Məhkəmə qərarları › İş №3(3-6)-1388/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1388/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1388/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqından iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra – Qərardan şikayət verən orqan (şəxs)) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhər Baş Polis İdarəsinin DPYP-nin (bundan sonra - səlahiyyətli orqan) qəbul etdiyi ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarix, saat 09:05-də Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ünvanında “Hyundai Santafe minik” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra – həmin avtomobil) 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etdirməsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, o, həmin avtomobili idarə edərkən inzibati xətanın törədildiyi iddia edilən ünvanda ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına qırıq-qırıq xətlər olan hissədən daxil olaraq sağa dönmə əməliyyatı etmiş, bununla da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 5.9, 5.10.1-5.10.3-cü maddələrinin tələbləri pozmamışdır. Bundan başqa, inzibati xəta hadisəsinin ## ###### 2026-cı il tarixdə törədildiyi iddia edilsə də, barəsində inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-in 38.6-cı maddəsinin tələbləri pozulmaqla, ## ###### 2026-cı il tarixdə qəbul edilmişdir. Apellyasiya məhkəməsi iclasına tərəflər vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Qərardan şikayət verən orqan (şəxs) və səlahiyyətli orqanın nümayəndəsi gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48.IV maddəsinə əsasən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş materialları ilə Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarix, saat 09:05-də “Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti” ünvanında idarə etdiyi “Hyundai Santafe minik” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətini ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağın başlanmasından sonra da sonunadək davam etdirməsi və səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərar əsasında onun əməkdaşı tərəfindən göstərilən hadisəyə görə Qərardan şikayət verən orqan (şəxs) barəsində İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun əməlin törədildiyi ## ###### 2026-cı il tarixdə tərtib edilməsi müəyyən edildiyinə görə iş üzrə səlahiyyətli orqanın və birinci instansiya məhkəməsinin qəbul etdikləri qərarlar qanuni və əsaslıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar