Məhkəmə qərarları › İş №3(3-6)-1359/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1359/2026

02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1359/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Mən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X5, səlahiyyətli orqanın nümayəndəsi nümayəndə1 iştirakları ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından Protokol tərtib edən orqanlar tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə ŞTQ, Səttar Bəhlulzadə ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra MMC) barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Işin halları: Protokol tərtib edən orqanlar MMC barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 430.4-cü maddəsi ilə ##.##.2026-cı il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, MMC tərəfindən 9847425 (doqquz milyon səkkiz yüz qırx yeddi min dörd yüz iyirmi beş) Rusiya rublu məbləğində vəsait bank vasitəsilə ##.##.2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 9847425 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Iş üzrə yuxarıda göstərilən qərar qəbul edilmişdir. Həmin qərardan Protokol tərtib edən orqanlar tərəfindən şikayət verilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və MMC-nin tənbeh edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə MMC barəsində tərtib olunmuş protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, məhkəmə mövqeyini avans ödənişinə görə müvafiq malların 01231000531406, 01231000531416, 01241000147263, 01241000161046, 01241000154085, 01241000152095, 0241000123765, 01241000123757 sorğu nömrəli yük gömrük bəyannamələri üzrə ölkəyə idxal olunması ilə əsaslandırmışdır. Iş materiallarından da göründüyü kimi, MMC-nin inzibati xəta predmeti ##.##.2024-cü il tarixli 9847425.00 Rusiya rublu məbləğində avans ödənişi ##.##.2023-cü il tarixli **-**** nömrəli müqavilə əsasında həyata keçirilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin istinad etdiyi və yuxarıda qeyd olunmuş bəyannamələrdən ikisi (01231000531406 və ************** nömrəlilər) istisna olmaqla, digərləri əsasında ölkəyə idxal olunmuş mallar hazırki avans ödənişinə aidiyyəti olmayan ##.##.2024-cü il tarixli *-**** nömrəli müqavilə əsasında ölkəyə idxal olunmuşdur. Bu hal həmin bəyannamələrin müqavilə məlumatlarını özündə əks etdirən müvafiq hissəsində (“44. Təqdim olunmuş sənədlər” bölməsinin **** nömrəli qrafası) də təsbit olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi X3 2016-cı il ## ###### tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 5.1-ci yarımbəndinə əsasən rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları bu Qaydalarda nəzərdə tutulan sənədlər banka təqdim edilməklə həyata keçirilir. Həmin Qaydaların 5.2-ci yarımbəndinə əsasən idxal olunan mal və xidmətləri təsdiq edən sənədlərdə bank tərəfindən əməliyyatın həyata keçirilməsi (sənəddə göstərilən məbləğ tam icra edilmədikdə həyata keçirilən əməliyyatın məbləği göstərilməklə) barədə qeyd aparılır, bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və sənədin surəti bankda saxlanılır. Beləliklə, MMC-nin xarici şirkətin hesabına ##.##.2024-cü il tarixli 9847425.00 (doqquz milyon səkkiz yüz qırx yeddi min dörd yüz iyirmi beş) Rusiya rublu məbləğində avans ödənişinin müqabilində müvafiq malların ölkəyə idxalı zəruri sübutlarla təsdiq edilmədiyindən iş üzrə inzibati cərimə tətbiq edilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq protokol üzrə icraata xitam verilmişdir. MMC tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən gömrük bəyannamələrində “çatdırılma şərti” kodunun “120” göstərilməsi, halbuki “100” kodunun qeyd edilməsinin daha uyğun olması ilə bağlı mövqe bildirildiyindən, məhkəmənin tövsiyəsinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edilmişdir. X2 Komitəsinin cavab məktubu ilə müvafiq bəyannamələr üzrə kod dəyişikliklərinin aparılmasından imtina edilmişdir. Beləliklə, hazırkı mərhələdə qeyd olunan məlumatların inzibati qaydada dəyişdirilməsi mümkün olmamışdır. Bununla yanaşı, xüsusilə qeyd etmək istəyirlər ki, apellyasiya şikayətini vermiş bank tərəfindən birinci instansiya məhkəməsinin qərarı məhz “120” kodunun mövcudluğu əsası ilə mübahisələndirilməmişdir. Yəni, şikayətin mahiyyəti gömrük bəyannaməsində qeyd olunan həmin çatdırılma şərtinin düzgün və ya yanlış göstərilməsi ilə bağlı deyildir. Əlavə olaraq bildiririk ki, həmin hüquqi şəxs barəsində əvvəllər də analoji xarakterli dörd inzibati xəta işinə baxılmış, həmin işlər üzrə gömrük bəyannamələrində eyni qaydada “120” çatdırılma şərti qeyd olunsa da, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verilmiş və bank tərəfindən həmin qərarlardan apellyasiya şikayəti verilməmişdir. Bu isə bir daha göstərir ki, hazırkı mübahisənin predmeti gömrük bəyannaməsindəki “120” kodunun mövcudluğu deyildir və həmin hal iş üzrə verilmiş qərarın qanuniliyinə təsir göstərən hal kimi qiymətləndirilə bilməz. Bundan başqa, apellyasiya şikayətində bank tərəfindən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi gömrük bəyannamələrindən yalnız iki bəyannamə müqavilə ilə uyğunluq təşkil edir, qalan bəyannamələr isə digər müqavilə üzrə ölkəyə idxal edilmiş mallara aiddir. Həmin xüsusatla bağlı bildirirlər ki, bankın istinad etdiyi digər müqavilə üzrə hüquqi şəxs tərəfindən sonradan ödəniş edilməyəcəyi barədə müvafiq öhdəlik götürülmüşdür. Belə olan halda, qeyd olunan müqavilə üzrə malların ölkəyə idxal edilməsi faktı gələcəkdə valyuta vəsaitinin köçürülməsi və ya ödəniş öhdəliyinin mövcudluğu kimi qiymətləndirilə bilməz. Bu baxımdan hesab edirlər ki, məhkəmə tərəfindən tərəflər arasında bağlanmış hər iki müqavilə üzrə faktiki hüquqi və maliyyə münasibətləri kompleks şəkildə qiymətləndirilməli, yalnız gömrük bəyannamələrinin formal aidiyyəti ilə məhdudlaşan yanaşma tətbiq edilməməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, iş materialları ilə təsdiq olunan avans ödənişləri üzrə vəsait hərəkəti mövcuddur, digər müqavilə üzrə isə hər hansı ödəniş həyata keçirilməmiş və gələcəkdə ödəniş edilməyəcəyi barədə öhdəlik qəbul edilmişdir. Bu səbəbdən həmin bəyannamələrin mövcudluğu inzibati məsuliyyət üçün əsas kimi qiymətləndirilə bilməz. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, hazırkı iş üzrə söhbət ümumilikdə 9 milyon rubldan artıq məbləğdən gedir və qanunvericiliyə uyğun olaraq həmin məbləğin 20-30 faizi həcmində cərimənin tətbiqi hüquqi şəxs üçün olduqca ağır nəticələr yarada bilər. Belə ki, bu həcmdə cərimənin tətbiqi hüquqi şəxsin normal təsərrüfat fəaliyyətinə ciddi mənfi təsir göstərəcək, onun gələcək kommersiya fəaliyyətində əhəmiyyətli maliyyə çətinlikləri yaradacaqdır. Halbuki iş materiallarından da göründüyü kimi, köçürülmüş vəsaitlər üzrə mallar faktiki olaraq ölkə ərazisinə idxal edilmiş, hətta bəzi hallarda idxal olunan malların dəyəri köçürülmüş vəsaitdən daha artıq olmuşdur. Yəni iş üzrə dövlətin, bankın və ya digər şəxslərin hər hansı real zərərə məruz qalması halı müəyyən edilməmişdir. Bu baxımdan formal xarakterli qiymətləndirmə əsasında ağır cərimənin tətbiqi proporsionallıq prinsipinə uyğun olmayacaq, hüquqi şəxsin qanuni iqtisadi fəaliyyətinə açıq şəkildə mənfi təsir göstərəcəkdir. Məhz buna görə hesab edirlər ki, işin bütün faktiki halları, həyata keçirilmiş idxal əməliyyatları, hüquqi şəxsin bu xarakterli inzibati pozuntuya görə heç vaxt məsuliyyətə cəlb edilmədiyi, ödənişlərin iqtisadi mahiyyəti və tətbiq oluna biləcək cərimənin hüquqi şəxs üçün doğuracağı ağır nəticələr nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi etirazın məzmununa uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi IXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Səlahiyyətli orqanın iddiasına görə, birinci instansiya məhkəməsinin istinad etdiyi və yuxarıda qeyd olunmuş bəyannamələrdən ikisi (01231000531406 və ************** nömrəlilər) istisna olmaqla, digərləri əsasında ölkəyə idxal olunmuş mallar hazırki avans ödənişinə aidiyyəti olmayan ##.##.2024-cü il tarixli *-**** nömrəli müqavilə əsasında ölkəyə idxal olunmuşdur. Bu hal həmin bəyannamələrin müqavilə məlumatlarını özündə əks etdirən müvafiq hissəsində (“44. Təqdim olunmuş sənədlər” bölməsinin **** nömrəli qrafası) də təsbit olunmuşdur. Birinci instansiya məhkəməsi isə iş üzrə icraata xitam verərkən qənaətini onunla əsaslandırmışdır ki, “Aparılmış müqayisəli araşdırma nəticəsində müəyyən olunmuşdur ki, gömrük bəyannamələrində göstərilən müqavilə nömrələri, invoysların tarix və nömrələri, malların adı, çəkisi, miqdarı, dəyəri və tərəflərin rekvizitləri iş materiallarında olan ilkin sənədlərdə göstərilən məlumatlarla tam uyğunluq təşkil edir. Belə ki, ##.##.2023-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsində ##.##.2023-cü il tarixli **-**** saylı müqaviləyə və ##.##.2023-cü il tarixli ** nömrəli invoysa istinad edilmiş, malın adı D820 ölçülü təkrar istifadə üçün nəzərdə tutulmuş metal borular, çəkisi isə 18,944 ton göstərilmişdir. ##.##.2023-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsində ##.##.2023-cü il tarixli **-**** saylı müqaviləyə və ##.##.2023-cü il tarixli ** nömrəli invoysa istinad edilmiş, malın adı yenə D820 ölçülü təkrar istifadə üçün nəzərdə tutulmuş metal borular, çəkisi isə 18,858 ton göstərilmişdir. ##.##.2024cü il tarixli ************** nömrəli gömrük bəyannaməsində ##.##.2024-cü il tarixli *-**** saylı müqaviləyə və ##.##.2024-cü il tarixli ** nömrəli invoysa istinad olunmuş, malın adı D820 ölçülü təkrar istifadə üçün nəzərdə tutulmuş metal borular, çəkisi 18,600 ton göstərilmişdir. ##.##.2024-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsində ##.##.2024-cü il tarixli *- **** saylı müqavilə və ##.##.2024-cü il tarixli ** nömrəli invoys göstərilmiş, malın çəkisi 18,600 ton olmuşdur. ##.##.2024-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsində ##.##.2024-cü il tarixli *-**** saylı müqaviləyə və ##.##.2024-cü il tarixli ** nömrəli invoysa istinad edilmiş, malın çəkisi 18,560 ton göstərilmişdir. ##.##.2024-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsində ##.##.2024-cü il tarixli *-**** saylı müqaviləyə və ##.##.2024-cü il tarixli ** nömrəli invoysa istinad edilmiş, malın çəkisi 18,297 ton göstərilmişdir. ##.##.2024-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsində ##.##.2024-cü il tarixli *- **** saylı müqaviləyə və ##.##.2024-cü il tarixli ** nömrəli invoysa istinad edilmiş, malın çəkisi 18,320 ton göstərilmişdir. Nəhayət, ##.##.2024-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsində ##.##.2024-cü il tarixli *-**** saylı müqaviləyə və ##.##.2024-cü il tarixli ** nömrəli invoysa istinad edilmiş, malın çəkisi 18,578 ton göstərilmişdir. Göründüyü kimi gömrük bəyannamələri üzrə müqavilə, invoys, malın adı, çəkisi və digər rekvizitlər ilkin sənədlərlə tam eynilik təşkil etmişdir. Məhkəmə üçün əhəmiyyətli olan digər hal ondan ibarətdir ki, sadalanan bütün gömrük bəyannamələrində eyni növ mallar vahid mal nomenklatura kodu 730539 altında bəyan edilmişdir. Bu isə müxtəlif tarixlərdə həyata keçirilmiş idxal əməliyyatlarının bir-birindən ayrı, təsadüfi əməliyyatlar deyil, eyni predmetli və eyni iqtisadi münasibətdən irəli gələn ardıcıl mal göndərişləri olduğunu göstərir. Eyni zamanda diqqət yetirilməli olan başqa hal isə odur ki, hüquqi şəxs MMC tərəfindən ##.##.2024-cü il tarixdə xaricə 9.847.425 rubl məbləğində vəsait avans qaydasında köçürülmüşdür. Iş materiallarında olan invoyslar və gömrük bəyannamələri əsasında idxal olunmuş malların dəyəri ayrı-ayrılıqda hesablanmış və aşağıdakı kimi müəyyən edilmişdir: – ##.##.2023-cü il tarixli bəyannamələr üzrə 1.420.800 rubl və 1.414.350 rubl; – ##.##.2024-cü il tarixli bəyannamələr üzrə 1.395.000 rubl və 1.395.000 rubl; – ##.##.2024-cü il tarixli bəyannamə üzrə 1.392.000 rubl; – ##.##.2024-cü il tarixli bəyannamə üzrə 1.372.275 rubl; – ##.##.2024-cü il tarixli bəyannamə üzrə 1.374.000 rubl; – ##.##.2024-cü il tarixli bəyannamə üzrə 1.393.350 rubl. Beləliklə, idxal edilmiş malların ümumi dəyəri 11.156.775 rubl təşkil edir ki, bu da hüquqi şəxs tərəfindən xaricə köçürülmüş 9.847.425 rubl məbləğindən 1.309.350 rubl artıqdır. Bununla yanaşı, ##.##.2024-cü il tarixli qarşılıqlı tələblərin əvəzləşdirilməsi haqqında aktdan görünür ki, tərəflər arasında mövcud olan qarşılıqlı borcların 8.321.626 rubl məbləğində hissəsi əvəzləşdirilmə yolu ilə icra olunmuş, nəticədə 1.525.799 rubl məbləğində qalıq borc satıcı “xxxx” MMC-nin alıcı MMC qarşısında öhdəliyi kimi qalmışdır. Iş materialları ilə təsdiq olunur ki, həmin qalıq məbləğ də sonradan malların göndərilməsi yolu ilə təmin edilmiş və beləliklə, tərəflər arasında yaranmış öhdəliklər faktiki icra olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən aparılmış hesablamalar və sübutların məcmu qiymətləndirilməsi göstərir ki, köçürülmüş vəsaitin bir hissəsi qarşılıqlı tələblərin əvəzləşdirilməsi yolu ilə, qalan hissəsi isə malların faktiki idxalı ilə təmin edilmiş, nəticə etibarilə isə idxal olunmuş malların ümumi dəyəri köçürülmüş vəsaiti tam örtməklə yanaşı, onu aşmışdır. Bu hal köçürülmüş vəsaitin hər hansı hissəsinin qarşılıqsız qalması ehtimalını tamamilə istisna edir. Bununla yanaşı, məhkəmə xüsusi olaraq çatdırılma şərtinin “120” kodu məsələsinə də münasibət bildirməyi zəruri hesab edir. Iş materiallarından görünür ki, sadalanan gömrük bəyannamələrində çatdırılma şərti kimi “120” kodu qeyd edilmişdir. Gömrük bəyannamələrinin doldurulması qaydalarına əsasən həmin kod malın dəyərinin idxaldan sonra ödənilməsini nəzərdə tutur. Lakin iş üzrə araşdırılmış müqavilələr, spesifikasiyalar, ödəniş tapşırığı və digər sənədlərdən aydın olur ki, tərəflər arasındakı müqavilələrə (5.1-ci bənd) əsasən malların dəyəri əvvəlcədən ödənilməli olmuş, ##.##.2024-cü il tarixdə də 9.847.425 rubl məbləğində vəsait faktiki olaraq avans qaydasında köçürülmüşdür. Deməli, bəyannamələrdə göstərilmiş “120” kodu tərəflər arasında mövcud olan real ödəniş şərtləri ilə tam uzlaşmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xəta haqqında işə baxılarkən hüquqi qiymət yalnız bəyannamədə qeyd olunmuş formal koda deyil, bütün sübutların məcmusuna əsasən verilməlidir. Iş üzrə isə müqavilələrdə əvvəlcədən ödəniş şərti nəzərdə tutulmuş, ödəniş tapşırığı ilə avans ödənişinin faktiki həyata keçirildiyi təsdiq edilmiş, daha sonra isə həmin müqavilə və invoyslara uyğun malların ölkəyə idxal olunduğu gömrük bəyannamələri ilə sübuta yetirilmişdir. Bu baxımdan, çatdırılma şərtinin “120” kimi göstərilməsi sənədlərin ümumi məzmunu ilə təkzib olunan texniki uyğunsuzluq kimi qiymətləndirilməlidir. Bu nəticəni hüquqi şəxsin banka ünvanladığı ##.##.2026-cı il tarixli məktub da təsdiqləyir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iş materiallarında olan gömrük bəyannamələri ilə ilkin kommersiya sənədləri arasında müqavilə nömrələri, invoysların tarix və nömrələri, malların adı, çəkisi, miqdarı, dəyəri və digər rekvizitlər üzrə tam uyğunluq mövcuddur. Çatdırılma şərtinin “120” kodu ilə göstərilməsi isə bu ümumi sübut sistemini dağıdan, malların faktiki idxalını inkar edən və ya avans ödənişinin hüquqi təbiətini dəyişən hal kimi qiymətləndirilə bilməz. Əksinə, bütün sübutların məcmusu onu təsdiq edir ki, ödənilmiş valyuta vəsaiti müqabilində mallar faktiki olaraq ölkəyə idxal edilmiş, tərəflər arasında real təsərrüfat əməliyyatı baş vermiş və inzibati orqanın “idxal baş verməmişdir” barədə nəticəsi iş materialları ilə təsdiq olunmamışdır.” IXM-in: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Mərkəzi X6 ##.##.2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. IXM-in 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Apellyasiya şikayətinin dəlillərini iş materialları ilə yoxladıqda aşağıdakılar müəyyən edilir. “X1 Azərbaycan” QSC-nin ##.##.2026-cı il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, MMC tərəfindən 9847425 (doqquz milyon səkkiz yüz qırx yeddi min dörd yüz iyirmi beş) Rusiya rublu məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən həmin bankda olan müvafiq hesabdan ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, eyni zamanda qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Həmin məktuba əlavə edilən sənədlərdən görünür ki, ##.##.2024-cü il tarixində MMC “xxxx” şirkətinin hesabına **-**** nömrəli ##.##.2023-cü il tarixli müqaviləyə, * nömrəli ##.##.2023-cü il tarixli spesifikasiyaya, * nömrəli ##.##.2024-cü il tarixli spesifikasiyaya istinad etməklə 9847425 Rusiya rublu avans ödənişi köçürmüşdür. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında ##.##.2024-cü il tarixdə köçürülmüş 9847425 Rusiya rublunun müqabilində malların tam idxal edildiyini bildirsə də, bu hal iş materialları ilə təsdiq edilməmiş, yalnız gömrük bəyannamələrində invoys və müqavilə nömrələrinin səhv göstərilməsinə istinad etməklə kifayətlənmişdir. Apellyasiya baxışı zamanı hüquqi şəxsə əlavə sübutların təqdim edilməsi üçün real imkan yaradılmış, o cümlədən gömrük bəyannamələrində mövcud olduğu iddia edilən texniki uyğunsuzluqların Dövlət Gömrük Komitəsinə müraciət edərək aradan qaldırılması üçün məhkəmə baxışı dəfələrlə təxirə salınmışdır. Lakin, qeyd olunan müddət ərzində düzəliş edilmiş gömrük bəyannamələri, invoyslar, müqavilələr və ya digər təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol MMC tərəfindən ##.##.2024-cü il tarixində “xxxx” şirkətinin hesabına ##.##.2024-cü il tarixli **-**** nömrəli müqavilə istinad edilməklə avans qismində köçürülmüş 9847425 Rusiya rublu məbləğində vəsaitin geri qaytarılmaması faktına görə tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi yük gömrük bəyannamələri isə (01231000531406 və ************** nömrəlilər istisna olmaqla) hazırki avans ödənişinə aidiyyəti olmayan ##.##.2024-cü il tarixli *-**** nömrəli müqavilə əsasında ölkəyə idxal olunmuşdur. Əgər iddia edildiyi kimi mallar faktiki olaraq idxal edilmiş və yalnız gömrük bəyannamələrində texniki xarakterli səhvlərə yol verilmişdirsə, həmin bəyannamələr mallar idxal edildikdən sonra banka təqdim edilməli, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tədbirlər görülməli idi. MMC tərəfindən təqdim edilən üzləşdirmə aktı, banka ünvanlanmış məktublar bilavasitə ##.##.2024-cü il tarixdə avans olaraq köçürülmüş vəsait üzrə malların idxalını təsdiq edən mötəbər sübutlar olmamışdır. Qeyd edildiyi kimi, mübahisə predmeti olan köçürmə ##.##.2023-cü il tarixli **-**** nömrəli müqavilə əsasında həyata keçirilmişdir. Lakin, hüquqi şəxs tərəfindən təqdim edilmiş və birinci instansiya məhkəməsi tərəfindən istinad edilmiş 01241000147263, 01241000161046, 01241000154085, 01241000152095, 0241000123765, 01241000123757 sorğu nömrəli yük gömrük bəyannamələri digər müqavilələrə və invoyslara əsasən ölkəyə idxal edildiyi göstərilmişdir. Göründüyü kimi, qeyd olunan bəyannamələrdə həm müqavilə, həm də invoys rekvizitləri üzrə aşkar uyğunsuzluq mövcuddur ki, bu hal təqdim edilmiş gömrük bəyannamələrinin hazırki iş üzrə olan valyuta köçürməsi ilə əlaqəsini istisna edir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hüquqi şəxsin fəaliyyəti boru məhsullarının idxalıdır və nümayəndəsi qeyd olunan dövrdə təxminən 20–30 ton boru idxal etdiklərini bildirmişdir. Odur ki, idxal olunan malların boru olması hazırkı valyuta köçürməsi üzrə öhdəliyin icra edildiyinə dəlalət edə bilməz, çünki hüquqi şəxsin sırf fəaliyyəti boru idxalı ilə bağlı olmuşdur. Ona görə də qeyd edilən gömrük bəyannamələri hazırkı iş üzrə köçürülmüş vəsait hesabına malların idxal edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda, hüquqi şəxs tərəfindən köçürmə həyata keçirilərkən təqdim olunmuş invoysda alınan mal həcmində və ölçüsündə fərqlər olmuş, həmin bəyannamə üzrə idxal edilən mallar invoysda göstərilən mallarla eynilik təşkil etməmişdir. Həmçinin, üzləşdirmə aktı yalnız iki şirkətin arasında tərtib edilmiş sənəd olmaqla, malların həqiqətən ölkəyə idxalını təsdiq etməmişdir. Hazırkı iş üzrə MMC tərəfindən təqdim edilmiş 01231000531406, 01231000531416 sorğu nömrəli yük gömrük bəyannamələrinin hazırkı müqavilə üzrə ödənilmiş avans ödənişlərə aidiyyəti müəyyən edilmiş, həmin məbləğ 2835150 Rusiya rublu təşkil etmiş, səlahiyyətli orqan həmin hissədə malların ölkəyə idxalını mübahisələndirməmişdir. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. IXM-nin 134.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli, 01231000531406, 01231000531416 sorğu nömrəli yük gömrük bəyannamələrinin hazırkı müqavilə üzrə ödənilmiş avans ödənişlərə aidiyyəti, törədilmiş inzibati xətanın xarakteri, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınıb, MMC IXM-in 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin – 7012275 Rusiya rublu məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği Rusiya rublu olduğundan cərimənin məbləği Rusiya rublunun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və IXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatına xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 7012275 Rusiya rublu məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 1402455 Rusiya rublu (Rusiya rublunun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar