Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1392/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştirakları ilə, Müəyyən etdim: Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsMəhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı hüquq normalarının kobud pozulması ilə qəbul edilmiş, iş üzrə bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu səbəbdən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. “Hangmao Enterprise Limited şirkəti” ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında ## ###### 2023-cü il tarixdə HM******** nömrəli müqavilə, ## ###### 2024-cü il tarixdə HM******** nömrəli müqavilə, ## ###### 2024-cü il tarixdə HN******** nömrəli müqavilə və ## ##### 2024-cü il tarixdə isə HM******** nömrəli müqavilə bağlanılmışdır. Ümumilikdə ## ###### 2024-cü il tarixdə HM******** nömrəli müqavilə üzrə 53,399.50 USD, ## ###### 2024-cü il tarixdə HM******** nömrəli müqavilə üzre 22,885.50 USD, ## ###### 2024-cü il tarixdə və ## ###### 2024-cü il tarixdə hər biri 47,378.50 USD olmaqla HM******** nömrəli müqavilə üzrə 94,757.00 USD, ## ###### 2024-cü il tarixdə HM******** nömrəli müqavilə üzrə 2756.00 USD və ## ##### 2024-cü il tarixdə HM******** nömrəli müqavilə üzrə 17,213.45 USD olmaqlar toplam 191,011.45 USD mal alışı üçün satıcıya köçürmələr edilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq həyata keçirilmiş ödənişlər əsasında satıcı tərəfindən malların göndərilməsi mərhələli şəkildə, müxtəlif tarixlərdə və müxtəlif həcmdə icra edilmişdir. Həmin idxal əməliyyatlarının hər biri üzrə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq yük gömrük bəyannamələri (YGB) tərtib olunmuş və ümumilikdə 31 (otuz bir) ədəd bəyannamə rəsmiləşdirilmişdir. Bu hal, malların faktiki olaraq ölkə ərazisinə idxal edildiyini və müqavilə öhdəliklərinin real şəkildə icra olunduğunu təsdiq edən mühüm hüquqi və maliyyə sənədləri ilə sübuta yetirilir. Lakin bəyannamələrin tərtibi və rəsmiləşdirilməsi prosesində texniki xarakterli uyğunsuzluğa yol verilmişdir. Belə ki, idxal edilən mallar faktiki olaraq bir neçə ayrı-ayrı müqavilələr əsasında gətirildiyi halda sənədləşmə zamanı yanlışlıqla bütün mallar bir müqavilə üzrə rəsmiləşdirilmiş kimi göstərilmişdir. Nəticə etibarilə, digər müqavilələr üzrə həyata keçirilmiş ödənişlərə uyğun idxal əməliyyatları sənədlərdə ayrıca əks olunmamış və bu səbəbdən həmin məbləğlər üzrə guya mal daxilolmasının baş vermədiyi görüntüsü yaranmışdır. Nəticədə, faktiki olaraq hər hansı inzibati xəta tərkibi mövcud olmadığı halda, sırf texniki və sənədləşmə səhvləri səbəbindən məlumatların uyğunlaşdırılınası mümkün olmamış və bu hal Protokol tərtib edən orqanlar tərəfindən müvafiq ödənişlərin konkret müqavilələr üzrə düzgün identifıkasiya edilərək müşayiət olunmasına maneə yaratmışdır. Qeyd olunanlardan aydın olur ki, yaranmış vəziyyət tərəflərin iradəsindən asılı olmayaraq baş vermiş texniki səhvlərin nəticəsidir və bu hal nə malların faktiki idxal edilməməsi, nə də ödənişlərin təyinatı üzrə istifadə olunmaması kimi qiymətləndirilə bilməz. Başqa sözlə, bütün yük gömrük bəyannamələrində eyni müqavilə nömrəsinin qeyd edilməsi nəticəsində 22,885.50 ABŞ dolları dəyərində olan malların konkret olaraq hansı gömrük bəyannaməsi əsasında rəsmiləşdirildiyini müəyyən etmək obyektiv olaraq mümkün olmamışdır. Belə olan halda, yaranmış texniki uyğunsuzluğun aradan qaldırılması və idxal əməliyyatlarının şəffaf şəkildə əks etdirilməsi məqsədilə, Hangmao Enterprise Limited şirkətindən idxal olunmuş ümumilikdə 191,011.45 ABŞ dolları dəyərində mallar, onların müvafiq dəyəri göstərilməklə, aşağıdakı cədvəldə bütün mövcud bəyannamələrin tarixləri və nömrələri üzrə sistemləşdirilmiş qaydada təqdim edilmişdir. Qeyd olunan cədvəl, faktiki idxal edilmiş malların ümumi həcmini və dəyərini tam şəkildə əhatə etməklə yanaşı, mövcud sənədlər əsasında mümkün olan maksimum dəqiqliklə uyğunlaşdırmanı təmin etmək məqsədi daşıyır. Müvafiq yük gömrük bəyannamələrinin surətləri isə əlavə kimi təqdim olunur. Məhkəmə iclasında Mərkəzi Bankın nümayəndəsi apellyasiya şikayətinə əlavə edilmiş arayış ilə müvafiq malların ölkəyə idxalı təsdiq ediliyindən apellyasiya şikayətinin təmin edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən sədlik edən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Işin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Protokol tərtib edən orqanlar tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, EP № ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 22885.50 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən “xxxx” ASC-də olan hesabından ## ###### 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 22885.50 ABŞ dolları vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Apellyasiya baxışı mərhələsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elektron sistemə yüklənmiş xxxx tərəfindən verilmiş arayışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC şirkəti tərəfindən ## ###### 2024-cü il tarixində həyata keçirilmiş 22885,5 USD məbləğində xarici köçürmə edilmişdir. Qeyd olunan köçürmə ## ### 2026-cı il tarixdə 01241000135144, 01241000135165, ************** nömrəli bəyannamələr ilə bağlanmışdır. Köçürmə üzrə 9112.11 USD məbləğində avans məbləği açıq qalmışdır. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin köçürdüyü valyuta vəsaitinin qarşılığında malları qanunla müəyyən edilmiş müddətdə ölkə ərazisinə idxal etmiş, yəni onun əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri mövcud olmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə hesab edirəm ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən işin faktiki halları tam, hər tərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Ona görə də göstərilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayəti təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsMəhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cıil tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Protokol tərtib edən orqanlar tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## ###### 2026-cı il tarixli, EP 0358476 il nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1392/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1392/2026
20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver