Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1364/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İslamov Rauf Ağakişi oğlunun, Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs İslamov Rauf Ağakişi oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materialdan müəyyən edilir ki, İslamov Rauf Ağakişi oğlu ##.##.2026-cı il tarixdə saat 05:25-də Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti istiqamətində “BMC NEOCİTY 9M CNG” avtobus markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və inzibati xətaları törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan İslamov Rauf Ağakişi oğlu Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Bakı şəhər X1 tərəfindən qəbul edilmiş TP ******* saylı ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi barədə İslamov Rauf Ağakişi oğlunun şikayəti təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarından İslamov Rauf Ağakişi oğlu apelyasiya qaydasında şikayət verib səlahiyyətli orqanın və müvafiq məhkəmə qərarının ləğv edilməsi və şikayətinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan İslamov Rauf Ağakişi oğlu apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, İslamov Rauf Ağakişi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərarın məzmunudan görünür ki, sürücü İslamov Rauf Ağakişi oğlu ##.##.2026-cı il tarixdə saat 05:25-də Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti istiqamətində “BMC NEOCİTY 9M CNG” avtobus markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Materiala əlavə edilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, sürücü İslamov Rauf Ağakişi oğlu ##.##.2026-cı il tarixdə saat 05:25-də Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti istiqamətində “BMC NEOCİTY 9M CNG” avtobus markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarını pozmuş, yolda dayanmış halda olan avtimobillə arxadan toqquşmuşdur. Apellyator apellyasiya şikayətində tərəfindən heç bir inzibati xəta törədilmədiyini qeyd etsə də, birinci instansiya məhkəməsinə təqdim edilmiş videogörüntüdən mübahisəsiz şəkildə aydın olur ki, İslamov Rauf Ağakişi oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; İslamov Rauf Ağakişi oğlunun İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında qərarla yanaşı, toplanmış digər sənədlərlə, habelə subyektiv amillərin təsirindən uzaq, obyektiv sübut növü hesab edilən videogörüntü ilə də sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Belə olan halda məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi İslamov Rauf Ağakişi oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq İslamov Rauf Ağakişi oğlunun Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətini təmin etməmişdir. Beləliklə, qanunun sadalanan tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs İslamov Rauf Ağakişi oğlunun apellyasiya qaydasında verdiyi şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1364/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1364/2026
18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver