Məhkəmə qərarları › İş №3(3-6)-1382/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1382/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1382/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimi Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Şikayət vermiş şəxs X5 nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından şikayət vermiş şəxs X5 nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) və Qərarından şikayət verilən orqan tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materialdan müəyyən edilir ki, X5 nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə şikayət qismən təmin edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarından şikayət vermiş şəxs X5 nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarının qismən (iş yenidən baxılması üçün həmin quruma göndərilsin - hissəsində) ləğv edilməsi, qərarın qalan hissəsi qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, işdə mövcud olan sübut bazası tam idi və yekun qərar üçün kifayət edirdi. İnzibati tənbeh qərarı (AYN_1845366): ##.##.2025-ci il tarixli, 20 manat cərimə. AYNA-nın cavabı (##.##.2026): Şikayəti rədd etmiş, "ödənişin həyata keçirilməməsi" əsasına istinad etmişdir. Cərimə aktından 7 dəqiqə əvvəl — saat 14:31-də — AzParking-ə 0.40 AZN ödəniş edilmişdir. Ödənişin mövcudluğu AzParking tərəfindən rəsmən təsdiqlənmişdir. Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsinin mülkiyyətçisi kimi istifadəçisidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ##.##.2026 tarixli 3-27/2-A-1363/1- **/****/**** saylı məktubu - Bu məktuba əsasən Hətda Nazirlik belə elə düşünür ki, AYNA düz qərara gəlib. Başqa sözlə desək işin yenidən baxılması üçün göndərilməsi heç nəyi dəyişdirəsi deyil. AYNA ##.##.**** saylı *-**-***/*-A-****/*-**/****/**** saylı məktubu - İşlə əlaqədar AR DİN verdiyim şikayət belə baxılması üçün AYNA yollanılmış və AYNA yenidən eyni mövqeyin göstərmişdir. Başqa sözlə desək məhkəmənin işin yenidən baxılması üçün göndərilməsinin nə hüquqi, nədə mahiyyəti üzrə heç bir əhəmiyyəti yoxdur. AYNA öz mövqeyini müdafiə etmək üçün belə məhkəməyə gəlmədi. Bu özlüyündə onun arqumentlərinin zəifliyini nümayiş etdirir. Belə şəraitdə hakim mövcud sübutlara — bank çıxarışına, AzParking yazılı təsdiqinə, inzibati tənbeh qərarına — əsaslanaraq mahiyyəti üzrə qərar çıxarmalıydı. İşi əlavə araşdırma üçün AYNA-ya göndərmək iştirak etməyən cavabdehi faktiki olaraq mükafatlandırmadır. Hətda məhkəmə özü də öz qərarında yazır ki, “Qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.” Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarından Qərarından şikayət verilən orqan apellyasiya şikayəti verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarını ləğv edilməsini və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Sözügedən qərardan aydın olur ki, məhkəmə heç bir tutarlı əsaslar göstərmədən AYNA- nın ## ###### 2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv etmişdir və əssasız yerə yenidən araşdırmaya göngərmişdir. AYNA-nın ## ###### 2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarında hər hansısa bir mübahisəli və ya aydın olmayan məqam mövcud deyil. Məhkəmənin qərarı sadəcə düzgün araşdırma aparılmamasının nəticəsidir. məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada AYNA- ya heç bir məlumat göndərilməmişdir və ya göndərilməsinə dair hər hansı bir təsdiq edici məlumatlar qeyd edilməmişdir.Bu da AYNA-nın nümayəndələrinin məhkəmədə iştirak etmək və iş üzrə sübutların təqdim edilməsinə dair imkan olmamasına səbəb olmuşdur. Əlavə olaraq X6 və ya onun nümayəndəsinin Qərardan şikayət verən orqan (şəxs) şikayət etmək hüquqilə bağlı müddətin ötürülüb və ötürülməməsinə məhkəmə qərarında münasibət bildirilməmişdir. Nəzərə alsaq ki, şikayət AYNA-nın ## ###### 2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarıilə bağlıdır. Yəni artıq xəta vaxtından məhkəmə iclasına qədər 2 aydan artıq vaxt keçmiş olur. X4, idarə etdiyi “TOYOTA COROLLA CROSS HİBRİD MİNİK” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Fəxrəddin Musayev küçəsində yerləşən ***** nömrəli parklanma məntəqəsində parklanma qaydalarını pozaraq, nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına görə İnzibati Xətalar Məcələsinin (İXM) 346-1.1-ci maddəsilə cərimə edilmişdir. Xətanın törədilməsi inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdə də göründüyü kimi təsdiq olunur. Şikayətçi ərizəsində bildirir ki, onun iki avtonəqliyyat vasitəsi var və həmin gün “Azparking” mobil proqramında texniki səhvliklə digər avtomobilini parklanmış kimi qeyd etmişdir. Həmin gün qeyd olunan avtomobili o, idarə etmiş, lakin sonuncu etibarnamə həyat yoldaşı X5 adına olduğu üçün cərimə sonuncuya yazılmışdır. Bu səbəblərə əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edilmişdir. İlk öncə bildirmək istərdik ki, Qanunvericiliyik qeyd olunan halları tənzimləyir və bu barədə artıq oturuşmuş məhkəmə təcürbəsi mövcuddur. Qeyd edilməsi vacibdir ki, İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası İXM-nin 38.6, 122 maddələrində əks olunmuşdur. X4, nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) şikayətində digər nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını parklanma məntəqəsində qeyd etmişdir. Bildiririk ki, məhkəməyə verilmiş sübutlardanda göründüyü kimi, X9 Musayev küçəsində yerləşən ***** nömrəli parklanma məntəqəsində “TOYOTA COROLLA CROSS HİBRİD MİNİK” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini parklanma qaydalarını pozaraq saxlamışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarının qismən (iş yenidən baxılması üçün həmin quruma göndərilsin - hissəsində) ləğv edilməsi, qərarın qalan hissəsi qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1 apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qəbul edilməsini, şikayət vermiş şəxs X5 nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayətlər təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 ##.##.2025-ci il tarixdə, saat 14:38-də “TOYOTA COROLLA CROSS HİBRİD MİNİK” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və SMS vasitəsilə parklanma müddətinin başladılmamasına görə Azərbaycan Respublikasının İXM-nin 346-1.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2016-cı il tarixli *** nömrəli Fərmanının 5.33-2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə xxxx baxır. Azərbaycan Respublikası Prezidentinin İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı haqqında ## ###### 2017-ci il tarixli **** nömrəli Fərmanının 17.0-cı bəndinə əsasən xxxx adından Məcəllənin 319.1-ci, 320.1-ci və 322.0.3–322.0.6-cı maddələrində (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə), 346-1.1-ci, 346-1.5-ci və 350.2-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində), habelə iş üzrə icraat Agentliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1-ci və 322.0.7-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya və taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə), 346-cı, 346-1.2 – 346-1.4cü, 352.0.2-ci, 354.0.1-ci, 354.0.4-cü, 354.0.5-ci və 354.0.8-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - İdarə Heyətinin sədri, onun müavinləri, Aparat rəhbəri və şöbə müdirləri. Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi İXM-in 346-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı şəhərinin inzibati ərazisində xxxxnə həvalə edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin ## ##### 2023-cü il tarixli **** nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki AYNA Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “xxxx” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Həmçinin məhkəmə qeyd etmişdir ki İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, ##.##.2025-ci il tarixli, AYN ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri ətraflı araşdırıb, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək və işin baxılması üçün həmin quruma göndərilməsinə dair gəldiyi nəticə ilə razılaşır. Beləliklə, qanunun sadalanan tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya qaydasında verilmiş şikayətlər təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Şikayət vermiş şəxs X5 nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) və Qərarından şikayət verilən orqan tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı verilmiş şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar