Məhkəmə qərarları › İş №3(3-6)-1397/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1397/2026

19.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1397/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin etibarnamə üzrə nümayəndəsi nümayəndə1, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər BPI X1 Idarəsinin R X3 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, ***** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətlə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Bakı şəhər BPI X1 Idarəsinin R X3 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, ***** nömrəli inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmişdir. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materialları nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) oğlu tərəfindən şikayət vermə müddəti buraxılmışdır. Bu səbəbdən, inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalı və şikayət verən şəxsə mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli qərarına əsasən inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarını ## ##### 2026-ci il tarixdə məktuba imza etməklə rəsmi qaydada almışdır. Həmin qərardan apellyasiya şikayətini isə ## ##### 2026-cı il tarixədək deyil, ## ##### 2026-cı il tarixdə məhkəməyə təqdim etmişdir. Odur ki, hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026cı il tarixli mübahisələndirilən qərarından şikayət müddət ötürülməklə verildiyindən inzibati xəta haqqında iş üzrə toplanmış materialı birinci instansiya məhkəməsinə qaytarılmalı və Qərardan şikayət verən orqan (şəxs) mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130, və 133-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti IXM-in 130-cu maddəsinin tələbləri yerinə yetirilmədiyi üçün hərəkətsiz saxlanılsın. IXM-in 130-cu maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 10 (on) gün müddət təyin edilməklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti iş materialları ilə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Izah olunsun ki, təyin edilmiş müddət ərzində IXM-in 130-cu maddəsinin tələbləri yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti verilməmiş hesab ediləcək və baxılmamış saxlanılacaqdır. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar