Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1399/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini S.M.Əliyev tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməsinə dair materialların yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini S.M.Əliyev tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı (hakim Mətanət Hacıyeva) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini S.M.Əliyev tərəfindən qəbul edilmiş ##.##.2025ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Qərardan narazı qalan X5 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayətin dəlilləri qismində göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon Prokurorluğu tərəfindən göndərilmiş 42 İXM-25 nömrəli iş materillarında şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli təqrirdən görünür ki, Həmidzadə Aysel İlham qızının Qərardan şikayət verən orqan (şəxs) tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçini işə cəlb etməsi barədə müraciəti əsasında araşdırmaya başlanılmışdır. İş materiallarına əlavə edilmiş Aysel Həmidzadənin ##.##.2025-ci il tarixli izahatında qeyd olunur ki, Rayon prokurorluğuna ünvanladığım ərizəmlə bağlı bildirirəm ki, Nizami rayonu Babək prospekti 101 ünvanında yerləşən avtoyuma məntəqəsini 2025-ci ilin iyun ayınadək icarə əsasında mən işlətmişdim. Məndən sonra həmin avtoyumanı Zaur Həsənovla aralarında olan razılaşmaya əsasən Orxan adlı şəxs icarəyə götürmüşdür, hazırda da avtoyuma məntəqəsini Orxan işlədir. Avtoyuma məntəqəsində 2025-ci ilin fevral ayından Rəhim adlı işçi işləyir. Həmin şəxslə Orxan arasında əmək müqaviləsi bağlanılmamışdır. Hazırda da Rəhim avtoyuma məntəqəsində yuyucu kimi işləyir, avtomobillərin yuyulması təmizlənməsi və s işləri görür. Rəhim və Orxan adlı şəxsin soyadını və s bilmirəm. Ona görə də bu barədə dəqiq məlumat verə bilmirəm. Rəhimin istifadəsində "070-809-77-97" mobil nömrəsi, Zaurun istifadəsində isə "055- 546-53-71" mobil nömrəsi vardır. İzahatımda göstərilənləri nəzərə alaraq qanunvericiliyə müvafiq qaydada tədbir görülməsini Sizdən xahiş edirəm.” İş materiallarına əlavə edilmiş Rahim Babazadənin ##.##.2025-ci il tarixli izahatında qeyd olunur ki, -“2025-ci ilin mart ayından etibarən, ümumilikdə 7 aya yaxın müddətdir ki, Bakı şəhəri Nizami rayonu, Babək prospektində yerləşən Orxan adlı şəxsin icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində yuyucu kimi işləyirəm. Mən Orxanın tabeliyində işləyirəm. İş yerim üzrə əsas vəzifəm avtomobillərin yuyulması, təmizlənməsi və s kimi işlərdən ibarətdir. Məndən başqa avtoyuma məntəqəsində Həci adlı işçimiz də var. O da Orxanın tabeliyində işləyir və onun göstərişlərini yerinə yetirir. Həci 1 aydan artıq müddətdir ki, bizim avtoyuma məntəqəsində işləyir. Onun da əsas vəzifəsi avtomobillərin yuyulması, təmizlənməsi və s kimi işlərdən ibarətdir. İş rejimimiz saat 10:00-dan axşam saat 22:00-dəkdir. Mənim bildiyim qədərilə Orxanla mənim, eləcə də Həci adlı işçimizlə Orxan arasında əmək müqaviləsi bağlanılmamışdır”. Daha sonra sual-cavab zamanı bildirmişdir ki, -“ Aysel düzgün qeyd etmişdir. Mənimlə Orxan arasında avtoyuma məntəqəsində işə cəlb edilməyimlə bağlı əmək müqaviləsi bağlanılmamışdır”. İş materiallarına əlavə edilmiş Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixli izahatında qeyd olunur ki, - “Həmidzadə Aysel İlham adlı şəxsi avtoyuma məntəqəsi işlətdiyi zaman tanımışdım. Aramızda düşmənçilik, ədavət olmamışdır. Bakı şəhəri Nizami rayonu, Babək prospekti 101 ünvanında yerləşən iki avtoyuma məntəqəsini 8 aya yaxın müddətdir ki, mən işlədirəm. Həmin avtoyuma məntəqələrindən biri şəxsən mənim özümə məxsusdur, digərini isə Zaurla aramızda bağlanmış icarə müqaviləsi əsasındə işlədirəm. Zaurdan sözügedən avtoyuma məntəqəsini son bir aya yaxın müddətdir ki, icarəyə götürüb işlədirəm. Həmin avtoyuma məntəqəsini işlətməyimlə əlaqədar vergi ödəyicisi kimi qeydiyyata alınmışam. Avtoyuma məntəqəsində hazırda 2 işçi fəaliyyət göstərir. Rahim və Həci adlı işçilərim yuyucu kimi fəaliyyət göstərir. Rahim və Həci adlı işçilərimlə aramızda əmək müqaviləsi bağlanılmamışdır. Hər ikisi mənim tabeliyimdə fəaliyyət göstərir. Rahim 5-6 aya yaxın müddətdir ki, mənim işçimdir. Həci adhı işçim isə 7-8 gündür ki, işə başlamışdır. Hər iki işçinin əsas vəzifəsi avtomobillərin yuyulması, təmizlənməsi və s kimi işlərdən ibarətdir. İş rejimimiz saat 10:00-dan axşam saat 22:00-dəkdir”. Daha sonra sual-cavab zamanı bildirmişdir ki, - “Avtoyuma məntəqəsində işləyən işçilər adətən qısa müddət işlədikdən sonra işdən çıxmaq istəyirlər. Hətta 2-3 gün işləyib işdən çıxan işçilər olduğu üçün həmin işçilərlə hər dəfə əmək müqaviləsi bağlanılması mümkün olmur nəzərə almağınızı xahiş edirəm”. İş materiallarına əlavə edilmiş Şahid ##.##.2025-ci il tarixli izahatında qeyd olunur ki, -“Həmidzadə Aysel İlham adlı şəxsi avtoyuma məntəqəsi işlətdiyi zaman tanımışdım. Aramızda düşmənçilik, ədavət olmamışdır. Bakı şəhəri Nizami rayonu, Babək prospekti 101 ünvanında yerləşən iki avtoyuma məntəqəsini Orxan müşllim işlədir. Avtoyuma məntəqəsində hazırda 2 işçi fəaliyyət göstərir. Rahim və mən yuyucu kimi fəaliyyət göstəririk. Orxan müəllimlə aramızda əmək müqaviləsi bağlanılmamışdır. Orxan müəllimin tabeliyində fəaliyyət göstərirəm. 10 gündən artıq müddətdir ki, işə başlamışam. Əsas vəzifəm avtomobillərin yuyulması, təmizlənməsi və s kimi işlərdən ibarətdir. İş rejimimiz saat 10:00-dan axşam saat 22:00dəkdir”. İş materiallarına əlavə edilmiş “Elektron Prokurorluq İnformasiya Sistemin”dən çıxarılmış əmək müqaviləsi çıxarışlardan görünür ki, Şahid və X2 ilə Qərardan şikayət verən orqan (şəxs) arasında heç bir əmək müqaviləsi mövcud deyil. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli, **-*-*-*/***-****-* nömrəli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) (FIN: *******) - 12-08-1992 il tarixinde Xaçmaz rayonunda doğulmuş, Azərbaycan vətəndaşı, evli, Bakı şəhəri, Xətai rayonu, 1130/1133 məhəllə, ev 3, mənzil 106 qeydiyyatda olmaqla yaşayan barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Bütün yuxarıda sadalanan sübutlara məcmu halında qiymət verərək qənaət gəlmək olar ki, tərəflər arasında münasibətlər əmək qanunvericiliyi ilə tənzimlənməli olduğu halda, heç bir müqavilə bağlanmamış və nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 192.1-ci maddəsi əsasında inzibati tənbeh tədbiri görülmüşdür. Həmçinin məhkəmə qərarına diqqət yetirmək lazımdır ki, məhkəmə yuxarıda sadalanan faktların heç birinə istinad etməmiş, sübutlara hüquqi qiymət verməmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü müdafiə məqsədi ilə sonradan formalaşdırdığı mülahizələrə əsaslanmışdır. Beləliklə Qərardan şikayət verən orqan (şəxs) təqsiri tam sübuta yetirilir. Bu sübutlar kifayət qədər mötəbər olmaqla inzibati xəta haqqıda iş üzrə qərar qəbul etmək üçün əsas olduğundan, Qərardan şikayət verən orqan (şəxs) oğlunun barəsində qəbul edilən ##.##.2025-ci il tarixli, MN Nq ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Qeyd olunan halları nəzərə almamaqla məhkəmə qanunvericiliyə formal yanaşaraq real qanun pozuntularına görə məsuliyyətin müəyyənləşdirilməsi işini çətinləşdirir, təqsirli şəxslərin məsuliyyətdən yayınmaq üçün imkanlarının süni olaraq genişləndirilməsinə şərait yaradır. Nəticədə, Bakı şəhəri Nizami Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və nəticədə əsassız Qərar qəbul edilmişdir. Xidmətin Bakı şəhər İdarəsi tərəfindən vətəndaş Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati xəta haqqında Qərar tam qanuni və əsaslıdır. Qərardan şikayət verən orqan (şəxs) təqsiri iş materiallarında mövcud olan və yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Məhkəmə iclasında X5 Xidmətinin nümayəndəsi X1 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalırını rəhbər tutaraq və apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar proses iştirakçılarının çıxışlarını dinləyərək, inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilməli, X5 Xidmətinin Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati işə baxılarkən, qanunvericiliyin tələbləri düzgün nəzərə alınmamış, işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına imkan verən kifayət qədər sübutlar qiymətləndirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Bakı şəhəri Nizami rayon prokurorunun ##.##.2025-ci il tarixli qərardan görünür ki, fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə göndərilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) Nizami rayon prokurorluğuna verdiyi izahatından görünür ki, o, inzibati xəta törətməsini tam etiraf etmişdir. Belə ki, onun izahatına əsasən 2025-ci ilin mart ayından etibarən təxminən 7 aya yaxın Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 101 ünvanda yerləşən iki avtoyuma məntəqəsinin biri ona məxsus olmuş, digərini isə Zaur Həsənovla arasında bağlanmış icarə müqaviləsi əsasında işlətmişdir. Hər iki avtoyuma məntəqəsini özü işlətmiş və orada Rahim və Haci adlı işçilər işləmişdir. Həmin işçilərlə əmək müqaviləsi bağlanılmamış və işçilər əmək müqaviləsi olmadan işləmişlər. Nizami rayon prokurorluğu tərəfindən izahatları alınan X2, Şahid və Həmidzadə Aysel İlham qızı öz izahatları ilə qeyd edilən faktları tam təsdiq edərək Qərardan şikayət verən orqan (şəxs) faktiki rəhbərlik etdiyi avtomobil yuyulma məntəqələrində işçilərin, yəni Rahim Babazadə və Şahid əmək müqaviləsi olmadan işlədilməsini bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini S.M.Əliyev tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Şahid Heydər oğlunu ##.##.2025-ci il tarixdən ##.##.2025ci il tarixədək, X2 2025-ci ilin mart ayından 17 sentyabr tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən avtoyuma vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edərək Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş ödənilmiş vəsait haqqında ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) (VÖEN:2004633722) tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr ərzində vergi, sosial və icbari tibbi sığorta haqları ödənilməsi barədə məlumat müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş “Elektron Prokurorluq İnformasiya Sistemi”dən çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ilə X2 və Şahid Heydər oğlu arasında əmək müqaviləsi bağlanılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş uçota dair ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları dayandırılmışdır, hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Göründüyü kimi iş üzrə toplanılmış mötəbər sübutlarla, o, cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) özünün etiraf edici izahatı ilə kifayət qədər sübuta yetirilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsi isə məhkəməyədək icraat zamanı toplanılmış, mötəbərliyi mübahisə doğurmayan sübutları kənara qoyaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), eləcə də onunla birgə iş münasibətləri olan Rahim Babazadə və Şahid Qərardan şikayət verən orqan (şəxs) məsuliyyətdə yayınması üçün verdikləri izahatları əsas götürməklə sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. Təbii haldır ki, səlahiyyətli orqan tərəfindən 3.000 manat məbləğində cərimə ilə tənbeh olunduqdan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) məsuliyyətdən yayınmaq və özünə bəraət qazandırmaq məqsədi ilə məhkəməyə öz mənafeyinə və maraqlarına uyğun sübutlar təqdim etməyə çalışmışdır. Birinci instansiya məhkəməsi öz qərarında həmçinin Qərardan şikayət verən orqan (şəxs) təqdim etdiyi müqavilələrə istinad etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi ##.##.2025-ci il tarixli icarə müqavilədən görünür ki, icarəyə verən Sadıqlı Rasim Rasim oğlu Bakı şəhəri, Nizami rayonu, 815-ci keçid, */* saylı binanın həyətində olan ümumi sahəsi 34 kv.m olan qaraj sahəsini (1 ədəd tozsoran, kopmressor, avtoyuma və köpük vuran avadanlıqları ilə birlikdə) icarəçi X2 icarəyə vermişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi ##.##.2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Yusifli Vidadi Hacıbala oğlu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, *** saylı binanın həyətində olan ümumi sahəsi 18 kv.m olan qaraj sahəsini ( 1 ədəd tozsoran, kopmressor, avtoyuma və köpük vuran avadanlıqları ilə birlikdə) icarəçi Qərardan şikayət verən orqan (şəxs) icarəyə vermişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi ##.##.2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, *** saylı binanın həyətində olan ümumi sahəsi 18 kv.m olan qaraj sahəsini (1 ədəd tozsoran, kopmressor, avtoyuma və köpük vuran avadanlıqları ilə birlikdə) icarəçi Şahid Heydər oğluna icarəyə vermişdir. Məhkəmə qeyd edir ki, həmin “müqavilə”lərin mötəbərliyi hər hansı bir sübutla, notarius və ya dövlət orqanlarında qeydiyyata alınmaqla təsdiq olunmur. Görünən odur ki, kağız üzərində çap edilmiş, əvvəlcədən qeydiyyata alınmayan “müqavilə”lər mötəbər sübut kimi məhkəmə təqdim olunmuş və birinci instansiya məhkəməsi tərəfindən onun mənbəyi araşdırlmadan sübut növü kimi qəbul olunmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsində verdiyi izahatında göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi inzibati xətaya görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni inzibati xəta üzrə işin materialları, işə aid şəxslərin izahatları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şahid və X2 əmək müqaviləsi olmadan faktiki olaraq əməyə cəlb edilməsi müəyyən edildiyindən və həmin sübutlar vəzifəli şəxs kimi Qərardan şikayət verən orqan (şəxs) əməlinə hüquqi qiymət vermək üçün kifayət etdiyindən, iş üzrə əlavə araşdırmanın aparılmasına lüzum yoxdur. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şahid Heydər oğlunun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək, X2 2025-ci ilin mart ayından ## ######## 2025-ci il tarixədək əməyə cəlb edilməsinin təsdiq olunmaması, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmaması və nəticədə Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib olunmuş ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsassızdır. Prokurorluq və səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə iş üzrə tam və hərtərəfli araşdırma aparmış və haqlı olaraq onu həmin maddə ilə təqsirli bilmişdir. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 135.1.2-135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Odur ki, sadalanan qanunların tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli mübahisələndirilən qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli, X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul olunmuş ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.2, 135.1.2 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1399/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1399/2026
26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver