Məhkəmə qərarları › İş №3(3-6)-1361/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1361/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1361/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və inzibati iş üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, ## ###### 1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “xxxx” MMC-də xadimə işləyən, ali təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından iş üzrə tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması səbəbi ilə xitam verilməsi qərara alınmışdır. Həmin qərardan iş üzrə tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək, barəsində 01 ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ötən 3 il müddət ərzində icra sənədi üzrə ödənilməli olan 52.000 manat məbləğində pul vəsaitinin cəmi 3275 manat məbləğində pul vəsaiti, yəni çox cüzi bir hissəsi icra edilmişdir. Belə olan halda, məhkəmənin əsaslandırmasına və mövqeyinə görə yerdə qalan təqribən 48.000 manat məbləğində pul vəsaitinin ödənilməsinə daha 48-50 il tələb olunur. Nəzərə alınsa ki, icra sənədi üzrə tələbkar, iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs yaşı artıq 80-i ötmüşdür, o halda məhkəmənin əsaslandırmasına və mövqeyinə görə Zərərçəkmiş şəxs bundan sonra daha 48-50 il yaşamalıdır. Əlbəttə ki, Məhkəmənin həmin əsaslandırması və mövqeyi əsassız və qanunsuz olmaqla yanaşı, həm də məntiqsizdir. Xüsusilə qeyd etmək lazımdır ki, məhkəmə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aylıq əmək haqqından 50 % məbləğində pulun vəsaiti tutularaq, icra sənədi üzrə müəyyən edilmiş hesaba köçürülməsini qeyd etsə də, həmin məbləğin nə qədər olmasını qərəzli və məqsədyönlü olaraq qərarda göstərməməmişdir. Bununla da, hesab edirik ki, məhkəmə öz nəticəsini əsaslandırmağa cəhd etmişdir. Belə ki, məhkəmə öz nəticəsini əsaslandıraraq hesab etmişdir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir, çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. Əlbəttə, ilk baxışda məhkmənin həmin nəticəsi qanuni hesab edilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, Zərərçəkmiş şəxs İnzibati xəta haqqında icraat aparılan şəxs deyil, icra sənədi üzrə tələbkar, iş üzrə zərərçəkmiş şəxsdir. Onu da qeyd edək ki, Zərərçəkmiş şəxs Birinci Qarabağ müharibəsi veteranıdır, dəfələrlə mükafatlandırılmış şəxsdir. Məlumat üçün onu da bildirək ki, məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətləri nəticəsində icra sənədi üzrə tələbkar, iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 2 dəfə beyin insultu keçirmiş, səhhəti son dərəcə ağırlaşmışdır. Bundan başqa, icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İcra sənədi üzrə icranı təmin etməməsi nəticəsində icra sənədi üzrə tələbkar, iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs səhhətinin müalicəsini təmin edə bilmir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə hər ay orta hesabla 100 manat ödəyir ki, bu da qəbuledilməzdir. Bu halı təsdiq edən bank çıxarışları mövcuddur. Belə olan halda, məhkəmənin nəticəsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, hesab edirik ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün İXM-in 53-cü maddəsində müəyyən edilmiş heç bir əsas mövcud deyildir. Ümumiyyətlə, hesab edirik ki, inzibati xəta haqqında hazırkı iş üzrə qərar qəbul etmiş hakim, tamamilə əsassız olaraq işi hərtərəfli və obyektiv araşdırmamış və müvafiq hüquqi qiymət verməmiş. hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin olunmasını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini və şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının dəyişdirilmədən, qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tədbiq olunmalıdır. İşin faktiki halları: Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 52 000 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında ##.##.2023-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında ##.##.2023-cü il tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məlumat verilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin borclunun iş yeri olan “xxxx” MMC-yə ünvanladığı ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqından qalıq borcun, yəni 50630 manat pulun ödənildiyi vaxtadək hər ay 50% tutularaq müvafiq hesaba köçürülməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə araşdırması zamanı İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş izibati hüquq pozuntusu aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə birinci instansiya məhkəməsinni qərarı ilə razılaşmayaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında işə baxmış birinci instansiya məhkəməsinin hakimi həmin sənədlərin sübut qismində qəbul edib və etməməsini əsaslandırmaqla onların hər birinə hüquqi qiymət verməli olduğu halda bunu etməyərək, nəticədə İnzibati Xətalar Məcəlləsinin 75, 76 və 84-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə verilmiş şikayətlə razılaşaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə ## #### 1997-ci il tarixli Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə qeyd olunan işin faktiki hallarına məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin şəxsin əməlində inzibati xəta tərkibinin olmaması və inzibati icraata xitam verməsi kimi gəldiyi mövqe ilə razılaşmaq olmaz. Məhkəmə şikayətin tələbi - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini barədə dəlillərinə münasibətdə qeyd edir ki, şəxsin qətnamə ilə ödənilməsi nəzərdə tutulmuş borcdan müəyyən ödənişləri həyata keçirməsi, onun şəxsiyyətini və iş üzrə zəruri olan digər zəruri halları nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsaən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunduğundan, şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin göstərilən maddələri ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Məhkəmə iş üzrə bütün harlları nəzərə alaraq törədilmiş inzibati xətaya görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 500 manat cərimə növündə inzibati tənbeh növünün seçilməsini inzibati tənbehin məqsədləri baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə QƏRARA ALDI: Tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar