Məhkəmə qərarları › İş №3(3-6)-1391/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1391/2026

20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1391/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Protokol tərtib edən orqanlar nümayəndəsi nümayəndə2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Protokol tərtib edən orqanlar ## ##### 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “xxxx” MMC 32500 ABŞ dolları məbləğində vəsaiti ## #### 2023cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 32500 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə “xxxx” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 32500 ABŞ dollarının 20 faizi, yəni 6500 ABŞ dolları məbləğində cərimə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əslində müqavilədə göstərilən mallar vaxtında ölkəyə idxal edilmiş, lakin məlum olmayan səbəblərə görə Mərkəzi Bankın bundan xəbəri olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatları olmadığı üçün, məhkəmə iclasında iştirak edə bilməmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin məhkəmədə iştirakı təmin edilmədiyindən zəruri sənədləri məhkəməyə təqdim etmək imkanından, məhkəmədə öz hüquq və mənafelərini müdafiə etmək imkanından məhrum olunmuş və sübutları məhkəməyə təqdim edə bilməmişlər. Müvafiq sənədlər məhkəməyə təqdim edildikdə əməllərində ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın pozulması və beləliklə də İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibatı xəta aşkar edilmədiyi bəlli olacaq. Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək müvafiq sənədlərin banka təqdim edildiyini, bank tərəfindən qəbul edilərək təsdiq edildiyini bildirib apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib edən orqanlar nümayəndəsi çıxış edərək şikayət əsaslı olduğundan təmin edilməsinə etiraz etmədiyini, müvafiq sənədlərin həqiqətən sonradan təqdim olunduğunu və hər hansı uyğunsuzluq müəyyən edilmədiyini bildirdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri dinləyib məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ləğv edilməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin olması qənaətinə gəlməkdə və bu əsasla inzibati xəta haqqında iş üzrə hüquqi şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ## ###### 2022-ci il tarixli köçürmə sənədindən görünür ki, “SHANDONG TOBEE İNTERNATİONAL TRADE CO LTD” şirkəti ilə “xxxx” MMC arasında bağlanmış ## ######## 2022-ci il tarixli TBWXF******** nömrəli müqavilə üzrə “xxxx” MMC tərəfindən “SHANDONG TOBEE İNTERNATİONAL TRADE CO LTD” şirkətinin hesabına 32500 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq bəyan edilməyən 32500 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankın ## ###### 2016-cı il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə tərəflərin iştirakı olmadan baxmış və kifayət qədər araşdırma aparılmadan yekun qənaətə gəlinmişdir. Belə ki, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlər əsasında şikayətdə göstərdiyi dəlillər öz təsdiqini tapmış və hazırkı iş üzrə inzibati xəta tərkibinin olmaması müəyyən olunmuşdur. Belə ki, ## ###### 2023-cü il tarixli ************** nömrəli və eyni tarixli ************** nömrəli gömrük bəyannaməsindən görünür ki, hazırkı iş üzrə xaricə köçürülmüş vəsait hesabına alınmış mallar 2 il müddət keçmədən – hətta qarşılıqlı razılaşmaya uyğun olaraq ödənişlərin tam edilməsindən öncə ölkəyə idxal edilmişdir. Təqdim edilmiş məktublardan görünür ki, gömrük bəyannamələrinə əsasən mallar bəyan edilmişdir. İnzibati orqanın - Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi də apellyasiya baxışı zamanı məhkəmə iclasında malların ölkəyə həqiqətən idxal edildiyini, hər hansı uyğunsuzluq olmadığını təsdiq etdi. Beləliklə, işin hallarından göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 32500 ABŞ dolları məbləğində maliyyə vəsaiti köçürülmüş və həmin ödəniş üzrə mallar qanunla müəyyən olunmuş 02 (iki) il müddət keçmədən ölkəyə idxal edilmiş və belə olan halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə istinad olunan inzibati xəta hadisəsi baş verməmiş hesab edilməlidir. Bu da öz növbəsində hazırkı iş üzrə inzibati xəta hadisəsinin baş verməməsinə dəlalət edir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ləğv edilməli, Protokol tərtib edən orqanlar tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli EP ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)- ****/**** saylı qərarı ləğv edilsin. Protokol tərtib edən orqanlar tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş ## ##### 2025-ci il tarixli EP ******* nömrəli protokol üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar