Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1376/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2, Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Qobustan rayon YPX inspektoru, R Kərimov İlkin Asif oğlu iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Qobustan rayon YPX inspektoru, R Kərimov İlkin Asif oğlu tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan rayon YPX inspektoru, R Kərimov İlkin Asif oğlu tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, ##.##.2026-cı il tarixdə, saat 12:10 radələrində idarə etdiyi VAZ-2104 markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qobustan-Bakı avtomagistralında hərəkət edərkən İXM-nin 342.5-ci maddəsini əsas gətirilərək TP ****** nömrəli çıxarılmış qərarla 50 manat cərimə olunmuşdur. Bildirişi ASANPAY vasitəsi ilə əldə etmişdir. DYP inspektoru idarə etdiyi VAZ 2104 markalı ** XM *** Qobustan tayonundan Bakı istiqamətinə hərəkət edərkən avtomobilin banına bərkidilmiş yük yerini vizual qaydada görüb və onu təqib edərək Nərimankənd kəndində dayandırmışdır. Dayanarkən arxa tormoz işıqları yağış suyu ilə islanmış, işlək vəziyyətdə olmamışdır. İnspektor ona bildirmişdir ki, əyləc işıqlarınız işləmir. O, həqiqətən görmüşdür ki, işləmir və yola davam etmək təhlükəlidir. Bu zaman həyətdə olan R rütbəsində zabit avtomaşına bərkidilmiş baqaja irad bildirmişdir ki, quraşdırılan baqaj qanunsuzdur. O bildirmişdir ki, bu barədə Şamaxı rayon Məhkəməsinin qərarı var ehtiyac varsa qərarı təqdim etsin. İnspektor Kərimov İlkin Asif oglu ona 100 metrlikdə olan texniki servis məntəqəsinə yönəltmiş və bildirmişdir ki, nasazlığı aradan qaldır yoluna davam et. Ona bildirilən iradı qəbul etmiş və polisin qanuni tələbinə tabe olaraq nasazlığı yönləndirdiyi təmir sexində aradan qaldırmışdır. Nasazlığı aradan qaldırandan sonra yolunu Bakı istiqamətinə tutmuşdur. Təxminən 40 dəqiqədən sonra elekton poçt vasitəsi ilə məlumat almışdır ki, ona İXM-nin 342.5-ci maddəsinə əsasən cərimə tətbiq olunmuşdur. Qeyd etmişdir ki, ona yazılmış protokol barədə məlumatsız olmuşdur və mövcud nasazlığı aradan qaldırdırdığı üçün ona cərimə tətbiq olunmamalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Aynurə Sadıqova) ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmişdir. Həmin qərardan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət vermişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə açıq-aşkar birtərəfli mövqe tutaraq inzibati orqanın müdafiəçisi kimi qərar qəbul etmişdir. Məhkəmənin gəldiyi qənaət tamamilə yanlışdır. Azərbaycan Respublikasının İXM-in 342.5-ci maddəsi ilə qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. ##.##.2026-cı il tarixdə “VAZ 2104” minik markalı, ** XM *** dövlət qeydiyyat nişanlı universal nəqliyyat vasitəsi ilə Qobustan rayonu, Beydulla Qədirov küçəsi 20 istiqamətində hərəkətdə olarkən avtomobilə quraşdırılmış yük yerinə (baqaja) görə DİN-in Qobustan rayon YPX inspektoru, R Kərimov İlkin Asif oğlu tərəfindən saxlanlımış, lakin əlavə yoxlama zamanı əyləç işıqlarının işləmədiyi əsas gətirilərək barəmdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Əslində, avtomobilin işıq sistemində olan nasazlığın aradan qaldırılması mümkün olmasaydı barəmdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla bərabər avtomobili idarə etməkdən kənarlaşdırılmali idi. Nəqliyyat vasitəsinin idarə etməkdən kənarlaşdırılmamağım isə həmin nasazləğın yerində aradan daldırmağıma dair əsaslı sübutdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 98-ci maddələri məhkəmə tərəfindən düzgün mülahizə edilsəydi, məsələ ilə əlaqədar hər hansı sübuta ehtiyac olmazdı. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Qobustan rayon YPX inspektoru, R Kərimov İlkin Asif oğlu apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış məhkəmə icraatının xüsusiyyətlərini, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işin faktiki hallarına uyğun qərar qəbul edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Qobustan rayon YPX inspektoru, R Kərimov İlkin Asif oğlu tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, onun təqsiri inzibati xəta haqqında iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla müqayisədə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən məsələ üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı dinlənilmiş, müzakirələr aparılmış, hadisəni təsdiq edən sənədlər tədqiq olunmuş və məhkəmə araşdırması üzrə nəticə etibarilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi, inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına münasibətdə, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Şikayətin dəlilləri, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas vermir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, şikayət təmin edilməməli və Əzməmmədov oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Qobustan rayon YPX inspektoru, R Kərimov İlkin Asif oğlu tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1376/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1376/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver