaratmış olmazdı və müvafiq sənədləri imzalamış olmazdı. Hazırki yoxlamanın aparılmasının səbəbkarı X7 tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinə ünvanlanmış müraciət olmuşdur. Həmin şəxs ## ###### 2026-cı il tarixli müraciətində ona vurulan preparatın onun orqaniziminə vurulması nəticəsində hansı fəsadlara səbəb ola biləcəyi, sağlamlığı ilə bağlı real risklərdən qorxduğunu və bununla əlaqədar müvafiq araşdırmanın aprılması xahiş olunmuşdur. Təbii ki, hazırki müraciət qərəzli müracit olunduğunudan həmin şikayət üzrə heç bir araşdırma aparılmamışdır. Işə baxan hakim tərəfindən adıçəkilən şəxsin məhkəmə iclasında iştirakının təmin olunması ilə bağlı (+99455) ***- **-** nömrəli mobil telefonu ilə əlaqə saxlanılaraq məhkəmə iclasına dəvət olunsada o qəti şəkildə məhkəmə iclasına gəlməkdən imtina etmişdir. Əgər doğurdanda göstərilənlər vətəndaşı narahat edirsə də o qeyd olunanlarla bağlı fikrini məhkəmədə bildirməli idi. Bundan əlavə o müraciətində ona 400 manatlıq qəbzin təqdim olunduğunu və bu barədə onda videogörüntülər olduğunu bildirsədə müraciət olunan vaxtı belə bir sənəd və videogörüntü təqdim edilməmişdir. ## ##### 2026-cı il tarixdə də Azərbyacan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsindən həmin vidoegörüntülər və qəbz tələb olunsada qarşı tərəfdən belə bir sənəd təqdim olunmamışdır. Bildirirəm ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən MMC-nin ünvanına baxış keşirsədə həmin vaxtı MMC-nin direktoru və ya hər-hansı bir şəxs tərəfindən ora adıçəkilən prosedurların həyata keçirilməsi öz təsdiqini tapmamışdır. Hətta orada olan qutular boş olmuş, ən əsası həmin dərmanlar və avadanlıqlar X8 məxsus olmuşdur. O məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində də bunu inkar etməmişdir və ona məxsus olmasını bildirmişdir. Çox təəssüflər olsun göstərilən faktlarla bağlı məhkəməyə təqdim olunmuş sənədlərə məhkəmə hüquqi qiymət verməmiş və həmin hissələrlə bağlı ümumiyyətlə araşdırma aparılamamışdır. MMC-nin direktoru X3 izahatında göstrmişdir ki fəaliyyətləri lazer epilyasiya aparat kosmetoloji, saç makiyaj, vizaj kurları icra olunduğunu, orda dərman prepartlarının ona məxsus olmadığından müsadirəsinə də icazə verməmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Nümayəndə şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Protokol tərtib edən orqanlar nümayəndəsi X6 şikayətin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək hüquqi şəxs barəsində tənbeh tətbiq etmişdir. Belə ki, iş materiallarında olan Həmidova Vəfa tərəfindən verilmiş izahatdan görünür ki, 2025- ci ilin iyun ayından etibarən mərkəz fəaliyyət göstərir, lazer epilyasiya, aparat kosmetologiyası, saç, makiyaj, vizaj kursları icra olunur. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Iş materiallarında olan Protokol tərtib edən orqanlar Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbəti) yoxlamanın keçirilməsi haqqında 3-28-1/3-2- ***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən təşkilatın fəaliyyətinin yoxlanılması məqsədilə, ##.##.2026-##.##.2026- cı il tarixlərdə AEM-nin Tibbi Nəzarət şöbəsinin müdir müavini X10, AEM-nin Tibbi Nəzarət şöbəsinin baş müətxəssisi X4, AEM-nin Hüquq şöbəsinin hüquq məsləhətçi X5 və AEM-nin Əczaçılıq nüfəttişliyi şöbəsinin müfəttişi X9 tərəfindən həmin müəssisədə plandankənar (növbəti) yoxlama aparılması qərara alınmışdır. Iş materiallarında olan Plandankənar Yoxlama haqqında ## #### 2026-cı il tarixli T-*** nömrəli aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də lisenziyasız özəl tibb fəaliyyəti və dövlət qeydiyyatından keçməmiş yararlılıq müddəti bitmiş tibbi vasitələrdən istifadəsi və satışı aşkarlanmışdır. Qeyd hissədən görünür ki, X19 müraciəti əsasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarlaın maraqlarının müdafiəsi haqqında” AR-nın Qanununun 16-cı maddəsinə müvafiq olaraq ünvan 4 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus özəl müəssisədə aidiyyatı üzrə araşdırmanın aparılması və qanunlara əməl edilməsinin yerində qiymətləndirilməsi məqsədilə plandankənar yoxlama keçirilmişdir. Müəssisədə yoxlama qanuni təmsilçi X17 iştirakı, təqdim etdiyi sənədlər, sahələr və aidiyyatı üzrə rəsmi izahatı əsasında keçirilmişdir (03 və ## #### 2026-cı il). Yoxlamanın birinci sualı üzrə qeyd edir ki, müəssisənin dermotoloji ixtisasa aid kosmetoloji iş və fəaliyyət göstərməsi üçün Azərbaycan Respublikası IN tərəfindən təqdim edilmiş lisenziyaya uyğun olaraq da lisenziya əlavəsi sənədləri yoxdur. Yoxlama zamanı müəssisədə otaqlara baxış keirilən zaman “kosmetoloji” iş və fəaliyyət üzrə müxtəlif növ cihazlara, vəsaitlərə, tibb vasitələrinə, ödəniş qəbzlərinə, işçi heyət və pasiyentlərə rast gəlinmişdir. Mövcud vəziyyətin fotoşəkilləri çəkilərək yoxlama materiallarına əlavə edilmişdir. Yoxlamanın ikinci sualı üzrə qeyd edir ki, müəssisədə dövlət qeydiyyatından keçməyən (lipolab V-line Premium 10 ml, 5 vials- 1 qutu, X1 10 ml-1 flakon, Fillas Ultra – Basic 20 mg/ml -1 qutu, Exovair-1 set, Mesopeel MD mandelic 30 % - 1 qutu, Mesopeel MD lacfix 30 %- 1 qutu) və yararlıq müddəti bitmiş _ Medical device – yararlıq müddəti 02.2025- 2 flakon, X11 Solutions- yararlıq müddəti 01.2026-1 ampul) tibb vasitələri aşkar edildi. Aşkar edilmiş hər iki fakt ilə bağlı (lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması və dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş tibbi vasitələrdən istifadəsi, satışı) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 210.1 və 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsluiyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 221.1-ci maddəsinə əsasən Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə - inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı"nın və "Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı"nın təsdiq edilməsi haqqında ## ### 2017-ci il tarixli *** nömrəli qərarının * nömrəli əlavəsində Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısının Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər bölməsinin 2.13.2ci bəndinə əsasən kosmetoloji işlər lisenziyalaşdırılan işlər siyahısına daxildir. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır, təyin edilən inzibati tənbeh isə ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar