Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1393/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Azərbaycan Dövlət Su X4 Suların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti xidməti * saylı Bakı Regional Bölməsinin nümayəndəsi nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*- **)-***/**** saylı qərarından hüquqi şəxsin nümayəndəsi K.A.Məmmədov tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Dövlət Su X4 Suların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti xidməti * saylı Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş 27.01.2026cı il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2025-ci il tarixdə, ünvan 1 ünvanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun az miqdarda talanması faktının aşkar olunmasına görə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib olunmuş 27.01.2026cı il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim A.M.Əliyeva) ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan, hüquqi şəxsin nümayəndəsi X1, apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından apellyasiya qaydasında şikayətin verilməsi üçün qanunla nəzərdə tutulmuş və buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti təmin edilmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar hüquqi baxımdan əsassız olmaqla yanaşı, inzibati icraatın fundamental prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, məhkəmə iş üzrə inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan əsas şərti - qanuni yolla əldə edilmiş, mötəbər və şübhə doğurmayan sübutların mövcudluğunu təmin etməmişdir. Iş materiallarında əsas sübut kimi təqdim edilən aktlar, foto və video materiallar qanunsuz aparılmış yoxlama nəticəsində əldə edilmişdir. Inzibati orqanın nümayəndəsi tərəfindən də təsdiq olunduğu kimi, yoxlama yalnız daxili sərəncam əsasında həyata keçirilmiş, lakin qanunvericiliyin birbaşa tələb etdiyi qaydada yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin konkret olaraq qanunsuz qoşulmanı həyata keçirməsi və sudan istifadə etməsi faktı birbaşa və şübhəsiz sübutlarla təsdiq edilməmişdir. Mövcud materiallar yalnız ehtimallara və inzibati orqanın subyektiv qənaətinə əsaslanır. “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi haqqında” qanunvericiliyin tələbinə görə, sahibkarlıq subyektlərində aparılan hər bir yoxlama: əvvəlcədən vahid məlumat reyestrində qeydiyyata alınmalı, bu barədə reyestrdən çıxarış əldə edilməli, yalnız bundan sonra hüquqi qüvvəyə malik yoxlama hesab olunmalıdır. Məhkəmə iclasında, hüquqi şəxsin nümayəndəsi X1, şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin edilməməsini xahiş emişdir. Məhkəmə iclasında, inzibati orqanın nümayəndəsi nümayəndə1, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarsının çıxışlarını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun qərar qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı tətəflərin nümayəndəsinin izahatları dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə münasibətdə, ##.##.2025-ci il tarixdə, ünvan 1 ünvanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən törədilmiş inzibati xəta faktının aşkar edilməsində, ADSEA yanında Suların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti xidməti * saylı Bakı Regional Bölməsi tərəfindən toplanmış və işə əlavə olunmuş aktların, foto şəkillərin və video görüntünün qanunsuz aparılmış yoxlama nəticəsində əldə edilməsi haqqında iddiaları əsassız hesab edir. Belə ki, ##.##.2025-ci il tarixdə, ünvan 1 ünvanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun az miqdarda talanması faktının aşkar olunması zamanı, ADSEA yanında Suların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti xidməti * saylı Bakı Regional Bölməsi tərəfindən keçirilmiş baxış, “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi haqqında” qanunvericilikdə nəzərdə tutulmuş yoxlamanın keçirilməsi qaydalarını ifadə etməmişdir. Bununla bağlı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ünvan 1 ünvanda, sayğacdan kənar, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan istifadə qaydalarını pozmuşdur. Odur ki, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsində təqsirini düzgün müəyyənləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarının mübahisəsi ilə bağlı şikayətdə qeyd olunan dəlillər, iş materialları və məhkəmədə tədqiq olunmuş mümkün sübutların məcmusu, habelə qanunvericiliyinin tələbləri ilə müqayisədə təkzib olunmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin həddini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli və Azərbaycan Dövlət Su X4 Suların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti xidməti * saylı Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş 27.01.2026cı il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən, inzibati iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1393/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1393/2026
21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver