Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1353/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətinin təmin edilməməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun mobil telefonuna ## #### 2026-cı il tarixdə “AsanPay” elektron sistemindən SMS gələrək, Azərbaycan Respublikası İXM-in 346.2-ci maddəsinə əsasən 40 manat cərimə olunduğu barədə məlumatlandırılmışdır. Sözügedən protokolu gördükdə təəccüblənmiş və həmin gün yol hərəkəti qaydalarını qəsdən pozmadığını, eləcə də avtomobili ilə hər hansı bir inzibati hüquq pozuntusuna yol vermədiyini düşünmüşdür. Dərhal telefonundakı “SMSRadar” mobil tətbiqinə daxil olub inzibati pozuntuya nə vaxt və harada yol verdiyini aydınlaşdırmağa çalışmışdır. Məlum oldu ki, barəsində İXP ******* nömrəli protokol ## #### 2026-cı il tarixində törədilmiş inzibati xətaya, yəni Azərbaycan Respublikası İXM-nin 346.2 - Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında yə ya 5.12, 5.13 yol nişanlarından 15 metr az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına görə tərtib edilmişdir. Qeyd edilən protokola dair qanunvericiliyin tələbləri pozularaq şəxsi kabinetində 3 gün ərzində qərarsız olduğunu görüb, həmin protokolun ləğv edilməsi barədə Nəsimi Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadla şikayəti, həmin protokol üzrə qərarın olmaması səbəbindən geri qaytarılmışdır. Bundan sonra qərarsız protokolun ləğv edilməsi ilə bağlı “EPolis” elektron səhifəsi vasitəsilə Daxili İşlər Nazirliyinə məktub ünvanlayaraq İXP******* nömrəli qərarsız protokolun ləğv ediləməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Lakin onun bu müraciətindən sonra DİN-nin əməkdaşları tərtib etdikləri qərarsız protokol barədə təcili olaraq qanunvericiliyin tələblərini pozmaqla 10 gün sonra, yəni ## #### 2026-cı il tarixində qərar qəbul etmişlər. Qərar barədə bildiriş də ona həmin tarixdə gəlmiş və həmin tarixdə də qanunvericiliyin tələbi pozulmaqla qərar şəxsi kabinetinə yerləşdirilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, barəsində tərtib edilmiş protokol və həmin protokola əsasən 10 gün sonra qəbul edilmiş qərar tamamilə əsassızdır və bu səbəbdən də ləğv edilməlidir. İnzibati xəta haqqında qərar mövcud deyil. Belə ki, www.asanpay.az elektron səhifəsi vasitəsi ilə şəxsi kabinetinə daxil olarkən tərtib edilmiş protokolun 10 gün ərzində qərarsız olduğu görünmüşdür. İnzibati xəta törədilməsinə dair foto və ya video elektron kabinetə əlavə edilmədiyindən inzibati hüquq pozuntusu sübuta yetirilmir. Bundan başqa, ümumi istifadədə olan nəqliyyat vasitəsinin 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayanmasını hansı xüsusi avadanlıqdla və hansı xüsusi vasitə ilə müəyyən edilməsi də sual altındadır. Belə ki, inzibati xəta haqqında pozuntunu sübuta yetirən hər hansı bir vasitə ilə dəqiqləşmiş ərazinin ölçülməsi barədə məlumat da yoxdur. Qeyd etdiklərinə əsasən barəsində yazılmış ## #### 2026-cı il tarixli, İXP ******* nömrəli protokolun etibarsız hesab edilməsi, həmin protokola əsasən 10 gün sonra qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP******* nömrəli qərarın ləğv edilməsi, eləcə də sözügedən qərara əsasən tətbiq edilmiş 40 manat məbləğində cərimənin və 2 balın DİN-nin elektron bazasından silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayəti təmin edilməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək və şikayət ərizəsində göstərilən dəllillərə istinad edərək qərarların ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əavə edilmiş videogörüntülərdən müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “FORD FUSİON” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində qeyd olunmuş nişandan 15 metrdən az məsafədə saxlanılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 52-ci maddəsinin IV hissəsinin 7-ci bəndinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanma qadağandır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 346.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və onun gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə idarə etdiyi“FORD FUSİON” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında, 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayandırmışdır ki, həmin əməli ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin xətanın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. Qərardan şikayət vermiş şəxsin şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) iş materiallarında olan şikayət ərizələrinin mətnindən də göründüyü kimi, o, nəqliyyat vasitəsini inzibati xətanın qeydə alındığı yerdə dayandırdığını mübahisələndirməmişdir, onun tərəfindən mübahisələndirilən hal, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar tərtib edilərkən prosessual qanunverciliyin tələblərinin pozulması ilə bağlıdır ki, bu hal məhkəmə tədqiqi ilə öz təsdiqini tapmamaqla yanaşı, sürücü yol hərəkəti və inzibati xətalar qanunvericiliyinin tələblərini bilməyə bilavasitə borcludur və həmin tələbləri yerinə yetirməlidir. Məhkəmədə müəyyən edildi ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində göstərilən inzibati xətanı törətmiş və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Maddənin tələbindən də göründüyü kimi, sadalanan maddələr üzrə xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalarla bağlı şəxsin iştirakı olmadan elektron formada inzibati tənbeh vermə haqqında qərar çıxarılır və dərhal BDYPl-nin Mərkəzi İnformasiya Sisteminə yerləşdirilməklə Asan pay vasitəsi ilə şəxsin mobil nömrəsinə sms göndərilir. İş materialları ilə müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yuxarıda qeyd edilən qayda pozuntusu bilavasitə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və bununla bağlı videogörüntülər iş materiallarına əlavə edilmişdir.. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı səlahiyyətli orqanın gəlmiş olduğu qənaətlə razılaşaraq sonuncunun həmin qərardan vermiş olduğu şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIRAM: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətinin təmin edilməməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-1353/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1353/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver