Məhkəmə qərarları › İş №3(3-6)-1395/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1395/2026

20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1395/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5.931,00 ABŞ dolları məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Protokol tərtib edən orqanlar Hüquq və təşkilati işlər departamentinin Inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X2 xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## ###### 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Mətanət Hacıyeva) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 29.655,00 ABŞ dollarının 20 faizi, yəni 5.931,00 ABŞ dolları məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati xəta haqqında icraata xilam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qərarın surəti onlara təqdim edilməmiş və işə baxılması barədə məlumatları olmamış, qərarın mövcudluğu barədə yalnız icra məmuru tərəfindən göndərilmiş SMS bildiriş vasitəsilə məlumat əldə etmişlər. Həmin qərarı rəsmi olaraq ##.##.2026-cı il tarixdə qəbul etmişlər. Birinci instansiya məhkəməsi inzibati işə baxarkən iş üzrə əhəmiyyətli olan bütün halları tam, hərtərəfli və obyektiv araşdırmaq vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə yalnız inzibati orqan tərəfindən təqdim edilmiş və iş materiallarında olan sənədlərlə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən əlavə sübutların əldə edilməsi istiqamətində heç bir prosessual tədbir görməmişdir. Iş üzrə həlledici əhəmiyyətə malik olan ## ####### 2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## ###### 2023-cü il tarixində həyata keçirilmiş 29.655 ABŞ dolları məbləğində ödəniş üzrə müvafiq “Toyota Rav 4” (Hibrid-benzin) minik markalı nəqliyyat vasitəsinin Azərbayacn Respublikasına gətirilməsi ## ####### 2023-ci il tarixində tam bəyan edilmişdir. Bu fakt inzibati xəta tərkibinin obyektiv tərəfinin mövcud olmadığını açıq şəkildə sübut edir. Lakin birinci instansiya məhkəməsi bu cür mühüm sübutun mövcudluğunu araşdırmaq üçün səlahiyyətlərindən istifadə etməmiş, bankdan rəsmi məlumatın tələb edilməsi, əlavə sənədlərin toplanması və iş materiallarına əlavə olunması istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Qeyd edilən bank məktubundan açıq şəkildə görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## ###### 2023-cü il tarixində həyata keçirilmiş 29.655 ABŞ dolları məbləğində ödəniş üzrə müvafiq “Toyota Rav 4” (Hibrid-benzin) minik markalı nəqliyyat vasitəsi gömrük bəyannamələri bank tərəfindən qəbul edilmiş və əməliyyat ## ####### 2023-cü il tarixində tam bəyan edilmişdir. Bu hal inzibati xətanın obyektiv tərəfinin mövcud olmadığını və valyuta qanunvericiliyinin pozulmadığını təsdiq edir. Belə olan halda, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi formalaşmır. Məhkəmə tərəfindən inzibati xətanın mövcudluğu sübuta yetirilmədiyi halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati cərimə tətbiq edilmişdir ki, bu da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinin tələblərinə ziddir. Həmin maddəyə əsasən, inzibati cərimə yalnız inzibati xəta törədildiyi sübuta yetirildikdə tətbiq edilə bilər. Xəta tərkibi mövcud olmadığı halda inzibati cərimənin tətbiqi yolverilməzdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- ****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Inzibati xətaya dair protokolu tərtib etmiş Protokol tərtib edən orqanlarn nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinləyərək, məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair 3(007)- ****/**** saylı, ## ######## 2025-ci il tarixli mübahisələndirilən qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Protokol tərtib edən orqanlar tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## ###### 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması ilə əlaqədar xitam verilməlidir. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ## ###### 2023-cü il tarixli köçürmə sənədindən görünür ki, “X1” şirkəti ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## #### 2023-cü il tarixli, LX********-* nömrəli müqavilə üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin tərəfindən “X1” şirkətinin hesabına 29655,00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. - ## ###### 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 29.655,00 ABŞ dolları məbləğində vəsaiti ## ###### 2023-cü il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 29.655,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tövsif olunmuşdur. Birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını, təqdim edilən sənədləri araşdıraraq qeyd edir ki, inzibati xəta haqqında materiala əlavə edilən 01231000412736, 01231000412807 və ************** saylı gömrük bəyannamələri ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənişin aparıldığı gündən iki il müddət keçməmiş həmin vəsait hesabına alınan malların ölkəyə idxal edilməsi öz təsdiqini tapmışdır. Protokol tərtib edən orqanlarn nümayəndəsi nümayəndə2 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq göstərmişdir ki, təqdim edilmiş bəyannamələr müvafiq avans ödənişinin qarşılığında malların idxalı öz təsdiqini tapdığından verilmiş apellyasiya şikayətinin təmin edilməsinə etiraz edilmir. Əlavə edilmiş 01231000412736, 01231000412807 və 01231000412785 gömrük bəyannamələri ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ilə ## ####### 2023-cü il tarixdə xaricə köçürülmüş 29.655,00 ABŞ dolları məbləğində ödənişin müqabilində mallar ölkəyə idxal olunduğundan inzibati xəta hadisəsi olmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2016-cı il tarixli 45/1 qərarı ilə təsdiq edilmiş və ## ###### 2020-cı il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X6 ## ###### 2020-ci il tarixli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə inzibati xətaya görə məsuliyyət Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə yaranır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır - 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. - 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasına dair *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Protokol tərtib edən orqanlar tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## ###### 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması ilə əlaqədar verilmiş şikayətə münasibətdə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması ilə əlaqədar xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim: Habil Məmmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar