Məhkəmə qərarları › İş №3(3-6)-1374/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1374/2026

13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1374/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qeydə alınmış ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qeydə alınmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə cərimə edilməsi ilə bağlı ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli elektron qərardan verdiyi şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, ## #### 2026cı il tarixdə saat 14 radələrində mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilini Nəsimi rayonu, S.Vurğun bağı yanında, D.Əliyeva küçəsində X2 Qanunun 3.27 nişanın təsiri olan hissəsinə düşməməsinə xüsusi diqqət edib həmin hissədə (2- 3 avtomobilin dayanması mümkün olan yerdə) dayanmış, ön oturacaqda olan yükü arxa oturacağa yerləşdirdikdən sonra avtomobili oradan sürüb getmişdir. Növbəti gün, yəni ## #### 2026-cı il tarixdə guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə dayanma qaydasını X2 Qanunun 3.27 nişan tələbini pozmağı ilə bağlı “Asanpay” sistemi vasitəsi ilə ##.##.2026- cı il tarixli, EQ ******** saylı elektron qərar barədə məlumat və fotoşəkillər yerləşdirilmişdir. Həmin fotoşəkillərdə ilk baxışdan avtomobilinin guya qadağan edən yol ayrıcında quraşdırılmış yol nişanın təsiri hissəsində dayandığı görsənsə də, həmin yerə baxış keçirdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə xətanın faktiki düzgün qeydə alınmadığı və təkzib edildiyi məlum olur. Belə ki, yolun həmin hissəsində avtomobilinin arxasındakı 3.27 dayanmanı qadağan edən nişanın avtomobilinə qədər qüvvəsini itirdiyi məlum olur. Çünki həmin nişandan sonra avtobus dayanacağı nişanı mövcuddur, əlavə olaraq həmin 3.27 nişanın yanından çəkilmiş, onun təsir sahəsini göstərən sarı xətt avtomobilini dayandırdığı yerə qədər bitir. Qanunverciliyin tələbinə görə isə dayanma-durmanı qadağan edən nişanların qüvvəsi ondan sonra eyni yolda olan istənilən digər yol nişanına, ilk yol kəsişməsinə və ya onun təsir məsafəsini göstərən fasiləsiz çəkilmiş sarı xətt bitənə qədərdir. Belə olan halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, EQ ******** saylı elektron qərarının çıxarılması qanunsuzdur. Ona görə də avtomobili dayandırdığı yerdə tərəfindən izahlı videoçəkiliş aparılmışdır. Baxmayaraq ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən dəlillərinin əsassız olması elektron qərar çıxaran səlahiyyətli orqan tərəfindən sübut edilməlidir. Ərazidəki çəkilis məhkəmə tərəfindən isə xitam verilməsi ilə bağlı qərarın çıxarılması üçün hər hansı qaranlıq məqamların, sualların və şübhələrin qalmaması üçün edilmiş və işin icraatına verilməsi üçün əsas olan sübut kimi təqdim ediləcəkdir. Bunlardan başqa elektron qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən haqqımda inzibati icraatın aparılması və elektron qərarın tərtib edilməsi zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən elektron qərar qəbul edilərkən aşağıdakı Qanun pozuntuları aşkar edilmişdir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə görə bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar loto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati xəta haqqında iş üzrə elektron qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunan xüsusi texniki vasitəsi barədə məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd edilməlidir. Məlum olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla xüsusi texniki vasitənin məlumatlan hazırkı elektron qərarda göstərilməmiş, elektron qərar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tərtib edilməmiş, informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşın elektron imzası ilə təsdiqlənməmiş, xüsusi texniki vasitələrin məlumatları elektron qərarda göstərilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən inzibati icraat zamanı bu kimi kobud pozuntulara da yol verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Aynurə Sadıqova) şikayət təmin edilmiş, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qeydə alınmış ## #### 2026cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi müavini Pərvin Səfərəliyev apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul eidlmiş elektron qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdırıb, belə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayət baxılmadan, inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının surəti ## ##### 2026-cı il tarixdə Azdoc vasitəsilə Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən isə şikayət ## ### 2026-cı il tarixində Bakı Apellyasiya Məhkəməsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi Baş Dövlət Yol Polisi İdarəsi 10 (on) gün prosessual müddət ərzində şikayət verməmiş, prosessual müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Qanunun tələbinə görə inzibati xəta haqqında qərardan şikayət qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilməsi nəzərdə tutulduğundan qərardan şikayət vermə müddəti ötürülmüşdür. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə inzibati tənbeh verilməsi haqqında qərarından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını və buraxılmış müddətin bərpa edilmədən şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərildiyini nəzərə alaraq, şikayətə baxılmasını mümkün hesab etmir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026cı il tarixli qərarından Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən prosessual müddət ötürülməklə şikayət verildiyindən və müddətin bərpası barədə məhkəməyə müraciət edilmədiyindən, həmin şikayət inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə geri qaytarılmalı və Baş Dövlət Yol Polisi İdarəsinə şikayət vermə müddətinin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılmadan inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Baş Dövlət Yol Polisi İdarəsinə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar