Məhkəmə qərarları › İş №3(3-6)-1357/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1357/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1357/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail Rayon şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs – X2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədlərini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında şikayət verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, “Birinci instansiya məhkəməsi məhkəmə icra sənədinin onun faktiki yaşadığı yer üzrə icra edilməsini tələb etmək hüququnu əsassız şəkildə məhdudlaşdırmış, inzibati materialı tam, hərtərəfli və obyektiv araşdırmadan belə nəticəyə gəlmişdir ki, guya “müasir imkanlar şəraitində ödəniş etmək və ya əlaqə saxlamaq üçün mütləq şəkildə idarəyə fiziki olaraq getmək zəruri deyil, bu səbəbdən uzaq məsafədə yaşamaq və borclunun himayəsində azyaşlı uşağın olması məhkəmə aktının aylarla icra edilməməsinə haqq qazandıran üzrlü səbəb sayıla bilməz.” Halbuki məhkəmə nəzərə almamışdır ki, icra məmuru tərəfindən icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə onun təqdim etdiyi vəsatətə ümumiyyətlə baxılmamış, həmçinin icra sənədinin icrası ilə bağlı qanunla nəzərdə tutulmuş hər hansı məcburi icra tədbirləri həyata keçirilməmişdir. Bundan əlavə, apellyasiya qaydasında mübahisələndirilən icra sənədi üzrə onun barəsində formal xarakter daşıyan axtarış qərarı qəbul edilərək qərəzli şəkildə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə isə qərarında icra sənədini icra edən qurum tərəfindən qanunvericiliklə müəyyən edilmiş aidiyyət qaydalarının pozulmasına hüquqi qiymət vermək əvəzinə, yalnız onun “idarəyə getməli olub-olmamağı” məsələsinə istinad etmiş və nəticədə düzgün hüquqi mövqe ortaya qoymamışdır.” 2022-ci ildən qeydiyyatda olduğu mənzilin alqısatqısı həyata keçirildikdən sonra yaşayış yerini dəyişərək faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən atasına məxsus fərdi yaşayış evində yaşamışdır. Bu barədə Suraxanı Rayon İcra Şöbəsinə vəsatət təqdim etdiyi zaman ona rəsmi qaydada olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmasının tövsiyə edildiyini bildirmişdir. Bu səbəbdən də o, ##.##.2026-cı il tarixdə “E-polis” elektron portalı vasitəsilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada olduğu yer üzrə qeydiyyatdan keçmiş və ona müvəqqəti qeydiyyat barədə elektron sənəd təqdim olunmuşdur. Bundan sonra Bakı İnzibati Məhkəməsinin müvafiq qərarı əsasında qeydiyyatda olduğu ünvandan çıxarıldığına görə ünvan 1 ünvanında pasport qeydiyyatına götürülmüş, icra sənədi isə Səbail Rayon İcra Şöbəsinə göndərilmişdir. O, faktiki yaşayış yerini dəyişməsi barədə hazırkı icra məmuruna rəsmi qaydada məlumat verdiyini, lakin buna baxmayaraq icra məmurunun qanunvericiliklə üzərinə düşən vəzifələri yerinə yetirmək, eləcə də icra sənədinin aidiyyəti üzrə göndərilməsini təmin etmək əvəzinə, qərəzli şəkildə onun barəsində inzibati xəta haqqında protokol tərtib etdiyini qeyd etmişdir.” Məhkəmə icra məmuru tərəfindən barəsində hər hansı məcburi icra tədbirlərinin həyata keçirilib-keçirilməməsini araşdırmamışdır. Məhkəmə qərarında onun faktiki olduğu yerin Səbail rayon ərazisi olmadığına əmin olsa da, icra sənədinin icrasının aidiyyatı icra qurumunda həyata keçirilmədiyini nəzərə almadan barəsində tərtib olunan inzibati xəta protokolunu qanuni hesab etmişdir. Məhkəmə onun icra sənədini hərəkətsiz saxlamağına üzürlü səbəbləri müəyyən etdiyi halda yekunda düzgün hüquqi mövqedə olmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 və Bakı şəhəri Səbail Rayon şöbəsinin böyük icra məmuru X1 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, İXM-nin 133.2.4-ci maddəsinə əsasən onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: ##.##.2026-cı il tarixli İnzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Suraxanı rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli icraata başalmaq haqqında qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün müddətinə icranı könüllü olaraq təmin etməyi təklif edilmişdir. Daha sonra Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi aidiyyəti üzrə icra olunması üçün Bakı şəhər Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada borclunun icra məmurunun qanuni tələblərini yalnız üzrsüz səbəbdən yerinə yetirməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan hal isə özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsi araşdırılmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Öyrənilmiş materiallarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ##.##.2025-ci il il tarixdən, yəni icra sənədi üzrə icraata başlanma haqqında qərar qəbul olunduğu tarixdən ##.##.2026-cı il tarixədək (protokol tərtib olunduğu tarix) müddət keçməsinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da, üzürsüz səbəbdən Dövlət adında qəbul edilmiş qətnaməni icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” # #### 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar ## ###### 2007ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə vəzifəli şəxsə münasibətdə maddənin sanksiyasında nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşması məhkəmə hakimiyyətini nüfuzdan salmaqla yanaşı, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar