Məhkəmə qərarları › İş №3(3-6)-1370/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1370/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1370/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Məhkəmə iclas katibi X6, Qərarından şikayət verilən orqan nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tənbeh edilməsi haqqında qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Qərarından şikayət verilən orqan nümayəndəsi X3 tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Qərarından şikayət verilən orqan “xxxx” X1 X9 baş mütəxəssisi Xəyalə Əliyeva tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il taixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Rasim Ismayılov tərəfindən qəbul olunmuş ## ###### 2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarla, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Nümayəndə X18, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul olunmuş ## ###### 2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.M.Quliyeva) ## #### 2026-cı il tarixli qərarından görünür ki, şikayət təmin olunmuş və Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb olunması barədə Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan, Qərarından şikayət verilən orqan nümayəndəsi X3 apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında qərarının qanuni və əsaslı hesab edilərək qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunsuz, əsassız və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, ixtisasına uyğun olmayan tibbi fəaliyyətin həyata keçirilməsi inzibati məsuliyyət yaradır. Məhkəmə yanlış olaraq belə nəticəyə gəlmişdir ki, ümumi cərrahın plastik cərrahiyyə əməliyyatları aparması hüquqa uyğundur. Halbuki, Qərardan şikayət verən orqan (şəxs) yalnız "ümumi cərrahiyyə" üzrə sertifikasiyası mövcuddur. Plastik cərrahiyyə isə ayrıca ixtisasdır və ayrıca sertifıkasiya tələb edir. Bu səbəbdən, onun fəaliyyətində ixtisasdan kənar tibbi xidmət göstərilməsi mövcuddur və bu birbaşa Inzibati Xətalar Məcəlləsinin 215.1 -in dispozisiyasına uyğundur. Məhkəmə "icazə verilən əməliyyatlar siyahısını" yanlış şərh etmişdir. Məhkəmə qərarında qeyd edilir kı, bəzi plastik əməliyyatlar ümumi cərrahlar tərəfindən icra edilə bilər. Lakin nəzərə alınmamışdır kı, həmin siyahı şərtli xarakter daşıyır, siyahıda açıq şəkildə qeyd olunur, xüsusi hazırlıq keçmiş cərrahlar tərəfindən icra edilə bilər. Deməli, bu əməliyyatların icrası avtomatik hüquq yaratmır əlavə kvalifıkasiya tələb olunur, məhkəmə isə bu şərti hüquqi baxımdan tam nəzərə almamışdır. “Xüsusi hazırlıq müəyyən edilməyib" arqumenti hüquqi əsas deyil. Məhkəmə belə nəticəyə gəlmişdir ki, "xüsusi hazırlıq" meyarları müəyyən edilmədiyi üçün məsuliyyət yoxdur. Bu yanaşma hüquqa ziddir, çünki, hüquqi boşluq məsuliyyətdən azad etmir, əksinə, ixtisasdan kənar fəaliyyətə yol verilməsini qanuniləşdirə bilməz. Əks halda, hər hansı ixtisas tələbi praktik olaraq mənasız hala düşər. Bu isə səhiyyə sistemində peşəkarlıq və pasiyent təhlükəsizliyi prinsipini pozur. Faktiki sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Yoxlama aktı ilə müəyyən olunmuşdur ki, konkret əməliyyatlar (məsələn, çapıq eksiziyası və s.) icra edilmişdir, tibbi sənədlərlə bu hallar təsdiqlənmişdir. Bu isə, faktiki fəaliyyətin mövcudluğunu, ixtisasdan kənar xidmət göstərilməsini tam sübut edir. Məhkəmə isə sübutların qiymətləndirilməsində seçici yanaşma nümayiş etdirmişdir. Azərbaycan Respublikası "Əhalinin sağlamlığının qorunması haqqında" Qanununun 41-ci maddəsinə əsasən özəl tibbi fəaliyyət yalnız müvafiq icazə (lisenziya) əsasında həyata keçirilə bilər Mübahisə predmeti olan fəaliyyət - lazer epilyasiya xidməti insan dərisinə birbaşa fiziki və termiki təsir göstərən, tibbi risklər (yanıq, piqmentasıya pozğunluğu, dəri zədələnməsi və s.) yarada bilən, xüsusi texniki tibbi avadanlıqdan istifadə edilən fəaliyyət növüdür. Bu xüsusiyyətlərinə görə həmin xidmət sadə məişət xidməti deyil, tibbi-kosmetoloji xarakterli fəaliyyətdir. Məhkəmə iş üzrə sübutları natamam qiymətləndirmişdir. Inzibati xəta faktı xxxxnin əməkdaşları tərəfindən aparılmış yoxlama, müvafiq akt və inzibati materiallar əsasında müəyyən edilmişdir. Məhkəmə isə bu sübutları əsaslandırılmış şəkildə təkzib etmədən, yalnız şikayətçinin mövqeyinə üstünlük verməklə sübutların qiymətləndirilməsi qaydalarını pozmuşdur ki, bu da Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə ziddir. Məhkəmə iclasında, Səhiyyə Nazirliyinin nümayəndəsi X3, şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını nəzərə alaraq qeyd edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməli, inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı, Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi X18 tərəfindən verilmiş şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Qərarından şikayət verilən orqan tərəfindən qəbul olunmuş ## ###### 2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış məhkəmə icraatının xüsusiyyətlərini, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları və şikayətin dəlilləri əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işin faktiki hallarına uyğun olmayan qərar qəbul olunmuşdur. Belə ki, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının mübahisəsi ilə bağlı şikayətin dəlilləri, iş materialları və məhkəmədə tədqiq olunaraq araşdırılmış mümkün sübutların məcmusu ilə müqayisədə əsaslıdır və apellyasiya qaydasında araşdırılmış iş materialları ilə, Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibinin olmaması haqqında iddialar təsdiqini tapmamış və barəsində inzibati məsuliyyəti və inzibati tənbehin tətbiqini qanunla istisna edən hallar iş üzrə müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sənədlərin dairəsindən belə məlum olur ki, Qərarından şikayət verilən orqan xxxx tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında qəbul olunmuş ## ###### 2026-cı il tarixli *-**-*/*-*-***/**** nömrəli qərarla, ünvan 1 ünvanda yerləşən “X7” MMC-də, AEM-nin X9 mütəxəssisi X2, AEM-nin Hüquq şöbəsinin hüquq məsləhətçisi nümayəndə1 və həkim-ekspert X4 tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi müəyyən edilmişdir. ## ###### 2026-cı il tarixli KY262487959 seriyalı, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən “X7” MMC-də, ## ###### 2026-cı il tarixli *-**-*/*-****/**** saylı qərar əsasında, plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi barədə məlumat Qərarından şikayət verilən orqan xxxx tərəfindən vahid məlumat reyestrinə daxil edilmişdir. ## ###### 2026-cı il tarixli, T-*** nömrəli Özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama aktı ilə, ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanda fəaliyyət göstərən “X7” MMC-də Qərardan şikayət verən orqan (şəxs) Vaqif qızı tərəfindən sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyət (plastik cərrahiyyə) göstərilməsi faktı aşkarlanmışdır. Həmin akta əsasən, ünvan 1 ünvanda yerləşən “X7” MMC-yə məxsus klinikada yoxlama aparılan zaman özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin ixtisasa uyğun vəzifəyə təyin edilmədikləri, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilməməsi və özəl tibb fəaliyyəti subyektinin tibbi qeydiyyatların aparılmasının təmin edilməməsi faktları aşkar edilmişdir. Həmin akta görə, vətəndaş müraciəti ilə əlaqədar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, ünvan 1 ünvanda yerləşən “xxxx” MMC-yə məxsus “xxxx” özəl tibb müəssisəsində aidiyyəti üzrə araşdırmanın aparılması məqsədi ilə plandankənar (növbədənkənar yoxlama keçirilmişdir). Müəssisədə yoxlama direktor müavini X5 və baş həkim X8 iştirakı ilə, təqdim etdiyi sənədlər və sahələr əsasında keçirilmiş yoxlama ## ###### 2026-cı il tarixədək davam etmişdir. Yoxlama aktının birinci sualı üzrə qeyd edilmişdir ki, müəssisədə ixtisasca “üz-çənə cərrahiyyəsi” (ixtisası ## #### 2022-ci il tarixində ARSN-i tərəfindən təsdiq edilmişdir, registr kodu 1218392, təhsilinin təsdiq edildiyi tarix ## #### 2019-cu il tarixi – Moskva şəhəri) olan X17 “həkim-assistenti” vəzifəsinə cəlb edilmişdir. ARSN-nin ## #### 2015-ci il tarixli ** nömrəli əmrinə müvafiq olaraq ali tibbi stomatologiya təhsilli “üz-çənə cərrahiyyəsi” vəzifəsinə təyin edilə bilər. Praktik tibb faliyyətinə dair sənəd təqdim edilmədi. Yoxlama aktının ikinci sualı üzrə qeyd edilmişdir ki, müəssisədə “plastik cərrahiyyə” işi üzrə sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətə buraxılması faktı aşkar edilmişdir. Ixtisasca “ümumi cərrahiyyə” işi üzrə sertifikasiya şəhadənaməsi olan (##.##.2025- ##.##.2030) X13 “plastik cərrahiyyə” işi üzrə “liposaksiya əməliyyatının icrasına dair tibbi qeydiyyat sənədləri (xəstəlik tarixi 1601644, ##.##.2026-cı il tarixli) X10 məxsus sənədlər aşkar edilmişdir. Əlavə olaraq Mais Nəzərov klinikada təyinatı üzrə *** nömrəli otaqda plastik cərrah kimi təqdim edilir. Ixtisasca “üz-çənə cərrahı” olan X14 da “alt göz dərisinin yığılması”, “boyun dərisinin yığılması” və s. “plastik cərrahiyyə” işinə dair əməliyyat jurnalında cari tarixlər üzrə qeydlər və uyğun olaraq da təsdiq edici tibbi qeydiyyat sənədləri əsasında praktik tibb fəalliyyəti aşkar edilmişdir. “Ixtisasca ümumi cərrah” olan Qərardan şikayət verən orqan (şəxs) praktik tibb fəlliyyətinə dair təqdim edilən tibbi qeydiyyat sənədində (xəstəlik tarixi 1601645, ##.##.2026-cı il tarixli, X11 məxsus əməliyyat sənədləri) “alın çapığının çıxarılması” (Alın nahiyəsində saç dibi çapığının eksiziyası) əməliyyatının “plastik cərrahiyyə” ixtiası üzrə sertifikasiya şəhadətnaməsi olmadan icra edilməsi faktı müəyyən edilmişdir. Yoxlama aktının üçüncü sualı üzrə qeyd edilmişdir ki, müəssisədə təqdim edilən tibbi qeydiyyat sənədləri ARSN-nın *** saylı əmrinə müvafiq olaraq formaları ilə aparılsa da, qaydaları ilə icra olunmur. Qeydlər natamamdır, tam doldurulmur, sənədlərdə təhriflər mövcuddur və s. Fotoşəkillər çəkildi. Iş materiallarına əlavə edildi. Aidiyyəti şəxslər (“xxxx” MMC və həkimlər) barəsində inzibati tənbeh tədbiri seçilmək, Inzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmiştir. Aktın “sahibkarın izahatı, iradı və ya etirazı” hissəsində Əliyev Səftər keçirilən yoxlama ilə bağlı etirazının olmadığını, qeyd edilən nöqsanların çox qısa müddətdə aradan qaldırılacağını bildirmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, “X7” MMC-yə özəl tibb fəaliyyətinin ambulator, stasionar və səyyar tibbi xidmətləri üzrə görülməsinə icazə verilən işlərin siyahısı həmin lisenziyada göstərilmişdir. (həmin siyahıda plastik cərrahi, üzçənə cərrahi sahəsi də vardır). Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş ## #### 2018-ci il tarixli lisenziyadan görünür ki, “X7” MMC-yə özəl tibb fəaliyyətinin ambulator, stasionar və səyyar tibbi xidmətləri üzrə görülməsinə icazə verilən işlərin siyahısı həmin lisenziyada göstərilmişdir (həmin siyahıda ümumi cərrahiyyə, plastik cərrahiyyə, üz-çənə cərrahiyyəsi sahəsi də vardır). “X7” MMC-nin ##.##.2026-cı il tarixli ştat cədvəlindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ümumi cərrah vəzifəsindədir. Diplomun surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Tibb Universitetində müalicə işi ixtisası üzrə tam kursu bitirmiş, ona həkim ixtisası verilmişdir. ##.##.2025-ci il tarixli “Əmək müqaviləsi”ndən görünür ki, Qərardan şikayət verən orqan (şəxs), “X7” MMC-də əmək müqaviləsi üzrə ümumi cərrah kimi işə qəbul edilmişdir. Sertifikasiya şəhadətnaməsindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs), ## #### 2024-cü il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Beləliklə, Qərarından şikayət verilən orqan nümayəndəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətin dəlilləri ilə müqayisədə, birinci instansiya məhkəməsində mümkünlüyü və mötəbərliyi üzrə tədqiq olunaraq qiymətləndirilmiş müvafiq tibbi və digər sənədlərin əlaqəli təhlili ilə, ## #### 2024-cü il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və Azərbaycan Respublikasının ərazisində ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmiş, Qərardan şikayət verən orqan (şəxs) Vaqif qızının, ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanda fəaliyyət göstərən “X7” MMC-də sertifikasiya şəhadətnaməsi olmadan “plastik cərrahiyyə” praktik tibb fəaliyyətlə məşğul olması müəyyən edilmişdir. Apellyasiya qaydasında aparılmış araşdırmanın nəticələrinə əsasən, birinci instansiya məhkəməsi, inzibati xəta haqqında iş üzrə toplanmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət verməmiş, mübahisəli faktla bağlı işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Vaqif qızının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, tənbeh edilməsinin əsaslarını düzgün müəyyənləşdirməmişdir. Bununla bağlı, iş materiallarının təhlili göstərir ki, Qərarından şikayət verilən orqan “xxxx” X1 tərəfindən, Azərbaycan Respublikasının ərazisində ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmiş, Qərardan şikayət verən orqan (şəxs) Vaqif qızının tibbi fəaliyyəti ilə əlaqədar, ünvan 1 ünvanda fəaliyyət göstərən “X7” MMC-də yol verilmiş qanun pozuntusu barədə qanunun tələbinə uyğun qərar qəbul edilmişdir. Belə ki, “Ixtisasca ümumi cərrah” olan Qərardan şikayət verən orqan (şəxs) praktik tibb fəlliyyətinə dair təqdim edilən tibbi qeydiyyat sənədində (xəstəlik tarixi 1601645, ##.##.2026-cı il tarixli, X11 məxsus əməliyyat sənədləri) “alın çapığının çıxarılması” (Alın nahiyəsində saç dibi çapığının eksiziyası) əməliyyatının “plastik cərrahiyyə” ixtisası üzrə sertifikasiya şəhadətnaməsi olmadan icra edilməsi faktı, ## ###### 2026-cı il tarixli T-*** nömrəli Özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama aktına əsasən müəyyən edilmişdir. Iş materiallarına və tibbi sənədlərə əsasən, “Ixtisasca ümumi cərrah” olan Qərardan şikayət verən orqan (şəxs), “plastik cərrahiyyə” sertifikasiya şəhadətnaməsi olmadan, ünvan 1 ünvanda fəaliyyət göstərən “X7” MMC-də, plastik əməliyyat icra etmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hüquqi mövqeyindən fərqli olaraq, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələbinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh olunması mərhələsində onun xeyrinə həll edilməli olan şübhəli və ya ziddiyyətli məqamların müəyyən olunmadığını qey edir və verilmiş şikayətin dəlillərinə münasibətdə, inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu nəzərə alır. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) Vaqif qızının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi faktı tam təsdiq olunmuşdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar maddi və prossesual hüquq normalarının tələbləri baxımından qanuni və əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə və sənədlərə münasibətdə, inzibati xəta faktını qanunla istisna edən halların iş materialları ilə müqayisədə müəyyən olunmadığını nəzərə alır və Qərardan şikayət verən orqan (şəxs) Vaqif qızının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh olunması haqqında inzibati xəta haqqında işin icraatına xitam verilməsinə əsaslar müəyyən etmir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinin tələbinə əsasən, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməli hallardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara əsasən, Qərardan şikayət verən orqan (şəxs) Vaqif qızının inzibati iş üzrə təqsirinin işdə olan sənədlərlə tam təsdiq olunduğunu nəzərə alır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) Vaqif qızının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh olunması haqqında Qərarından şikayət verilən orqan ## ###### 2026-cı il tarixli, MN № ******* saylı “Inzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı, Qərardan şikayət verən orqan (şəxs) Vaqif qızının nümayəndəsi X18 şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Vaqif qızının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Qərarından şikayət verilən orqan ## ###### 2026-cı il tarixli, MN № ******* saylı “Inzibati tənbeh vermə haqqında” qərarı qanuni hesab edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Qərarından şikayət verilən orqan nümayəndəsinin apellyasiya qaydasında verdiyi şikayət təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) Vaqif qızının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh olunması haqqında Qərarından şikayət verilən orqan tərəfindən qəbul olunmuş ## ###### 2026-cı il tarixli, MN № ******* saylı “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Vaqif qızının nümayəndəsi X18 şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Vaqif qızının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Qərarından şikayət verilən orqan ## ###### 2026-cı il tarixli, MN № ******* saylı “Inzibati tənbeh vermə haqqında” qərarı qanuni hesab edilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar