Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1340/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1 iştirakları ilə, Müəyyən e t d i m: Bakı şəhəri Nəsimi rayon Polis Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında protokol baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin rəisi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi təqsirli bilinərərk cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayətlə bağlı işin materiallarını araşdırıb hesab edirəm ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ## ##### 2026-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinə göndərilsə də, Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin rəisi tərəfindən apellyasiya şikayəti ## ##### 2026-cı il tarixdə tərtib edilərək göndərilmişdir. Göründüyü kimi, hazırki halda apellyasiya qaydasında verilmiş şikayət prosessual müddət başa çatandan sonra verilmiş, həmçinin müddətin bərpa olunması ilə bağlı məhkəməyə vəsatət də təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından apellyasiya qaydasında verilmiş şikayət qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən, həmin şikayətə baxıla bilməz və bu halda material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə eyni zamanda izah edir ki, apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən keçiriblərsə, buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarından Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1340/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1340/2026
13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver