Məhkəmə qərarları › İş №3(3-6)-1371/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1371/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1371/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi nümayəndə2 oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X2 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktub göndərilərək müraciətə dair sənədlərin 7 iş günü ərzində DƏMX-nə təqdim edilməsi tələb edilmiş, lakin tələb olunan sənədlər indiyədək təqdim edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsMMC barəsində X4 Xidmətinin Bakı Şəhəri İdarəsi ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş X2 şikayəti əsasında X4 Xidmətinin Bakı Şəhəri İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə ##.##.2025-ci il tarixli, 3- 17-5/2-119128/2025 məktub ünvanlanmış və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Lakin məktubun çatdırılmasına baxmayaraq sənədlər təqdim olunmamışdır. Belə ki, ##.##.2025-ci il tarixli, 3- **-*/*-******/**** nömrəli məktub ##.##.2025-ci il tarixdə Əmək və Məşğulluq Altsistemində mövcud olan işəgötürənin şəxsi kabinetinə yerləşdirilmiş və sözügedən faktı təsdiq sənəd iş materiallarına əlavə edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Lakin məhkəmə tərəfindən həmin sübuta düzgün hüquqi qiymət verilməmişdir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilnəsi təsdiq edilmişdir. Odur ki, Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş 26.01,2026-cı il tarixli, MN ******* nömrəli protokol qanuni və əsaslıdır. Beləliklə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5- ***)-****/**** nömrəli qərarı qəbul edilərkən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və işin baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi nümayəndə2 oğlu apellyasiya şikayətinə münasibətdə bildirdi ki, onlar əmək kitabçasını vermişlər, lakin vətəndaş səhvən elə bilib yoxdur şikayət etmişdir. Daha sonra əmək kitabçasını tapmış və Əmək Müfəttişliyinə bu barədə məlumat vermişdir. Buna baxmayaraq səlahiyyətli orqan protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmədən verilmiş şikayəti təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etdi. Verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının fikirlərini dinləyib hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanan ##.##.2025-ci il tarixli *-**-*/*- ******/**** nömrəli məktubundan görünür ki, vətəndaş X2 müraciətinə münasibət bildirilməsi üçün əmək kitabçasının işçiyə təqdim edilməsi ilə bağlı müvafiq sənədlərin surəti, eləcə də vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun təqdim edilməsi xahiş olunmuşdur. İş materialarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, vətəndaş Rəcəbli İmamverdi Qəfər oğlunun müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktub göndərilərək müraciətə dair sənədlərin 7 iş günü ərzində DƏMX-nə təqdim edilməsi tələb edilmiş, lakin tələb olunan sənədlər bugünədək təqdim edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin hakimi yuxarda qeyd olunan nəticəyə gələrkən hesab etmişdir, X2 tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ##.##.2025-ci il tarixli 3- **-*/*-******/**** nömrəli məktubu ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən bir sıra sənədlər tələb edilmişdir. Lakin məhkəmə araşdırması qeyd edilən sorğu məktubunun hüquqi şəxsə çatdırılmasını təsdiq edən hər hansı mötəbər sübut aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubu rəsmi qaydada təqdim edilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hakimin gəldiyini nəticə ilə razılaşaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC təqsirləndirildiyi maddənin dispozisiyasına əsasən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən təqdim edilmiş materiallara Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə və onun rəhbərliyinə ünvanlanmış yuxarıda qeyd edilən məktubun ünvana çatdırılmasına dair çıxarış yaxud digər sübut (poçt identikifikatoru və s.) əlavə edilməmiş, eyni zamanda məktubun hansısa bir ünvana çatdırılması barədə bildiriş müəyyən edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubun çatdırılmasını təsdiq edən hər hansı mötəbər sübut şikayətə əlavə edilməmiş və ya məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə qüvvədə saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar