Məhkəmə qərarları › İş №3(3-6)-1347/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1347/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1347/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə , Qərardan şikayət verən orqan (şəxs) tərəfindən DİN-in Binəqədi rayon DYPŞ-nin ##.##.2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən DİN-in Binəqədi Rayon DYPŞ tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən DİN-in Binəqədi rayon DYPŞ-nin ##.##.2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarını ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ####### 2025-ci il tarixində Binəqədi rayonu ərazisində idarə etdiyi ** CC *** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili dayanmış vəziyyətdə olarkən ** RU *** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobil tərəfindən arxadan vurulmuşdur. Hadisə zamanı avtomobili hərəkətsiz vəziyyətdə olmuş və bu hal digər sürücünün təqsirini açıq şəkildə sübut edir. Bu fakta baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Foto və video-materiallar araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Dayanmış nəqliyyat vasitəsinə arxadan vurulma halı nəzərə alınmamışdır. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçısının mövqeyini dinləyərək hesab edir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) tərəfindən DİN-in Binəqədi rayon DYPŞ-nin ##.##.2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin qanunun 42-ci maddəsinin 3-cü hissəsinə əsasən dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrəbaşlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Həmin qanunun 42-ci maddəsinin 13-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Həmin qanunun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı. ##.##.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin R X2 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş, qərar inzibati xəta haqqında işə foto və video görüntülərə baxış keçirilməklə eyni zamanda tərəflərin iştirakı təmin olunmaqla yenidən baxılmaq üçün Binəqədi RPİnin DYPŞ-nə göndərilmişdir. ## ####### 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. ## ####### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. ## ###### 2026-cı il tarixli ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş izahatlardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi barədə Qərardan şikayət verən orqan (şəxs) və X5 izahatları alınmışdır. X1 tərəfindən Binəqədi RPİ-də verilmiş izahatdan görünür ki, o, idarə etdiyi “Mercedes” minik markalı, ** CC *** d.q.nişanlı avtomobil ilə geriyə baş yola çıxdıqda baş yolda hərəkətd olan “Hyundai” markalı, ** RU *** d.q.nişanlı avtomobilə yol vermədən çıxaraq onunla toqquşduğunu bildirmişdir. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş, həmin sxem hər iki sürücü tərəfindən imzalanmışdır. Məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə olunmuş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Mercedes” minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi ilə geriyə doğru hərəkət etmək istəyən zaman arxasında hərəkətdə olan “Hyundai” minik markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Birinci instansiya məhkəməsi hazırki iş üzrə belə qənaətə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətdə göstərdiyi xüsusatlar barəsində Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan və hər iki sürücü tərəfindən imzalanmış yol-nəqliyyat hadisəsinin sxemindən də göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin idarə etdiyi Mercedes” minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin geriyə doğru hərəkət etmək istəyən zaman arxasında hərəkətdə olan “Hyundai” minik markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması faktı baş vermişdir ki, bu da barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsini təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) tərəfindən DİN-in Binəqədi rayon DYPŞ-nin ##.##.2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən DİN-in Binəqədi rayon DYPŞ-nin ##.##.2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar