Məhkəmə qərarları › İş №3(3-6)-1398/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1398/2026

22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1398/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Nizami rayon DYPŞ Yol patrul xidməti inspektoru R – X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh olunması haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından apellyasiya qaydasında verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: ## #### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 08:40-da Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində “Ford Transit” yük sərnişin markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı, bundan başqa həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından (hakim Emin Axundov) görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə zamanı yol patrul xidmətinin əməkdaşı tərəfindən hər hansı yol hərəkəti qaydasının pozulması faktı olmadan saxlanılmışdır. Nəqliyyat vasitəsini idarə etdiyi zaman yol hərəkəti qaydalarının pozulmasına dair heç bir hüquqpozma halı mövcud olmamışdır. YPX əməkdaşı tərəfindən ona “sür arxamca” göstərişi verilmiş, o da həmin göstərişə uyğun hərəkət etmişdir. Bu hal onun idarəetmə zamanı təhlükəli və ya şübhəli vəziyyətdə olmadığını təsdiq edir. YPX əməkdaşına hadisədən bir gün əvvəl 1 litr pivə qəbul etdiyini bildirmişdir. Lakin həmin halın onun nəqliyyat vasitəsini idarə etdiyi vaxt sərxoş vəziyyətdə olduğunu təsdiq edən hüquqi sübut kimi edilməsi mümkün deyil və hüquqi nəticə doğurmur. Bununla yanaşı o alkotester yoxlanılmışdır və müəyyən nəticə əldə edilmişdir. Daha sonra öz təşəbbüsü ilə tibbi müayinədən keçmiş və həmin müayinənin nəticəsinə əsasən orqanizmdə alkoqol aşkar edilməmiş, nəticə 0 promil təşkil etmişdir. Buna baxmayaraq məhkəmə tibbi müayinə nəticəsini mötəbər sübut kimi qiymətləndirməmiş, yalnız alkotester göstəricisinə əsaslanmışdır. Halbuki tibbi müayinə nəticəsi daha obyektiv və etibarlı sübut xarakteri daşıyır. İş materiallarında olan izahatı hadisə zamanı həyəcanlı və gərgin psixoloji vəziyyətdə alınmış, təlqin edilmiş ifadələr əsasında tərtib edilmişdir. Bu səbəbdən həmin izahatın tam obyektiv və könüllü verilmiş sübut kimi qiymətləndirilməsi mümkün deyil. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nizami rayon DYPŞ Yol patrul xidməti inspektoru R X2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını nəzərə alaraq qeyd edir ki, inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli Sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair qəbzdən görünür ki, həmin tarixdə, saat 08:43-də aparılmış yoxlama nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın qanında alkoqol konsentrasiyasının miqdarı 0,429 promil müəyyən edilmişdir. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli izahatından görünür ki, o, spirtli içki qəbul etdiyini səmimi etiraf edir, alkotestrin nəticəsi ilə razı olduğunu və həkim müayinəsinə ehtiyac olmadığını bildirir. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müstəqil şəkildə müayinədən keçdiyi ##.##.2026- cı il tarixdə, saat 10:45-də tərtib edilmiş, */***** nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən onun ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 333-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndində isə göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilir. 3.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, şəxsin alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmaması, qanında alkoqolun konsentrasiyasının promillə ölçülən miqdarından asılıdır və qanda alkoqolun konsentrasiyası 0,3 promil və daha artıq olduqda o, sərxoş hesab edilir və bu vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə inzibati məsuliyyətə cəlb edilə bilər. İşin faktiki hallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra xüsusi texniki vasitənin (alkotester) köməyi ilə onun sərxoş olub-olmaması yoxlanılmış, ##.##.2026-cı il tarixli alkotesterin nəticəsinə əsasən saat 08:43 radələrində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoş olması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tibbi müayinəyə getməyə ehtiyacının olmadığını bildirmiş və tətbiq edilmiş alkotesterin nəticəsi ilə razılaşmışdır. Bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz təşəbbüsü ilə tibb məntəqəsində saat 10:45-də sərxoşluq vəziyyətinin tibbi müayinəsi məqsədilə tibbi yoxlanışdan keçmiş və bununla bağlı protokolda onun alkoqol sərxoşluq vəziyyətinin olmadığı, alkoqolun qəbulu faktının aşkarlanmadığı qeyd edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, şəxsin birinci dəfə tibbi müayinədən keçərkən müəyyən olunmuş alkoqolun miqdarı 0,429 promil, yəni qanunvericilikdə şəxsin sərxoş hesab edilməsi üçün nəzərdə tutulmuş miqdardan artıq olmuş və bundan sonra şəxs naməlum şəraitdə ikinci dəfə birinci yoxlanışdan təxminən 2 saat sonra tibbi müayinədən keçmiş və müvafiq protokolda onun sərxoş olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-in 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş material əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmış və əsaslı olaraq onun İXM-in maddəsinin 333.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hal müəyyən edilməmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə almış və ona törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü olan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması tənbehini minimum həddə tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunması üçün labüd hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar