AzərbaycanǝRespublikasıǝadından Qərar Bakıǝşəhəri İşǝ№ǝ3(3-6)-1350/2026 13.05.2026 BAKIǝAPELLYASIYAǝMƏHKƏMƏSI BakıǝApellyasiyaǝMəhkəməsininǝhakimiǝBabayevǝQədimǝXalidǝoğlu, ǝŞikayətçiǝQərardanǝşikayətǝverənǝorqanǝ(şəxs)ǝiştiraklarıǝilə, müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli qərarının ləğv olunması, barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahişǝetmişdir.ǝ Şikayət onunla əsaslandırımışdır ki, Baş Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli qərarına əsasən, barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyası çərçivəsində 40 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. O, həmin qərarla razı deyil və hesab edir ki, Səlahiyyətli orqan tərəfindən sözügedən ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli protokol qərarı və həmin qərar haqqında müraciətin araşdırılması qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, ## ###### 2026-cı il tarixdə saat 13:12 radələrində Salyan rayonun ərazisindən "NISSAN SUNNY" markalı ** BJ *** dövlət qeydiyyat nişanlı şəxsi avtomobili ilə hərəkət edən zaman mənbəyi məlum olmayan foto şəkillər çəkilmiş və ## ###### 2026-cı il tarixdə EQ ******** nömrəli protokol qərarının qüvvəyə minməsi barədə mobil telefonuna mesaj daxil olmuşdur. www.asanpay.az sayatında həmin protokola və əlavə edilmiş foto şəkillərə baxmış və Inzibati Xətalar Məcəlləsinin 329.1. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 40 manat cərimə olunduğumu görmüşdür. Şəxsi avtomobilində həmin vaxt təhlükəsizlik kəmərindən istifadə etdiyi halda cərimə tətbiq olunduğu üçün ## ###### 2026-cı il tarixdə E-polis sistemi ilə və www.asanpay.az saytı ilə protokol qərarının düzgün tərtib edilməməsi və tərtib edilmiş qərarın ləğv edilməsini Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsinə yazılı şəkildə bildirmişdir. ## ###### 2026-cı il tarixdə əlavə olaraq saat 21:31-də isə 902 "qaynar xətt"ə zəng vurmuş, iradlarını bildirmiş və tərtib olunmuş qərarın ləğv edilməsini xahiş etmişdir. Bundan sonra təkrar 902 və 102 qaynar xətti ilə əlaqə saxlasa da işin araşdırıldığı bildirildi. Sonuncu dəfə 07 apreldə 902 xidməti ilə saxlamışdır, işin hələ də icrada olduğunu bildirdilər. 09 apreldə E-polis sistemində bildiriş əlavə edildi. Məktub və arayışın tarixinə baxanda məlum oldu ki 06 mart tarixində ona cavab göndərilib. Amma nə poçt, nə elektron poçt vasitəsilə məktub daxil olmamış, eləcə də sistemə daxil edilməmişdir. Bu da məktubun saxta olmasına, eləcə də şəkillərə müdaxilə edilməsinə əsaslı şübhə yaradır. Artıq cəriməyə dəbbə pulu da hesablanmağa başlayıb. Bu işin araşdırılması məqsədilə üçün məhkəməyə müraciət etməyi qərara almışdır. ## ###### 2026-cı il tarixdə saat 13:12 radələrində Salyan rayonu ərazisində şəxsi avtomobilimlə hərəkət edən zaman eynimdə qara rəngli köynək olub və nəzarət üçün yerləşdirilmiş texniki avadanlıq (ehtimal edir ki hansısa monitordan telefon vasitəsilə çəkilib) qara rəngləri bir-birindən tam seçə bilməyib ve cərimə tətbiq edilib. Lakin haradan çəkilməsi məlum olmayan və təqdim edilmiş foto şəkillərdə şəkildə təhlükəsizlik kəmərinin bağlandığıǝçətinlikləǝolsaǝdaǝgörsənir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyiǝşikayətiǝtəminǝedilməmişdir.ǝ Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icarata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətininǝmüdafiəǝedərəkǝtəminǝedilməsiniǝxhaişǝetdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində qaununvericiliyə uyğun qaydada məlumatlandırılmış polis idarəsinin nümayəndəsi iştirak etmədiyindən məhkəmə baxış iclasınınǝonunǝiştirakıǝolmadanǝkeçirilməsiniǝmümkünǝhesabǝetmişdir. Işin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli, *(*-**)-***/**** nömrəli nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədənǝsaxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə, saat 15:07-də Ələt-Astara yolu 50-ci km Köhnə yol Salyan istiqamətində idarə etdiyi “Nissan Sunny minik” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyat vasitəsini idarə etməyə görə Inzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin tələbləriniǝpozmuşǝvəǝ40ǝmanatǝməbləğindəǝcəriməǝedilmişdir.ǝ - fotogörüntülərdən də aydın olur ki, Qərardan şikayət verən orqan (şəxs) qeyd olunan tarixdə avtomobil idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməsi halı müəyyənǝedilməmişdir. - Baş Dövlət Yol Polis Idarəsinin vətəndaş Qərardan şikayət verən orqan (şəxs) ünvanladığı ## #### 2026-cı il tarixli, *-**-**/*-R-***** saylı məktubda göstərilmişdir ki, hörmətli Rauf Zǝkulla oğlu, barənizdə elektron sənəd şəklində çıxarılmış inzibati tənbeh vermə haqqında EQ******** nömrəli qərarın araşdırılması ilə bağlı Baş Dövlət Yol Polisi Idarəsinin rəhbərliyinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, ## ###### 2026-cı il tarixdə "Nissan" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün ƏlətAstara-Iran sərhədi yolunun 50-ci km-də "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci bəndinin 6-cı hissəsinin tələbinə zidd olaraq təhlükəsizlik kəmərini bağlamaması halı ərazidə quraşdırılmış videonəzarət kamerası vasitəsilə qeydə alınmış, Baş Dövlət Yol Polisi Idarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında barənizdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə elektron qaydada EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Aparılmış araşdırma zamanı videonəzarət kamerasının qeydə aldığı görüntülərə baxış keçirilmiş, tərəfinizdən inzibati xətaya yol verilməsi halı təsdiqlənmişdir. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) şikayəti araşdırılaraq təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut aşkar edilmədiyindən şikayətinǝtəminǝedilməməsiǝqənaətinəǝgəlmişdir. Azərbaycan Respublikası Inizbati Xətalar Məcəlləsinin: 329.1-ci maddəsinin əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarəǝetməyəǝgörəǝqırxǝmanatǝməbləğindəǝcəriməǝedilir 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuniǝvəǝəsaslıǝolmalıdır.ǝ 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarlaǝmüəyyənǝedilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasınaǝəsaslananǝözǝdaxiliǝinamıǝiləǝsübutlarıǝqiymətləndirir.ǝ Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, xətanın törədilməsini istisna edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa iş materiallarına əlavə olunmuş foto şəkildən Qərardan şikayət verən orqan (şəxs) təhlükəsizlikǝkəmərindənǝistifadəǝetmədiyiniǝaydınǝgörməkǝolur.ǝ Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### ****-ci nömrəli qərarı verilmişǝşikayətəǝmünasibətdəǝdəyişdirilmədənǝsaxlanılmalıdır.ǝ Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarǝqəbulǝediləǝbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ciǝmaddəsiniǝrəhbərǝtutaraqǝməhkəmə Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.ǝ Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş şikayətə münasibətdəǝdəyişdirilmədənǝsaxlanılsın. Qərarǝqətidir,ǝondanǝşikayətǝveriləǝbilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1350/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1350/2026
13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver