Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1373/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1, Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Idarəsinin nümayəndəsi X2, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, müəyyən e t d i m: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli **/*-**** nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, ## ####### 2025- ci il tarixli EQ ******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarı ilə onu **SK*** nömrəli avtomaşının Hacıqabul Horadiz yolu 24 km-likdə idarə etmə zamanı Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək 100 manat 3 bal cərimə edilməsi barədə qərar qəbul etmişdir. Protokola əsasən ## ####### 2025-ci il tarixli EQ ******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## ####### 2025 tarixli nömrəsiz qərar çıxarılmış, həmin qərardan şikayət etdikdən sonra Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarla Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinə göndərilmişdir. Lakin Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsin tərəfindən ## ####### 2025-ci il tarixli EQ ******** nömrəli inzibati xəta haqqında protokol əsasında ## ###### 2025 tarixli **/*-**** nömrəli qərarı qəbul edilmişdir. Qərar tamamilə əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Sözü gedən ## ###### 2025 tarixli **/*-**** nömrəli qərar ## ####### 2025-ci il tarixli EQ ******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir Həmin protokola əlavə edilmiş birinci fotoşəkildə avtomobilin mənə məxsus olmasını təsdiq edən hər hansı bir dəlil yoxdur. Fotoşəkillərdən birində hansı ki, avtomobil aydın görünür onun idarə etdiyi avtomobildir, lakin bu o demək deyildir ki, birinci şəkildə qeyd edilən avtomobil onun idarə etdiyi avtomobildir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli **/*-**** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli **/*-**** nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilmədən həmin qərar dəyişdirilmədən saxlanılmı şdır Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətin məzmununa uyğun çıxış edərək avtomobilin onun tərəfindən idarə edilmədiyini sadəcə olaraq etibarnamənin onun adına olduğundan cərimənin ona yazıldığını nəzərə alaraq barəsində olan inizbati xəta haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Idarəsinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək şikayətin təmin olunmamasını və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli **/*-**** nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli **/*-**** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ## ####### 2025-ci il tarixdə “Infiniti” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməsi faktı üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin Baş Dövlət Yol Polisi Idarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında Vəcələnin 122.1-ci maddəsinə uyğun qaydada vətəndaş Qərardan şikayət verən orqan (şəxs) barəsində EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Vətəndaş Qərardan şikayət verən orqan (şəxs) barəsində çıxarılmış qərardan Yasamal Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmiş və ## ###### 2025-ci il tarixdə məhkəmə baxaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul etmişdir. Inzibati xəta haqqında işə yenidən baxılarkən xətanın aşkarlanmasında və qərarın çıxarılmasında hər hansı qanun pozuntusu halı müəyyən edilməmişdir. Belə ki, törədilmiş yol hərəkəti qayda pozuntusunun görüntülərinə keçirilən baxış zamanı “Infiniti” markalı, **- SK-*** rövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması təsdiqini tapmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş Qərardan şikayət verən orqan (şəxs) barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. -iş materaillarında olan fotoşəkildən görünür ki, “Infiniti” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozmuşdur. Birinci instansiya məhkəməsi iş materiallarını araşdırıb hesab etmişdir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Azərbaycan Respublikası Inizbati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə birinic instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, xətanın törədilməsini istisna edən hər hansı sübut iş materiallarına əlavə edilməmiş, həmçinin məhkəmə baxış iclasında da təqdim edilməmişdir. Bundan başqa iş materiallarına əlavə olunmuş foto şəkildən “Infiniti” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozması faktı öz təsdiqini tapmışdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli **/*-**** nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1373/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1373/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver