Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1366/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi ilə, Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Bakı Şəhər Baş Polis İdarəsi X1i İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli (hakim Kamal Babayev) qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verilmiş şikayətin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verib birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və materialın mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, şikayət vermə müddətinin hesablanması ilə bağlı məhkəmə iş üzrə əhəmiyyət kəsb edən halları tam və obyektiv araşdırmamışdır. İnzibati qərarın ona faktiki təqdim edilmə tarixi, qərarın məzmunu ilə tanış olma vaxtı, eləcə də şikayət hüququndan istifadə etməsinə mane olan hallar tam müəyyən edilməmişdir. Müddətin ötürülməsi halı müəyyən edilsə belə, onun bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Şikayətin vaxtında təqdim edilməməsi aşağıdakı üzrlü səbəblərlə bağlı olmuşdur: DYP-dən ərizəzinə vaxtında cavab verilmədiyi üçün. Məhkəmə prosessual qənaətə gələrkən ədalət mühakiməsinin əlçatanlığı, şəxsin məhkəməyə müraciət hüququ və işə mahiyyəti üzrə baxılması prinsipini kifayət qədər nəzərə almamışdır. Apellyasiya baxışı zamanı Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Bakı Şəhər Baş Polis İdarəsi X1i İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər İXM-nin 130-cu maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, mübahisələndirilən qərar ##.##.2025-ci il tarixdə qəbul olunmuş, həmin qərardan şikayət vermə müddəti şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən buraxılmış, həmçinin sonuncu tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Belə olduğu halda, ən gec 20 gün müddətində şikayət verməli olduğu halda, şikayət ərizəsi ##.##.2026-cı il tarixdə tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərinə uyğun olaraq yekun nəticəyə gəlmiş və heç bir pozuntuya yol verməmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verilmiş şikayətin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1366/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1366/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver