Məhkəmə qərarları › İş №3(3-6)-1386/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1386/2026

21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1386/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclasının katibi X2, səlahiyyətli orqan Qərarından şikayət verilən orqan nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.1-1-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar vəsatət ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına əsasən Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə müddətin bərpası barədə vəsatət əlavə etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə müddətinin bərpa edilməsi barədə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli AYN ******* saylı nzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, səlahiyətli orqan inzibati tənbeh vermə haqqında qərarı vaxtında ona təqdim etməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan Qərarından şikayət verilən orqan nümayəndəsi X1 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımı qaydada məlumat verilməsinə baxmayaraq Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasının tərəf iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericilik şəxsə hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat vermiş, barəsində çıxarılmış hər hansı məhkəmə aktından narazı qaldığı təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətlər ərzində onu mübahisələndirmək, işinə yuxarı istansiya məhkəməsi tərəfindən yenidən baxılmasını imkanını tanımış, üzürlü səbəblər olduqda isə hətta qanunvericiliklə nəzərdə tutulmuş müddətlər ötürülmüş olsa belə onların bərpasını nəzərdə tutmuşdur. Iş materiallarından görünür ki, Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.1-1-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə edilmişdir. Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı onun kabinetinə yerləşdirilmiş və Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə “SMS” vasitəsilə ##.##.2026-cı il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın mövcudluğunu müəyyən etmiş, bunu Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə təqdim etdiyi sms məlumatlarında təsdiq etmişdir. Iş materiallarından da göründüyü kimi, qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən üzrsüz səbəbdən 2 aya yaxın müddət keçmiş və şikayətçi bu müddət ərzində şikayət vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Belə olduğu halda, birinci instansiya məhkəməsi buraxılmış müddətin bərpa edilməməsinə dair vəsatəti təmin etməməklə haqlı olmuşdır. Beləliklə, məhkəmə Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli AYN ******* saylı nzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verilmiş apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar