Məhkəmə qərarları › İş №3(3-6)-1344/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1344/2026

15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1344/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon İcra Şöbəsinin böyük icra məmuru nümayəndə2 tərəfindən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında Bakı şəhər Səbail rayon İcra Şöbəsinin böyük icra məmuru, nümayəndə2 tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN ******* nömrəli protokola və ona əlavə olunmuş materiallara əsasən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin *- *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinin icra edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarına əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə yerli icra hakimiyyəti orqanının dövlət orqanı olmasını əsas gətirərək onun hüquqi şəxs statusunu gözardı etmişdir. Belə ki, ölkə qanunvericiliyində yerli icra hakimiyyəti orqanının hüquqi şəxs kimi məsuliyyətə cəlb olunmasını istisna edən hər hansı norma mövcud deyildir. Yerli icra hakmiyyəti orqanının başçısı onun fəaliyyətinə cavabdehdir və onun səlahiyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər icra hakimyyətinin mənafeinə yönəlmişdir. Mübahisələndirilən 85.000 azn vəsaitin ödənilməməsi qurumun xeyirinədir. Qeyd olunan vəsait büdcə hesabına və ya büdcədənkənar vasaitlərdən və digər mənbələrdən formalaşdırlan vəsaitlər hesabına ödənilməlidir. Qeyd olunan hal onu göstərir ki, yeri icra hakmiyyəti orqanının vəsaiti ödəməsi hər hansı fiziki şəxsin hesabına deyil yuxarıda qeyd olunan mənbələr hesabına həyat keçirilir. Belə olan halda kompensassiya hüquqi şəxs statusuna malik olan yerli icra hakimiyyəti orqanından alınmalıdır. İclasda iştirak edən nümayəndə tərəfindən həmin kompensasiyanın ödənilməsi ilə bağlı icra hakimiyyəti tərəfindən Maliyyə Nazirliyinə müvafiq müraciətlər edildiyi və vəsaitin ayrılması gözlənildiyi qeyd edilmişdir. Nümayəndə tərəfindən həmçinin göstərilmişdir ki, məhkəmə qərarının icra edilməməsi İcra Hakimiyyətinin balansında kifayətqədər pul vəsaitinin olmaması ilə əlaqədardır. Yerli icra hakmiyyəti orqanının büdcəsində müvafiq vəsatin olmaması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs bildirmişdir ki, o, məsələ ilə bağlı Maliyyə Nazirliyinə rəsmi qaydada müraciət etmiş və kompensassiyanın ödənilməsinin icra vəziyyəti barədə məlumat əldə etmişdir. Maliyyə Nazirliyindən verilmiş cavabda göstərilmişdir ki, müvafiq ödənişlər yalnız dövlət büdcəsi hesabına deyil, qanunla qadağan olunmamış digər mənbələrdən də maliyyələşdirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında əsasnamə"nin 7.6- cı bəndinə əsasən yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir. Bu baxımdan, kompensasiyanın ödənilməsi üçün yalnız Maliyyə Nazirliyindən vəsait ayrılmasının gözlənilməsi vaxt itkisidir. Zərərçəkmiş şəxs həmçinin qeyd etmişdir ki, ona məxsus gəlir gətirən qeyri- yaşayış obyekti heç bir əsas olmadan sökülmüş, lakin kompensasiyanın ödənilməsi vəsait ayrılması ilə şərtləndirilmişdir. Eyni zamanda, Maliyyə Nazirliyindən bildirildiyinə görə, həmin məhkəmə qərarına əsasən verilməli olan kompensasiya vəsaitinin dövlət büdcəsindən ayrılması hal-hazırda nəzərdə tutulmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəfin razılığı ilə şikayətə onun iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verilmiş şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, Səbail Rayon Məhkəməsi Səbail Rayon İcra Hakimiyyətinin hüquqi şəxs olmadığını və protokol hüquqi şəxs kimi tərtib edildiyindən işə xitam vermişdir. "Yerli icra hakimiyyətləri haqqında əsasnamə"nin 7.6- cı bəndinə əsasən yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir. Eyni zamanda vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malikdilər. Maliyyə Nazirliyi məktubla bildirmişdir ki, öz hesabına ödəyəcəklər. Həmçinin qanunvericilikdə İcra Hakimiyyətinin hüquqi şəxs olmaması ilə bağlı norması mövcud deyildir. Qeyd olunanları nəzərə alıb məhkəmədən qərarı ləğv edilməsini və Səbail Rayon İcra Hakimiyyətinin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi nümayəndə1 bildirdi ki, onları hüquqi şəxs kimi məsuliyyətə cəlb edilmişlər. Dəfələrlə vətandaş qəbullarında olubdur, Maliyyə Nazirliyinə rəsmi müraciətlər etmişlər. Dəstək olmaq üçün aidiyyəti qurumlara müraciət etmişlər. Lakin onlarda o qədər vəsait olmadığından, balanslarında da mövcud olmadığından, bu səbəbdən kompensasiyanı ödəyə bilmirlər, Vəsaitləri yoxdur. Onlar söküntü işləri aparmamışlar. Dövlət layihəsi üçün sökülmüşdür. Onlar sadecə nəzarət etmişlər. Onların avadanlıqlarıda yoxdur. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, məhkəmə hesab edir ki, verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığından xitam verilməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən 85.000 (səksən beş min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Səbail rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarına əlavə olunmuş Səbail rayon İcra Şöbəsi tərəfindən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə ##.##.2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş Səbail rayon İcra Şöbəsi tərəfindən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə xəbərdarlıq bildirişləri göndərilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Səbail rayon İcra Şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanda mövcud olmuş 40 kv.m sahəsi olan qeyri-yaşayış binasının sökülməsinə görə iddiaçı Zərərçəkmiş şəxs 85000 manat məbləğində kompensasiyanın ödənilməsi Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Məlumat üçün qeyd edirik ki, həvalə edilmiş məbləğin ödənilməsi imkanlarımız xaricində olduğundan qaldırılan məsələnin həlli istiqamətində köməklik göstərilməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rəsmi müraciət olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Səbail rayon İcra Şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarına əsasən ünvan 1 ünvanda mövcud olmuş qeyri-yaşayış binasının 16 kv.metr hissəsinin sökülməsinə görə iddiaçı Zərərçəkmiş şəxs 34.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Məlumat üçün qeyd edirik ki, qaldırılan məsələ ilə əlaqədar Səbail Rayon Icra Hakimiyyətinin arxivində hər-hansı məlumat aşkar edilməmiş və sözügedən qeyri-yaşayış binasında söküntü işləri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aparılmamışdır. Sonda qeyd etmək istərdik ki, Səbail Rayon Icra Hakimiyyətinin büdcəsi ilə qeyd olunan pul vəsaitinin ödənilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, qaldırılan məsələyə baxılması və səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rəsmi müraciət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” ## ###### 2023-cü il tarixli qərarına əsasən İnzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir..... inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ. Hissəsinə əsasən yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.Həmin maddəinin III. hissəsinə əsasən yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında əsasnamənin 1.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. Qeyd edilən normalardan göründüyü kimi, rayon və şəhər səviyyəsində fəaliyyət göstərən icra hakimiyyətləri o cümlədən Bakı şəhəri Səbail RİH yerli icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki qanunvericilik inzibati məsuliyyətin subyektlərini dəqiq və qəti şəkildə müəyyən etmişdir. Məhkəmə araşdırılması zamanı protokolu tərtib etmiş orqanın nümayəndəsi Bakı şəhəri Səbail RİH-nin hüquqi şəxs kimi məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib edildiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki qeyd edilən qanunvericilik normalarından göründüyü kimi Bakı şəhəri Səbail RİH yerli icra hakimiyətlərinə daxil olan dövlət orqanıdır. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətin tətbiqi üçün ilk və əsas şərt inzibati xətanın düzgün subyektə aid edilməsidir. İnzibati Xətalar Məcəlləsinin sistemli təhlilindən görünür ki, məsuliyyət yalnız inzibati xətanın törədilməsinə birbaşa aidiyyəti olan və hüquqi baxımdan inzibati məsuliyyət daşımalı olan şəxsə tətbiq oluna bilər. Subyektin düzgün müəyyən edilməməsi inzibati məsuliyyətin yaranmasını istisna edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətin tətbiqini nəzərdə tutur. Maddənin tələblərinə görə, bu məsuliyyətin subyekti kimi yalnız fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər nəzərdə tutulmuşdur. Bu tələb Məcəllədə açıq şəkildə müəyyən edilmiş və inzibati məsuliyyətin konkret subyektlər üzərində tətbiqini göstərir. Bundan əlavə qeyd edilməlidir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti dövlət orqanı olmaqla, yerli icra hakimiyyətlərinin tərkib hissəsidir və müstəqil hüquqi şəxs statusuna malik deyildir. Odur ki, inzibati xətanın subyekti protokolu tərtib edən orqan tərəfindən qanuni baxımdan düzgün müəyyən edilməmişdir, Bakı şəhəri Səbail rayon İH-nin qeyd edilən inzibati xətaya aidiyyəti müəyyən edilmir. Apellyasiya instansiya məhkəməsi yuxarda qeyd olunan mövqe ilə razılaşmayaraq qeyd edir ki, insan və vətəndaş hüquqları və azadlıqları pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən verilmiş icra vərəqəsi üzrə 85.000 (səksən beş min) manat məbləğində kompensasiyanın zərərçəkmiş şəxsə ödənilməsi öhdəliyi məhz Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Qanuni qüvvəyə minmiş qətnamədə konkret olaraq iş üzrə borclu subyekt Səbail Rayon İcra Hakimiyyəti müəyyən edilmişdir. Bununla belə məhkəmə qeyd edir ki, iş materiallarında olan protokol və əlavə edilmiş icra işi materiallarından, tərəflərin izahatlarından tələbin ödənilməməsinin Səbail Rayon İcra Hakimiyyətinin borcun ödənilməsindən qərəzli olaraq yayınması halı və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və yahərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Səbail Rayon İcra Hakimiyyətinin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Səbail Rayon İcra Hakimiyyəti üzərinə qoyulmuş öhdəliyi büdcələrində pul vəsaitin çatışmamazlığı ilə əlaqədar ödəmək imkanında olmamışdır. Lakin zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı kompensasiyanın ödənilməsi üçün cəhdlər göstərərək yardım edilməsi üçün müxtəlif vaxtlarda Maliyyə Nazirliyinə rəsmi müraciətlər etmişdir. Odur ki, Səbail Rayon İcra Hakimiyyətinin icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı müəyyən edilməmişdir. Səbail Rayon İcra Hakimiyyətinin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə hesab edirəm ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə, hesab edirəm ki, Səbail Rayon İcra Hakimiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Səbail Rayon İcra Hakimiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar