Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1384/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi nümayəndə1, “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakları ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından MMC-nin direktoru X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC 15000.00 ABŞ dolları məbləğində vəsaiti Bank hesabından ## ###### 2024-cü il tarixdə avans olaraq Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 (iki) il müddət keçsə də, 15000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış və bununla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. “xxxx” MMC-nin barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli EP № ******* saylı inzibati xəta haqqından protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim A.Q.Ibadzadə) ## #### 2026-cı il tarixli qərarından görünür ki, “xxxx” MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş 15000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 3000.00 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə ilə tənbeh edilmişdir. Qərardan, “xxxx” MMC-nin direktoru X2 apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, «xxxx» MMC tərəfindən gömrük bəyannaməsi, məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə yekunda qərar qəbul edərkən təqdim edilmiş həmin sübutları göstərməmiş və yekunda onları nəzərə almamışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin "xxxx" ASC-de olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş 15000,00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan mallar ##.##.2024-cü il tarixli ************** nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək ölkəyə idxal olunmuşdur. Məhkəmə iclasında, hüquqi şəxsin nümayəndəsi X1, şikayəti müdafiə edərək, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürmüş, 15000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların vaxtında ölkəyə idxal olunduğunu təsdiq edən bank sənədini məhkəməyə təqdim etmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, Mərkəzi Bankın nümayəndəsi nümayəndə1, təqdim olunmuş bank sənədinə əsasən malların idxal olunduğunun nəzərə alınaraq, şikayətin təmin olunmasına etirazın olmadığı bildirmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instaniyası məhkəməsi şikayəti inzibati iş üzrə toplanmış və əlavə təqdim olunmuş icraat materialları ilə əlaqəli şəkildə araşdırıb tərəflərin çıxışlarını nəzərə alaraq qeyd edir ki, şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instaniyası məhkəməsində, "xxxx" ASC-dən verilmiş məktubla, “xxxx” MMC tərəfindən 15000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunduğu təsdiq olunmuş və Mərkəzi Bankın nümayəndəsi də qarşı tərəfin təqdim etdiyi sübutla razılaşmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci madəsinin tələbinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, apellyasiya instaniyası məhkəməsi iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-yə münasibətdə inzibati xəta hadisəsi müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53, 128, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq apellyasiya Instaniyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilsin. “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Inzibati xəta hadisəsi olmadığından, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol əsasında, “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1384/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1384/2026
21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver