Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1367/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektoru Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən birinci instansiya məhkəməsinə daxil olmuş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il saat 03:05 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Chevrolet Malibu” minik markalı, 99-ZO987 dövlət qeydiyyat nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, ##.##.2026-cı il tarixdə qardaşı tərəfindən “Chevrolet Malibu” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir qədər irəli sürülməsindən 5- 10 dəqiqə sonra yol-patrul xidməti inspektoru onlara yaxınlaşaraq sözügedən nəqliyyat vasitəsinin onun tərəfindən idarə edildiyini iddia etmiş, həmin vaxt spirtli içki qəbul etməsini etiraf etsə də, nəqliyyat vasitəsinin onun tərəfindən deyil, qardaşı tərəfindən idarə olunmasını qeyd edərək sərxoşluq vəziyyətinin müayinəsində iştirak etməyə etiraz etmədiyini bildirmiş, həmçinin nəqliyyat vasitəsinin onun tərəfindən deyil, qardaşı tərəfindən idarə olunması orada olan şahid ifadələri ilə də təsdiq olunur, barəsində tərtib olunmuş protokolla razı deyildir. Apellyasiya baxışı zamanı iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektoru Nümayəndə məhkəmə iclasında ##.##.2026-cı il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən sərxoş vəziyyət avtomobilin idarə edilməsi müəyyən edilərək barəsində protokol tərtib olduğunu, həmin avtomobilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən idarə olunmasının video-görüntüsünün də həm şəxsin özünə, həm də onun qardaşına təqdim edilməsinin, həmin vaxt qardaşı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs içkili olduğunun, onun həmin vəziyyətdə avtomobili idarə etdiyini bildirməsini, lakin hazırda avtomobili idarə etdiyini öz üzərinə götürdüyünü qeyd etdi. Apellyasiya baxışı zamanı iştirak edən şahid Cəfərov Mehrəli Mahir oğlu ##.##.2026cı il tarixdə onun tərəfindən avtomobilin bir qədər irəli sürərək avtomobildən düşdükdən 10 dəqiqə sonra yol-patrul xidməti inspektorunun onlara yaxınlaşdığını, avtobomili onun özü idarə etmiş olsa da, yol-patrul xidməti inspektoru tərəfindən əvvəlcə digər şəxslərin, sonra isə qardaşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən idarə olunduğu bildirildiyini qeyd etdi. Şahid Cəfərov Mehrəli Mahir oğlu yol-patrul xidməti inspektoru Nümayəndə həmin avtomobilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən idarə olunmasının video-görüntüsünün də həm şəxsin özünə, həm də onun qardaşına təqdim edilməsinin, qardaşı, yəni Cəfərov Mehrəli Mahir oğlu tərəfindən barəsində icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoş olduğunun, onun həmin vəziyyətdə avtomobili idarə etdiyinin etiraf edilməsi fikrinə münasibətdə həmin məsələni xatırlamadığını, o vaxt yola vermək üçün nəsə demiş olduğunu qeyd etdi. Apellyasiya baxışı zamanı iştirak edən şahid X1 şahid Cəfərov Mehrəli Mahir oğlu ilə eyni məzmunlu ifadə verərək ##.##.2026-cı il tarixdə yol-patrul xidməti inspektorunun onlara yaxınlaşmazdan bir qədər əvvəl nəqliyyat vasitəsinin barəsində icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən deyil, onun qardaşı Cəfərov Mehrəli Mahir oğlu tərəfindən idarə olunduğunu göstərdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, ##.##.2026-cı il saat 03:05-də vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında həkimə getməyə ehtiyac olmadığını, “0,59” olan göstərici ilə tanış olduğunu, bununla razılaşdığını bildirmiş, spirtli içki olan araq qəbul etdiyini səmimi olaraq etiraf etmişdir. ##.##.2026-cı il tarixli, ****** nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin nəticəsinə dair sənəddən görünür ki, həmin gün saat 03:02-dən aparılan müayinə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqolun qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti (0,528 %) müəyyən olunmuşdur. “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” ##.##.2026cı il tarixli aktan görünür ki, ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “Chevrolet Malibu” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil ** saylı cərimə meydançasına yerləşdirilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında və “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Chevrolet Malıbu” minik markalı, 99-ZO987 dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2026-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə içkili olduğu müəyyən edilmiş olsa da, yol-patrul xidməti inspektorunun onlara yaxınlaşmazdan 5-10 dəqiqə əvvəl nəqliyyat vasitəsinin onun tərəfindən deyil, qardaşı Cəfərov Mehrəli Mahir oğlu tərəfindən idarə olunduğundan barəsində tərtib olunmuş protokolun əsassız olması dəlilinə münasibətdə qeyd edir ki, hazırki apellyasiya baxışı zamanı iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektoru Nümayəndə tərəfindən avtomobilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən idarə olunmasının videogörüntüsünün həm şəxsin özünə, həm də onun qardaşına təqdim edilməsini, onun qardaşı, yəni Cəfərov Mehrəli Mahir oğlu tərəfindən barəsində icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoş olduğunun, onun həmin vəziyyətdə avtomobili idarə etdiyinin etiraf edilməsi bildirildiyi halda məhkəmə iclasında şahid qismində iştirak etmiş barəsində icraat aparılan şəxsin qardaşı Cəfərov Mehrəli Mahir oğlu həmin məsələni xatırlamadığını, o vaxt yola vermək üçün nəsə demiş olduğunu qeyd etmişdir. Məhkəmə Cəfərov Mehrəli Mahir oğlunun həmin mövqeyinə əsasən belə qənaətə gəlir ki, əslində ##.##.2026-cı il tarixdə saat 03:05-də “Chevrolet Malibu” minik markalı, **- ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-patrul xidməti inspektorunun onlara yaxınlaşmazdan bir qədər əvvəl məhz barəsində icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən idarə olunduğu müəyyən edilsə də, həmin vaxt onun içkili vəziyyətə olması səbəbindən qardaşı Cəfərov Mehrəli Mahir oğlunun avtomobili özünün idarə etməsi barədə qeyd etdikləri barəsində icraat aparılan şəxsi məsuliyyətdən yayındırmaq məqsədinə xidmət edir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1367/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1367/2026
21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver