Məhkəmə qərarları › İş №3(3-6)-1351/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1351/2026

22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1351/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından apellyasiya qaydasında verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər DYPI-nin yol patrul xidməti inspektoru R X2 tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə “HAVAL JOLION PRO HEV HIBRID MINIK” markalı, **PC*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etmiş və bununla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.R.Mustafayeva) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Qərardan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxəşları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, ## ##### 2026-cı il tarixdə səhər təxminən saat 10:50 radələrində “xxxx” ASC-yə məxsus Yol vərəqəsi ilə idarə etdiyim avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsi ilə Rəşid Bchdbudov küçəsi istiqamətində hərəkətdə olan zaman yol patrul xidmətinin əməkdaşı heç bir səbəb göstərmədən onu saxlamış və sərxoş vəziyyətdə olmağı barədə güman etməyə kifayət qədər əsaslar olmadığı halda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə etməyini xahiş etmişdir. Ailə üzvləri də avtomobildə olduğu üçün tez bir zamanda yoluna davam etmək məqsədilə yol patrul xidmətinin əməkdaşına etiraz etmədən alkotestrdən istifadə etmiş. Bu zaman Bakı şəhər DYPI Yol patrul xidməti inspektoru R X2 alkotestrin nəticəsinə əsasən guya avtomobili sərxoş vəziyyətdə idarə etdiyini bildirmişdir. Dəfələrlə heç bir spirtli içki qəbul etmədiyini bildirsə də, o, müzakirənin Yol Polisi Idarəsində davam etdirilməsi üçün oraya getmələrini bildirmişdir. Idarəyə çatan zaman o, avtomobili cərimə meydançasında yerləşdirmiş və avtomobil şirkətin mülkiyyətində olduğu üçün şirkətin məsul şəxsinə təhvil veriləciyini qeyd etmişdir. Idarədə də sərxoş olmadığını, heç bir spirtli içki qəbul etmədiyini, avtomobili cərimə meydançasına yerləşdirilməsinin qanunsuz olduğunu bildirsə də, buna məhəl qoyulmamış, idarəyə saat 15:00-da yenidən yaxınlaşmağı bildirilmişdir. Idarədən çıxandan dərhal sonra sərxoşluq halının yoxlanılması məqsədi ilə tibbi müayinədən keçmək üçün Nizami metrosunun yaxınlığında yerləşən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 yaxınlaşmış və həmin mərkəzin ##.##.2026-cı il tarixli №*/***** saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu ilə “ayıq” olmağı təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır. Alkotester vasitəsilə keçirilmiş ilkin müayinənin nəticəsi 0,618 promil olaraq göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014- cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları’nın 2.1-ci bəndinə əsasən belə müayinə yalnız müəyyən obyektiv əlamətlər (nəfəsdən alkoqol qoxusu gəlməsi, özünü idarə edə bilməməsi, ayaq üstə dayana bilməməsi və s.) müşahidə olunduqda həyata keçirilməlidir. Halbuki, iş materiallarında bu əlamətlərin mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Bu isə müayinənin aparılması üçün ilkin hüquqi əsasın şübhə altına düşməsinə səbəb olur. Əvvəlki məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, ##.##.2026-cı il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhər DYPI-nin yol patrul xidməti inspektoru R X2 izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə “HAVAL JOLIONPRO HEV HIBRID MINIK” markalı, **PC*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi özünün etirafı, alkotestr müayinəsi, faktla bağlı tərtib olunmuş sənədlər və təqdim olunmuş videogörüntü ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında, inzibati orqanın nümayəndəsi X4, şikayətin təqdim olunmuş iş materialalrı ilə müqayisədə əsassız olduğunun nəzərə alınaraq, təmin edilməməsini xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını nəzərə alaraq hesab edir ki, inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarından görünür ki, X8 tələblərinə əsasən, sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törətdiyi inzibati xəta faktının aşkar edilməsi və bununla bağlı müvafiq prosessual qərarların qəbul edilməsində, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən prosessual qaydalara əməl olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə münasibətdə aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, inzibati işdə olan ##.##.2026-cı il tarixli alkotestr müayinəsinin göstəricisindən görünür ki, saat 10:22-də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqolun miqdarı 0.61 % müəyyən olunmuşdur. Inzibati işdə olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ##.##.2026-cı il tarixli № ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolda: “Həkimə getməyə ehtiyac yoxdur. Göstərici 0,61 tanış oldum razıyam. Səmimi etiraf edirəm ki, spirtli içki olan araq qəbul etmişəm...” məzmunda qeydlər yazmış və imzalamışdır. Şikayət əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” Publik hüquqi şəxsi, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında */***** saylı ##.##.2026-cı il tarixli protokoldan görünür ki, saat 12:00-da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tibbi müayinə zamanı “Ayıq” olduğu müəyyən edilmişdir. Göründüyü kimi, ##.##.2026-cı il tarixdə saat 10:22-də 0,61 % sərxoşluq dərəcəsində olmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 01 saat 38 dəqiqə sonra, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” Publik hüquqi şəxs tərəfindən verilmiş */***** saylı ##.##.2026-cı il tarixli tibbi müayinə protokolu ilə “ayıq” müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində toplanmış inzibati xəta haqqında iş üzrə icraat materialları ilə müəyyən olunmuş faktiki halları nəzərə alaraq qeyd edir ki, təqdim olunmuş */***** saylı ##.##.2026-cı il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu” mötəbərliyi baxımından inzibati xəta faktını istisna edən mühüm sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqol tərkibli araq qəbul etməsi və nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi özünün etirafı və inzibati iş üzrə toplanmış icraat materialları ilə tam təsdiq olunduğu üçün bu məsələ şərtsiz şəkildə mübahisəsizdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qərar qəbul edərkən, sübutlara və işin faktiki hallarına məcmu halında qiymət verərək, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə təqsirli bilinməsi haqqında düzgün nəticəyə gəlmiş, bu məsələ üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar da müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 3, 4, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar