Məhkəmə qərarları › İş №3(3-6)-1352/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1352/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1352/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi (bundan sonra - səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 485.2-ci maddəsi ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim İbadzadə Anar Qənimət oğlu) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin idxal etdiyi mallara dair qısa idxal bəyannaməsi səlahiyyətli orqana müəyyən gecikmə ilə təqdim edilsə də, həmin əməl dövlət və ya ictimai maraqlara real zərər vurmamışdır. Apellyasiya məhkəməsi iclasına tərəflər vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhəddindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Prezidentinin ## ### 2016-cı il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. İş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC Türkiyə Respublikasından “08ABG570/808AAY071” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Azərbaycan Respublikasına idxal etdiyi, ## ###### 2026-cı il tarixli, 01261000006845 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etdiyi mallara dair ## ###### 2026-cı il tarixli, ************** nömrəli qısa idxal bəyannaməsini malların göstərilən nəqliyyat vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə ## ###### 2026-cı il tarix, saat 12:58-də daxil olduğu halda, bundan ən azı 1 (bir) saat əvvəl deyil, ## ###### 2026-cı il tarix, saat 17:00-da elektron formada gömrük orqanına təqdim etmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, səlahiyyətli orqanın Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemindən əldə edilmiş çıxarış və ## ###### 2026-cı il tarixli, ************** nömrəli qısa idxal bəyannaməsinə əsaslanmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmununa uyğun şəkildə, ## ###### 2026-cı il tarixli, 01261000006845 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Azərbaycan Respublikasına idxal etdiyi mallara dair qısa idxal bəyannaməsini malların Azərbaycan Respublikasının gömrük ərazisinə çatdığı ## ###### 2026-cı il tarix, saat 12:58-dən ən azı 1 (bir) saat əvvəl deyil, ## ###### 2026-cı il tarix, saat 17:00-da, yəni sonradan gömrük orqanına elektron formada təqdim etdiyini müəyyən edib, Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində göstərilən maddənin sanksiyası həddində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Buna görə də iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin verdiyi şikayətin dəlilləri əsassızdır, işin qeyd edilən faktiki halları ilə tam təkzib edilir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar