Məhkəmə qərarları › İş №3(3-6)-1365/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1365/2026

19.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1365/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam Idarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi “Universal” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 5.000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam Idarəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Gültəkin Əsədova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 5.000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı nə inzibati orqan, nə də birinci instansiya məhkəməsi tərəfindən təqdim etdikləri sübutlara hərtərəfli, obyektiv və qərəzsiz qiymət verilməmiş, nəticə etibarilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76 və 80-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuş, işin faktiki halları tam və düzgün araşdırılmadan hüquqi nəticəyə gəlinmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı müvafiq icazənin olmaması və ya onun tələblərinin pozulması iddiası ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Halbuki, təmsil etdiyi hüquqi şəxs tərəfindən həmin reklam lövhəsinin yerləşdirilməsinə dair müraciət edilmiş, inzibati icraat çərçivəsində ## #### 2026-cı il tarixində (həftənin bazar günü) saat 15:43-də kuryer vasitəsilə aidiyyəti orqan tərəfindən rəsmi məktub ünvanlanaraq, reklam yerləşdirilməsi ilə bağlı icazənin verilməsindən imtina edilmiş, sözügedən reklamın yayımının 5 (beş) gün müddətində dayandırılmasının təmin edilməsi tələb edilmişdir. Qeyd olunan məktub növbəti iş günü ərzində müvafiq struktur bölməyə təqdim edilmiş və hüquqi şəxs tərəfindən üzərinə götürülmüş öhdəliklər vicdanla icra edilərək, müəyyən edilmiş müddət çərçivəsində reklam lövhəsi yerləşdiyi ərazidən tam şəkildə götürülmüşdür. Buna baxmayaraq, səlahiyyətli inzibati orqan tərəfindən iş üzrə hər hansı faktiki araşdırma aparılmadan, müəssisənin səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlanılmadan və hadisə yerinə baxış keçirilmədən tələsik və əsassız qaydada ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Habelə, protokolda əks etdirilən guya hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imza etməkdən imtina etməsi barədə qeyd həqiqəti əks etdirmir və sübuta yetirilməmişdir. Inzibati xəta haqqında protokol tərtib olunması zamanı hüquqi şəxsin nümayəndəsi ilə əlaqə saxlanmaması, onun mövqeyinin müəyyən edilməməsi, izahatının alınmaması protokola əlavə edilməməsi, imza etməkdən imtina edildiyi barədə həqiqətə uyğun olmayan məlumatların protokolda qeyd edilməsi, həmin sənədin hüquqi qüvvəsini və mötəbərliliyini şübhə altına alır. Konkret halda Bakı Şəhər Reklam Idarəsi tərəfindən qeyd olunan Fərmanın tələblərinə uyğun olaraq yazılı göstəriş ünvanlanmış və həmin göstəriş hüquqi şəxsə çatdığı andan etibarən müəyyən edilmiş 5 (beş) günlük müddət ərzində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tam və vaxtında icra edilmişdir. Bu isə hüquqi şəxsin davranışının qanunvericiliyin tələblərin uyğun olduğunu, aşkar edilmiş pozuntunun könüllü və operativ şəkildə aradan qaldırıldığını, nəticə etibarilə inzibati məsuliyyət tətbiqi üçün zəruri olan hüquqi əsasların mövcud olmadığını göstərən mühüm hal kimi qiymətləndirilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi “Universal” Vəkil Bürosunun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam Idarəsinin nümayəndəsi X2 şikayətin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək, məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli mübahisələndirilən qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam Idarəsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması ilə əlaqədar xitam verilməlidir. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Internet Vergi Idarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) vergi orqanında uçota alınmışdır; - Fotoşəkillərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1 ünvanında açıq məkanda “SAF HOSPITAL” adlı reklam yerləşdirmişdir; - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ##.##.2026-cı il tarixli, **-*-*/*-****/**** saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam Idarəsinə ## ###### 2026-cı il tarixdə daxil olmuş ünvan 1 ünvanında açıq məkanda reklam yerləşdirilməsinə dair icazənin verilməsi barədə cəmiyyətin müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələbləri'in 2.2-ci, 3-1.5.1-ci və 3-1.5.2-ci bəndlərinin tələblərini nəzərə alaraq müraciətində göstərilmiş reklam daşıyıcılarının qeyd olunan ünvanlarda yerləşdirilməsi məqsədəuyğun hesab edilmir. Odur ki, müvafiq icazə olmadan yayımlanan reklamın yayımının dayandırılması 5 gün ərzində cəmiyyət tərəfindən təmin edilməlidir. Əks təqdirdə, Idarə tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə uyğun olaraq tədbirlər görüləcəkdir. - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam Idarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında ## #### 2026-cı il tarixində saat 11:50-də “SAF HOSPITAL” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə iş materiallarını, təqdim edilən sənədləri araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən işin hallarını tam araşdırmamış, inzibati orqanın inzibati xəta hadisəsi olmasını təsdiq edən sübutlarının yetərsizliyinə önəm verməmişdir. Belə ki, işin faktiki hallarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən reklam lövhəsinin yerləşdirilməsinə dair ## ###### 2026-cı il tarixdə inzibati orqana müraciət edilmiş, lakin inzibati orqan tərəfindən ## #### 2026-cı il tarixində (həftənin bazar günü) saat 15:43-də kuryer vasitəsilə rəsmi məktub ünvanlanaraq, reklam yerləşdirilməsi ilə bağlı icazənin verilməsindən imtina edilmiş, sözügedən reklamın yayımının 5 (beş) gün müddətində dayandırılmasının təmin edilməsi bildirilmişdir. Məktubun rəsmi göndərildiyi tarixdən hesablandıqda, hüquqi şəxsin reklamın yayımını dayandırması üçün ## #### 2026-cı il tarixə qədər müddəti olmuşdur. Hüquqi şəxs tərəfindən müəyyən edilmiş 5 (beş) günlük müddət çərçivəsində reklam lövhəsi yerləşdiyi ərazidən götürülmüşdür. Lakin Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam Idarəsi tərəfindən reklam lövhəsinin yerləşdiyi əraziyə baxış keçirilmədən, hüquqi şəxsə təyin edilmiş 5 günlük müddət ötürülmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) "Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. 3.5-ci bənsinə əsasən Müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1-ci bənsinə əsasən reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2-ci bənsinə əsasən bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1 maddəsi üzrə inzibati xətaya görə məsuliyyət açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə yaranır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır - 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. - 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasına dair *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam Idarəsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması ilə əlaqədar verilmiş şikayətə münasibətdə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması ilə əlaqədar xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim: Habil Məmmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar