Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1381/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bağırov Asəf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə saat 11:00 radələrində Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında küçədə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, həmin tarixdə ictimai qaydanı pozduğu zaman polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyib qaçmağa cəhd göstərib tabesizlik etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarını ləğv edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta üzrə icraata (bəraətverici əsaslarla) xitam verilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Avropa Konvensiyasının 5 və 6cı maddələrində göstərilən hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən işin nəticəsində maraqlı olan polis əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərə və polis əməkdaşları tərəfindən verilmiş izahatlara, həmçinin polisin effektiv nəzarəti altında olmaqla məhkəmə iclasına gətirilmiş Ərizəçinin etirafedici izahatına əsaslanmışdır. Ərizəçinin həqiqətən ona istinad edilən inzibati xətanı törədibtörətməməsini müəyyən etmək üçün mühüm hallar – Ərizəçinin həqiqətən də ##.##.2026cı il tarixdə saat 11.00-da Kürdəxanı qəsəbəsi Ləhiş bağları ərazisində olub-olmadığı, adları qeyd edilən polis əməkdaşlarının həqiqətən də eyni tarix, saat və yerdə olubolmadıqları, Ərizəçinin qaçmaq və ya qaçmağa cəhd üçün fiziki imkanlarının olubolmaması, Ərizəçinin iddia edildiyi kimi hansı səbəb(lər)ə görə ünvansız uca səslə nalayiq ifadələr işlətməsi araşdırılmamışdır. Digər tərəfdən məhkəmə qərarında Ərizəçinin məhkəmə araşdırması zamanı etirafedici izahat verdiyi yaxud onun polis bölməsində alınmış izahatına istinad etdiyi aydın şəkildə göstərilməmişdir. Ərizəçi fərdi əməklə məşğul olan gənc bir şəxsdir. Həbsindən bir neçə gün öncə, təxminən ##.##.2026-cı il tarixdə işlədiyi zaman yıxılaraq sağ qolunu sındırmış, Sabunçu xəstəxanasına müraciət etmiş və onun qoluna “gips” qoyulmuş, hazırda da sağ qolu gipsdədir. Bu halın məhkəmə tərəfindən müşahidə edilməməsi mümkün deyil. Lakin məhkəmə qərarında şəxsin sağ qolunun “gips”də olması faktı qeydə alınmamaqla ümumiyyətlə bu vəziyyətdə olan bir şəxsin qaçmağa cəhd göstərərək tabesizlik etməsinin mümükünlüyü əsaslandırılmamışdır. Bu xüsusda məhkəmə Ərizəçinin inzibati xəta törətməsi ilə bağlı etirafedici izahatının könüllü yaxud məcbur edilərək verildiyini yoxlamalı və araşdırmalı olsa da, bunu etməmişdir. İş materiallarından görünür ki, Ərizəçi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X1 küçəsi, döngə 5, ev 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Qeyd edilən ünvanla Ərizəçinin güya ünvansız nalayiq ifadələr işlətdiyi Kürdəxanı qəsəbəsi, Ləhiş bağları arasında ən azından 3 km məsafə vardır. Ailə üzvlərinin verdiyi məlumat ondan ibarətdir ki, onun Ləhiş bağlarına getməsi üçün ümumiyyətlə səbəbi olmamış və o, ##.##.2026-cı il tarixdə evdən saat 11.30-12.00 radələrində sağ qoluna yerləşdirilmiş “gips”in sıxılması üçün Sabunçu xəstəxanasına getmək üçün çıxmışdır. Bu məsələ ilə bağlı həkim də Ərizəçiyə zəng edərək onu xəstəxanaya dəvət etmişdir. Sabunçu xəstəxanası isə Ləhiş bağları istiqamətində yox, tamamilə əks istiqamətdə yerləşir. Ərizəçiyə tutulduğu andan ailəsinə məlumat verməsinə imkan verilməyib. Ərizəçi bildirir ki, ona heç bir hüququ izah edilməyib. Ailəsinə zəng edib xəbər verməyə imkan verilməyib. İttiham edildiyi inzibati xətanı törətməsi qurama işdir. Məhkəmə Ərizəçinin müdafiə hüququnu pozub. Onu müdafiəsinə hazırlaşmaq üçün ağlabatan vaxt verməyib, vəkillə təmin olunma təklifi edilməyib və müdafiəçi olmadan tələsik məhkəmə prosesi keçirilib. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tibbi müayinədən keçirilsin və onun sağ qolunda sınığın olubolmaması müəyyən edilsin; - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istifadəsində olan *** *** ** ** mobil telefon nömrəsi üzrə ##.##.2026-cı il tarixdə saat 11.00-dan 13.00-a qədər olan müddət ərzində daxil olan və çıxan zənglər müəyyənləşdirilməklə antenn dairə məlumatları əldə edilsin; - Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin polis sahə inspektoru, R İslamov Elmir Cəlil oğlu və Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili R X2 mobil telefon nömrələri müəyyən edilməklə onların ##.##.2026cı il tarixdə saat 11.00-dan 13.00-a qədər olan müddət ərzində daxil olan və çıxan zənglər müəyyənləşdirilməklə antenn dairə məlumatları əldə edilsin; - Ərizəçinin polis tərəfindən saxlandığı iddia edilən ərazidə təhlükəsizlik və müşahidə kameralarının olub-olmadığı müəyyən edilsin, olduğu halda həmin kameraların görüntüləri əldə edilərək tədqiq olunsun. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı video-əlaqə vasitəsilə məhkəmə prosesinə qoşulan müdafiəçi Vəkil apellyasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş ## ##### 2026-cı il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə saat 11:00 radələrində Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında küçədə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş ## ##### 2026-cı il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə saat 11:00 radələrində ictimai qaydanı pozduğu zaman polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyib qaçmağa cəhd göstərib tabesizlik etmiş, bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, R Hacı Əliyev tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixdə tərtib edilmiş raportdan görünür ki, ## ##### 2026-cı il tarixdə saat 11:00 radələrində inzibati ərazidə xidmətdə olarkən Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında olan zaman bir nəfər şəxs uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini görmüş, həmin şəxsə yaxınlaşıb özünü təqdim edib, etmiş olduğu inzibati pozuntunu izah edərək inzibati xəta törətdiyini bildirmişdir. Həmin şəxs hərəkətini davam etdirdiyi üçün ona yaxınlaşaraq qolundan tutub sakitləşdirmək istədikdə əlini ondan çəkərək polisin qanuni tələbinə qəsdən tabe olamayarq iri addımlarla uzaqlaşıb qaçmağa cəhd etmişdir. Onu saxlayıb 15-ci Polis Şöbəsinə təmin etmişdirlər. PŞdə məlum oldu ki, həmin şəxs ##.##.2006-cı il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdur; Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, ## ##### 2026-cı il tarixdə Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında küçədə telefonla danışan zaman iki mülki formada polis əməkdaşı ona yaxınlaşıb bildirmişdilər ki, küçədə nalayiq ifadələr işlətdiyinə görə onlarla polis şöbəsinə getməlidir. O həyəcanlanıb qaçmışdır. Onlar onu saxlayıb polis şöbəsinə gətimişdirlər. İnzibati xəta haqqında protokolda qeyd edilən xətaları törətdiyini, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş ## ##### 2026-cı il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs etirafedici izahatı, şahidin izahatı və iş materillarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iş materiallarında toplanmış sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi heç bir şübhə doğurmayan həmin sübutlar (inzibati xəta haqqında protokollar və həmin protokolların məzmunu ilə uzlaşan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində özünü təqsirli bilərək verdiyi etirafedici ifadəsi ) əsasında birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri düzgün tövsif edilmişdir. Buna görə də məhkəmə həmin sübutlara üstünlük verərək, habelə müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətindən də göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ##.##.2026-cı il tarixdə saat 11.00-da inzibati xətanın törədilməsi istinad olunan ərazidə olub-olmaması, saxlanıldığı zaman polisdən qaçmaq və ya qaçmağa cəhd üçün fiziki imkanlarının olub-olmaması, eləcə də ərizəçinin inzibati xəta törətməsi ilə bağlı etirafedici izahatının könüllü və ya məcburiyyət təsiri altında verilməsi və,s dəlilləri təsdiq edən hər hansı əsaslı sübutun məhkəməyə təqdim olunmadan yalnız ehtimallar üzərində qurulmasını nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalaın törədilməsi qənaətinə gəlir və müdafiə tərəfinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tibbi müayinədən keçirilməsi, onun anten-dairə məlumatlarının əldə olunması və digər vəsatətlərinin əsassız olduğundan təmin edilməsini məqsədəuyğun hesab etmir. Bundan başqa, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən inzibati xətanın xarakterini, onun şəxsiyyətini düzgün olaraq nəzərə almış, o cümlədən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən etmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq 15 (on beş) gün müddətinə inzibati həbs növündə əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli inzibati tənbeh təyin etmişdir. Buna görə də məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbirinin dəyişdirilməsi üçün hər hansı müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinin tələbinə uyğun olaraq 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1381/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1381/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver