Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1390/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil İzafət oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kiçik müəssisələrin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərarından AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini, R Sarxan Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, ##.##.2026-cı il tarixdə saat 15:00-da ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ƏLTMM daxili nəzarət proqramı tam tətbiq edilməyib, məsul şəxs təyin edilməyib, bu barədə MMX-yə və DVX-nə məlumat verilməyib, DVX tərəfindən göndərilən sorğulara cavab verilməyib, tələb olunan məlumat və sənədlər saxlanılmayıb. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR İXMnin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini, R Sarxan Məmmədov apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2025-ci il tarixli **************** nömrəli Qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) adlı nəzarət subyektində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il il tarixədək olan dövr üzrə növbədənkənar səyyar yoxlama aparılmışdır. Yoxlama zamanı İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusu aşkar edilməklə nəticəsi barədə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı tarixli qərarı ilə aşağıdakı əsaslara görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 598.7ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarında qeyd edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri sübut olunmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, müəssisə tərəfindən Qanunun 3.1-ci maddəsində qeyd edilən əməliyyatların heç biri həyata keçirilməmiş, müəssisənin fəaliyyətinin yalnız müştərilərin təqdim etdiyi məlumatların (rəqəmlərin) elektron sistem vasitəsi ilə vergi orqanına təqdim olunması ilə məhdudlaşdığı müəyyən edilmiş və buna görə də İXM-in 598.7-ci maddəsinin tələbləri bu müəssisəyə şamil edilməmişdir. Məhkəmə qərarının bu dəlilinə münasibətdə bildirir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədi ilə növbədənkənar səyyar yoxlaması aparılmışdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC faktiki olaraq mühasibat uçotu üzrə məsləhətlər fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 2023-cü, 2024-cü və 2025-ci illər üzrə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələbləri pozularaq məsul şəxs təyin edilməsi barədə əmrin bir surəti Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində məsul şəxsin təyin edilməsinə dair əmrin bir surətinin Maliyyə Monitorinqi Xidmətinə təqdim olunub-olunmaması barədə Maliyyə monitorinqi şöbəsinə ##.##.2025-ci il tarixli **************** nömrəli məktubla müraciət edilmiş və Maliyyə monitorinqi şöbəsi tərəfindən daxil olmuş cavab məktubunda sorğuda qeyd edilənlərlə bağlı qeydiyyatın olmadığı bildirilmiş, həmçinin məsul şəxs təyin edilməsi barədə qərarın bir surətinin Maliyyə Monitorinqi Xidmətinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilmədiyi müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun və “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin ## ###### 2023-cü il tarixli №*-21-28/3-6-6/2023 Qərarının tələbləri pozulmuşdur. Belə ki, “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin ## ###### 2023-cü il tarixli №*-21-28/3-6-6/2023 Qərarının 3.2.1ci bəndinə əsasən Öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində Maliyyə Monitorinqi Xidmətinə və nəzarət orqanına verilməlidir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun və “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin ## ###### 2023-cü il tarixli №*-21-28/3-6-6/2023 Qərarının tələbləri pozulmuşdur. Həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı tarixli qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 3.1.2.1 – 3.1.2.4-cü maddəsində qeyd edilən əməliyyatlar aparılmadığı üçün qeyd edilən Qanunun tələblərinin pozulmadığı qənaətinə gəlməsi həm də ona görə əsassız hesab edilməlidir ki, bu əməllər formal tərkibli xətadır. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan, yəni “UĞURS KONSALTİNQ” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alındığı andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün qeyd edilən hallar, müəssisənin direktoru tərəfindən Qanunun 3.1-ci maddəsində qeyd edilən əməliyyatların heç birinin həyata keçirilməməsi və buna görə də İXM-in 598.7-ci maddəsinin tələblərinin müəssisənin direktoruna şamil edilməməsi əsas sayıla bilməz. Apellyasiya baxışı zamanı iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kiçik müəssisələrin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi X1 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil İzafət oğlu apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X2 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini, R Sarxan Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmaqıda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 598.7-ci maddəsinə əsasən, bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” AR Qanununun 1.1.7-ci maddəsinə əsasən, öhdəlik daşıyan şəxslər – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, qanunun tələbləri kazino oyunlarının təşkilatçıları və operatorları istisna olmaqla, digər qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur: rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda; notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə: daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, ##.##.2026-cı il tarixdə saat 15:00-da ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ƏLTMM daxili nəzarət proqramı tam tətbiq edilməyib, məsul şəxs təyin edilməyib, bu barədə MMX-yə və DVX-nə məlumat verilməyib, DVX tərəfindən göndərilən sorğulara cavab verilməyib, tələb olunan məlumat və sənədlər saxlanılmayıb. ##.##.2026-cı il tarixli **************** nömrəli “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” aktdan müəyyən edilir ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2025-ci il tarixli **************** nömrəli qərarına əsasən Lokal Gəlirlər Baş İdarəsinin vergi auditi idarəsinin küçik müəssisələrinin audit şöbəsinin əməkdaşı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” AR Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üzrə səyyar yoxlama aparılmışdır. ##.##.2026-cı il tarixli **************** nömrəli “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” aktının nəticə hissəsində göstərilmişdir ki, ##.##.2026-cı il tarixli MN******* nömrəli və ##.##.2026-cı il tarixli MN******* nömrəli protokollara əsasən, məsul şəxs təyin edilməsi barədə qərarın bir surəti Maliyyə monitorinqi xidmətinə təqdim edilmədiyinə görə “UĞURS KONSALTİNQ” MMC və onun rəhbəri X2 AR İXM-nin 598.7- ci maddəsinin tələblərini pozmuşdur. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli **************** nömrəli qərar və eynitarixli çıxarışdan müəyyən edilir ki, xxxx” MMC-də oktyabr 2023-noyabr 2025 dövrlərini əhatə edən yoxlamanın keçirilməsi, müddətinin 30 gün müəyyən edilməsi nəzərdə tutulmuşdur. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **************** nömrəli, ##.##.2025-ci il tarixli tələbnamədən müəyyən edilir ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən müvafiq sənədlərin 15 iş günü ərzində yəni, ##.##.2026-cı il tarixədək təqdim olunmasını tələb etmişdir. Maliyyə monitorinqi şöbəsinin rəisi, R Orxan Abdinov tərəfindən DVX-nə ünvanlanan ##.##.2026-cı il tarixli, **************** nömrəli cavab məktubundan müəyyən edilir ki, sorğuda qeyd olunan 3 hüquqi şəxlərdən (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC, “xxxx” MMC, “xxxx” MMC, “El İnvest” MMC və “xxxx” MMC) yalnız “El İnvest” MMC Maliyyə Monitorinqi Xidmətinin “X8 Sistemində” ##.##.2026-cı il tarixdə qeydiyyatdan keçmişdir. ##.##.2026-cı il tarixli, **************** nömrəli protokol üzrə təqdim edilmiş sənədlərin siyahısından müəyyən edilir ki, 3 vərəqdən ibarət “direktorun əmri və şəxsiyyət vəsiqəsinin surəti”, 2 vərəqdən ibarət “nizamnamə”, 205 vərəqdən ibarət “müqavilələr” Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən götürülmüşdür. ##.##.2022-ci il tarixli ** nömrəli, ##.##.2022-ci il tarixli ** nömrəli, ##.##.2023- cü il tarixli ** nömrəli, ##.##.2023-cü il tarixli ** nömrəli, ##.##.2024-cü il tarixli ** nömrəli, ##.##.2024-cü il tarixli ** nömrəli, ##.##.2025-ci il tarixli **/**** nömrəli, ##.##.2025-ci il tarixli **/**** nömrəli və ##.##.2025-ci il tarixli **/**** nömrəli “Maliyyə uçotunun və vergi uçotunun təşkili ilə bağlı məsləhət və dəstək xidmətlərinin göstərilməsi haqqında” müqavilələrdən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC “Sifarişçi” ilə maliyyə uçotunun və vergi uçotunun mövcud qanunvericiliyə, beynəlxalq mühasibat uçotu standartlarına uyğun təşkil edilməsi, bu sahədə avtomatlaşdırılmış proqram təminatının tətbiqi ilə bağlı məsləhət və praktiki dəstək xidmətlərinin göstərilməsinin sifariş verilməsi, müqavilə üzrə razılaşdırılmış xidmət haqqının ödənilməsi, maliyyə uçotunun və vergi uçotunun avtomatlaşdırılmış proqram təminatı vasitəsilə təşkil edilməsi ilə bağlı mövcud qanunvericilik və digər normativ hüquqi sənədlərə uyğun məslət və praktiki xidmətlərin göstərilməsinə dair müqavilələr bağlamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qərarından müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində AR İXM-nin 598.7-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarından müəyyən edilir ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, barəsində protokol tərtib edilən hüquqi şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamış, barəsində protokol tərtib edilən şəxsin inzibati xətanın subyekti olması, inzibati məsuliyyətə cəlb olunması məsələsi araşdırılmamışdır. Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” ## ###### 2026-cı il tarixli **************** nömrəli aktından, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Nizamnaməsindən, xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələrin məzmunundan və işdə olan digər sənədlərdən göründüyü kimi, ‘xxxx” MMC faktiki olaraq mühasibat uçotunun təşkili ilə bağlı məsləhət xidməti (baş vermiş təsərrüfat əməliyyatlarının avtomatlaşdırılmış proqram təminatı vasitəsilə maliyyə və vergi uçotunda əks etdirilməsinə dəstək və məsləhət xidməti) fəaliyyəti ilə məşğul olur. Məhkəmə həmçinin qeyd etmişdir ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində həmin Qanunun tətbiq edildiyi peşə sahibləri müəyyən edilmişdir, belə ki, Qanunun 3.1.2-ci maddəsinə əsas notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil daşınmaz əmlakın alqısatqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının cigər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarını apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə qanunun tələbləri bu şəxslər üçün məcburidir. Hansı ki, ‘xxxx” MMC-nin vergi ödəyiciləri ilə bağladığı müqavilələrdə istinad edilən Qanunun 3.1.2-ci maddəsində dairəsi konkret göstərilən daşınmaz əmlakın alğı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pı bitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylanın satqısı əməliyyatlarının aparılması və ya bu cür əməliyyatların aparılmasında iştirakı ilə bağlı hər hansı vəzifə və öhdəlikləri nəzərdə tutulmamış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC xidmət göstərdiyi vergi ödəyicilərinin bu kimi əməliyyatlarının aparılmasında faktiki olaraq iştirak etməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini, R Sarxan Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini, R Sarxan Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1390/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1390/2026
19.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver