Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1369/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Bakı şəhər X1 İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından Bakı şəhər Baş Polis İdarəsi X1 rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər BPİ-nin DYPİ-nin tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Bakı şəhər Baş Polis İdarəsi X1 rəisi Rəşid Piriyev apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) ## ####### 2025-ci il tarixində, saat 18:48radələrində ünvan 1 ünvanında idarə etdiyi “JEEP WRANGLER” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolayrıcını keçmə qaydasını pozmuşdur. Bu vaxt ərazidə xidmət aparan YPX inspektoru X4 R Xəyyam Məmmədov tərəfindən sürücü saxlanılmış xətanın mahiyyəti izah edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. İnzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin l-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Qanunun bu normalarına əsasən hesab edirik ki, hakimin mövqeyi tam qanuna ziddir və belə olan halda mexaniki nəqliyyat vasitəsinin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) yolayrıcını keçmə qaydasını pozaraq hərəkət üstünlüyünə malik olan ümumi istifadədə olan nəqliyyat vasitəsinə yol verməməklə inzibati xəta törətmişdir. Apellyasiya baxışı zamanı iştirak edən Bakı şəhər X1 İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək, həmçinin məhkəməyə video-görüntü təqdim etməklə həmin görüntülərə əsasən Qərardan şikayət verən orqan (şəxs) ilə ## ####### 2025-ci il tarixdə onu saxlayan YPX inspektoru arasındakı dialoqa əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanı törətməsinin onun tərəfindən təkzib olunmaması və barəsində protokolub tərtib olunmasına razılığın verilməsinin aşkar olunduğunu qeyd edərək məhkəmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini əsassız hesab edərək ## ####### 2025-ci il tarixdə istifadəsində olan “Jeep Wrangler” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mirzağa Əliyev küçəsində hərəkətdə olan zaman digər istiqamətdən gələn nəqliyyat vasitələri tıxac səbəbi ilə demək olar hərəkət etmədiyi üçün ona yol verdiyini, buna görə təhlükəsiz və icazəli şəkildə yolayrıcını keçdiyini, yol ayrıcının yaxınlığında, avtobus zolağında xidmət aparan yol polisi əməkdaşı onun dönmə əməliyyatı etdiyini gördüyünü və ona baxmaraq əlindəki tənzimləyici vasitəsilə davam etməsini bildirdiyini, daha sonra yol polisinin ona yaxınlaşaraq yolayrıcını keçmə qaydasını pozuduğunu, o isə tələsdiyini bildirdiyindən ona getməsinə icazə verdiyini, lakin sonradan ona cərimə olunması barədə bildirişin gəlməsini, iş materiallarında inzibati xətanın törədilməsini təsdiq edən hər hansı foto və ya videogörüntünün olmadığından qərarın əsassız olmasını qeyd etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi X1 rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin ## ####### 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPŞ tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ####### 2025-ci il tarixdə saat 18:48- də “Jeep Wrangler” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev 176 ünvanında yolayrıcını keçmə qaydalarını pozulmasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verərkən göstərmişdir ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə ki, həmin məhkəmədə iştirak etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi tərəfindən ## ####### 2025-ci il tarixli TP seriyalı ******* saylı qərarın qəbul edilməsinə əsas olmuş hadisəni özündə əks etdirən foto və ya videogörüntünün məhkəməyə təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Lakin, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan iş üzrə icraata xitam verilməsi qərara alımışdır. Məhkəmə ilk öncə birinci instansiya məhkəməsinin inzibati xəta hadisəsinin törədilməsini bilavasitə özündə əks etdirən foto və ya videogörüntünün məhkəməyə təqdim edilməməsi hissədə mövqeyini təsdiq edərək bildirir ki, heç bir sübutun məhkəmələr üçün qabaqcadan müəyyən olunmuş hüquqi qüvvəsi yoxdur. Belə ki, inzibati xəta hadisənin törədilməsi faktı vizual olaraq aşkar edilmiş olduqda inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar, o cümlədən barəsində icraat aparılan şəxsin protokolla razılaşıb-razılaşmaması, ona istinad olunan inzibati xətanı törətməsi faktına münasibətdə etirafedici ifadəri nəzərə alınmalı və əsaslı şübhələrdən kənar formada barəsindən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olub-olmamasına dair yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində də qeyd olunur ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırki işin hallarına nəzər saldıqda görünür ki, birinci instansiya məhkəsinə şikayətlə müraciət etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) onun barəsində qəbul olunmuş ## ####### 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş edərkən, habelə qərarın qanunsuz və əsassız olmasını iddia edərkən qərarda göstərilmiş ona istinad olunan hərəkətlərin törədilməsini nəinki təkzib etməmiş, əksinə həmin hərəkətlərə yol verdiyini, yəni ## ####### 2025-ci il tarixdə istifadəsində olan “Jeep Wrangler” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mirzağa Əliyev küçəsində hərəkətdə olan zaman digər istiqamətdən gələn nəqliyyat vasitələrinin tıxac səbəbi ilə demək olar hərəkət etmədiyi üçün ona yol verdiyini, o isə təhlükəsiz, icazəli şəkildə, onların hərəkət istiqaməti və sürəti dəyişmədən manevr etdiyini qeyd edərək barəsində olan inzibati təbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması iddiasını ona istinad olunan hərəkətləri etməməkdə deyil, həmin hərəkətləri təhlükəsiz şəraitdə və digər nəqliyyat vasitələrinin icazəsi ilə etdiyindən, habelə yol polisinin ona tənzimləyici ilə davam etməsini göstərdiyindən hər hansı qayda pozuntusu törətməməsi ilə əlaqələndirmişdir. Başqa sözlə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) həmin mövqeyini təhlil edərək ## ####### 2025-ci il tarixdə saat 18:48- də “Jeep Wrangler” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev 176 ünvanında yolayrıcını keçmə qaydalarının pozulması hərəkətinə yol verdiyini, yəni həmin inzibati xəta hadisəsinin onun özünün ifadəsi ilə də təsdiq edildiyini, lakin daha sonra məhkəməyə edilmiş müraciətində yol verdiyi pozuntunu öz mülahizəsinə görə təhlükəsiz, icazəli şəkildə, digər nəqliyyat vasitələrinin hərəkət istiqamətini və sürətini dəyişmədən etməsi qiymətləndirməsini onun məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. Məhkəmə həmin qənaətə gələrkən onu da qeyd edir ki, apellyasiya baxışı zamanı məhkəməyə tədim olunmuş video-görüntüdən Qərardan şikayət verən orqan (şəxs) ilə ## ####### 2025-ci il tarixdə onu saxlayan YPX inspektoru arasındakı dialoqa əsasən həmin tarixdə YPX inspektoru tərəfindən ona izah edilən inzibati xətanı törətməsini başa düşdüyü, heç bir etiraz bidirməməsi və nəticədə barəsində tərtib olunan inzibati xəta haqqında protokol ilə razılaşması məlum olmuşdur. Buna görə də məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli olması öz təsdiqini tapdığından həmin məhkəmə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhər Baş Polis İdarəsi X1 rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin ## ####### 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilsin Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin ## ####### 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1369/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1369/2026
18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver