Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1342/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi X4 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ## ###### 2026-cı il tarixdə etibarnamə üzrə idarə etdiyi **-AV-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Yasamal rayonu. Mətbuat prospekti ilə hərəkət edərkən X3 küçəsinə dönmək üçün yolun sol tərəfi ilə hərəkət edərək işıqforun qırmızı işığında avtomaşını saxlamışdır. Işıqforun yaşıl işığı yandıqdan sonra A.M.Şərifzadə küçəsinə dönərək digər avtomaşınlarla birlikdə hərəkət edərkən yolun ortasında işıqforun yaşıl işığı yanıb sönməyə başlamış, o isə qayda pozmayaraq hərəkətinə davam etmişdir. Bir neçə dəqiqədən sonra Mətbuat prospektində xidmət aparan polis müfəttişləri ona saxla əmri vermişlər. O da avtomaşını saxlayaraq, onu saxlamağının səbəbini soruşmuşdur. Polis müfəttişi ona bildirmişdir ki, o, işıqforun qırmızı işığında keçmişdir. Lakin onun işıqforun qırmızı işığında keçməsini təsdiq edən video görüntünü təqdim etməmişdir. Polis müfəttişinin ona təqdim etdiyi görüntüdə onun hərəkətdə olduğu görünmüş, lakin hərəkətinin işıqforun qırmızı işığında olmasını göstərə və sübut edə bilməmişdir. Şifahi olaraq işıqforun qırmızı işığında keçdiyini bildirmişdir. Lakin o, polis müfəttişinin bu qanunsuz və niyyətli tələbinin qanunsuz olmasını sonuncunun diqqətinə çatdırmışdır. Bundan sonra müfəttiş ona bir sənəd təqdim etmədən o, avtomaşınına oturaraq hərəkətinə davam etmişdir. Sonradan həmin günü onun istifadəsində olan telefon nömrəsinə sms gələrək onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsiin 327.2-ci maddəsi ilə, yəni işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi barədə ona 100 manat 3 bal cərimə protokolu tətbiq edilmişdir. Tərəfindən ona tərtib edilmiş inzibati protokolun qanunsuz və araşdırma aparılmaqla ləğv edilməsi barədə Daxili Işlər Nazirliyinin elektron poçt ünvanına rəsmi müraciət etmişdir. Lakin etdiyi müraciətlə bağlı onu dəvət etməmişlər, bu azmış kimi ona heç müraciəti ilə bağlı cavab belə verməmişlər. ##.##.2026-cı il tarixdə isə ona sms vasitəsi ilə qeyd edilmiş protokol üzrə inzibati qərar qəbul edilməsi barədə qərar gəlmişdir. Barəsində qəbul edilmiş inzibati qərar maddi hüquq normalarının, habelə prosessual normalara riayət edilmədən qəbul edildiyindən ləğv edilməli və icraata xitam verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi və qeyd edilən qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşı tərəf məhkəmədə iştirak etməmiş, hadisənin tam yox yarımçıq videosunu yollayaraq onun işıqforun qırmızı işığında keçdiyini iddia edirlər. Hadisənin video görüntüsündə onun nəqliyyat vasitəsi işıqforun qırmızı işığında keçdiyi deyil, işıqforun ardıcıl olaraq hərəkət xəbərdarlıq və dayanma qaydalarını əmr edən videogörüntü təqdim etmişdir. Qarşı tərəfin isə məhkəmə proseslərində iştirak etməməsi hadisənin video görüntüsü zamanı onun avtomaşınının göstərə bilməməsi üçün etmişlər. Məhkəmə isə heç bir araşdırma aparmadan təqdim etdiyi sübutlar və izahatlarını araşdırmayaraq sükutla üstündən keçmişdir. Apellyasiya icraatı zamanı çıxış edən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinləyib, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə, saat 15:58-də Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 14A ərazisində “MERCEDES BENZ S500 MINIK” markalı **AV*** dövlət qeydiyyat nişanlı yolayrıcı keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Iş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini əks etdirən diskə baxış zamanı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi təsdiq edilir. Məhkəmə şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab etmişdir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsiin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin IV hissəsinə əsasən svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İ hissəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin IV hissəsinə Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır və bu əmələ görə şəxs yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və şəxsin təqsiri sübuta yetirilmişdir. Ona görə məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq onları əsassız hesab edir. Bu səbəbdən və yuxarıda qeyd edilənlərdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1342/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1342/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver